30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Çərçivə 3. Təzyiqlərin idarə olunması

Koreya hökuməti bir qrup xüsusi təyinatlı orta məktəblər açmışdır ki, bu məktəblərdə

bərabərləşdirmə siyasəti tətbiq edilmir. Bu məktəblərə daxil olmaq üçün böyük rəqabət

var və repetitor təhsili qaçılmaz olaraq bunun tərkib hissəsidir. Kim (2007) ayrı-ayrı

ailələrdə təzyiqin idarə olunması yollarını araşdırmışdır. Burada Da-jung adlı qızın və

onun anasının nümunəsi verilir. Burada həmin qızın həyatının ən intensiv dövrü təsvir

olunur; ancaq bununla əlaqədar təzyiq milyonlarla koreyalı uşağın məktəb həyatını

xarakterizə edir.

Da-jung xüsusi təyinatlı orta məktblərə qəbul imtahanından iki ay əvvəl repetitor

məktəbində qeydiyyatdan keçmişdir və Koreya dili, ingilis dili və riyaziyyat üzrə dərs

alır. O, dərsdən sonra axşam saat 5-də repetitor məktəbinə gedir və saat 10-a qədər

orada olur. O, gecə saat 2-yə qədər repetitor məktəbinin müstəqil öyrənmə otağında

qalır, sonra isə, evə qayıdır, gecə saat 3-də yatır, səhər saat 6-da oyanır və məktəbə

gedir.

Da-jungun anası onun az yatması barədə belə deyir:

Mən onu oyadan kimi o, yuxudan durur. Onu oyatdığım üçün özüm narahat

oluram. Bir dəfə yazığım gəldiyi üçün onu saat 6-da oyatmadım, o isə mənə

hirsləndi. O dedi ki, “Sən güclü olmalısan, məni oyatmaq sənin üçün çətin olsa

da oyatmalısan. Bu, mənim xeyrimədir. Yuxudan dura bilməsəm, məni silkələ,

hətta vur.”

Da-jungun anası hesab edir ki, həmin dövrdə onun qızının həyatı çox ağırdır, ancaq

bununla belə, o, repetitor təhsilini sərmayə hesab edir. Bu fikir başqa analarla söhbət

zamanı da bildirilmişdir.

Da-jung-a görə, repetitor məktəbi onun perspektivlərini artırır. Da-jung rəqabətlə

qarşılaşır və daha əzmlə oxuyur. Ancaq onun repetitor məktəbindəki təhsili

məktəbdəki dərslərinə mane olur. Gecə saat 2-yə qədər repetitor məktəbində qaldığı

üçün çox vaxt məktəbdə dərs vaxtı yatır.

Mənbə: Kim (2007), s. 7-8.

Mavritaniya

Koreyada olduğu kimi Mavritaniyanın müvafiq qurumları da repetitor təhsilinin

problemli tərəflərinə qarşı uzun illər mübarizə aparmağa cəhd etmişlər, ancaq o qədər də

müvəffəqiyyət qazana bilməmişlər. TPBİ forumunda Mavritaniyanın iki keçmiş təhsil naziri

bir araya gəlmişdir: Armoogum Parsuramen (1983-1995) və Steven Obeegadoo

(2000-2005). Siyasi cəbhədə onlar fərqli tərəflərdə olsalar da, forumda repetitor təhsilinə

qarşı effektiv tədbirlərin müəyyən edilməsinin çətin olduğu barədə yekdil fikir bildirmişlər.

Onlar həmçinin əlavə etmişlər ki, onlardan əvvəlki və sonrakı həmkarları da eyni problemlə

üzləşmişlər.

54

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!