30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Monitorinq və dəyərləndirmə

Bu sorğuda fənlər, repetitor dərslərinin keçildiyi yerlər və bu dərslərə sərf olunan vaxt

barədə suallar yer alırdı. Nümunə məhdud olsa da, yəni orta məktəbin yuxarı siniflərinin

bütün şagirdlərini deyil, ali məktəblərə qəbul olmaq istəyən şagirdləri əhatə etsə də,

informasiya baxımından çox zəngin oldu. Anketi kağız üzərində və ya onlayn doldurmaq

olardı. Anketə verilən cavab həddi yüksək idi, çünki iştirakçılar imtahanlara qeydiyyatdan

keçmək üzrə idilər və onların ən azından bəziləri hesab edirdilər ki, bu ayrıca forma geniş

prosedurun tərkib hissəsidir.

Hökumətlər tərəfindən monitorinq və dəyərləndirmə imkanlarının genişləndirilməsinin

alternativ yolu universitetlər və tədqiqat institutları ilə əməkdaşlıq etməkdən ibarətdir.

Mavritaniya ilə əlaqədar yuxarıda verilmiş situasiya araşdırmasında hökumətin tapşırığına

əsasən Mavritaniya Tədqiqatçılar Universiteti tərəfindən aparılmış araşdırmadan bəhs edilir

(Joynathsing və b., 1988). Eynilə, 2007-ci ildə Makao hökuməti repetitor fəaliyyətlərinin və

valideynlərin fikirlərinin araşdırılması üçün Honq Konq Çin Universitetindən araşdırma

heyətini dəvət etmişdir (Ho, 2008). Açıq Cəmiyyət İnstitutu keçmiş sosialist blokunda

repetitor təhsilinin araşdırılması üçün yerli strategiya mütəxəssisləri ilə əməkdaşlıq etmişdir

(Silova və b., 2006; Silova, 2009). Hökumətlər həmçinin universitet tədqiqatçıları tərəfindən

aparılan müstəqil işlərdən və beynəlxalq agentliklərin araşdırmalarından faydalana bilərlər

(bax, məs. UNESCO, 2000; Dünya Bankı, 2004).

Həmçinin diqqətəlayiq bir araşdırma da odur ki, Uqanda və Botsvanada ilkin xəritələmə

araşdırmaları TPBİ forumunda stimullaşdırılmışdır (Eilor, 2007; Makgothi, 2007). TPBİ

növbəti işlərə məmnuniyyətlə yardım edəcək.

Beynəlxalq araşdırmalar

Ölkələrarası sorğular milli səviyyədə qərarvericilərə və planlaşdırma mütəxəssislərinə

təkcə onların ölkələrinə aid göstəricilərin əldə edilməsi ilə deyil, həmçinin beynəlxalq

təhlillərlə də kömək edir. Dörd araşdırmaya xüsusilə diqqət vermək lazımdır.

Üçüncü Riyaziyyat və Təbiət Elmləri Araşdırması (ÜRTEA) və daha sonrakı

Riyaziyyat və Təbiət Elmləri Araşdırmalarında İstiqamətlər (RTEAİ) adlı araşdırma Təhsil

Nailiyyətlərinin Dəyərləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (BDA) rəhbərliyi altında

keçirilmişdir. 1995-ci ildə ÜRTEA testinin ilk mərhələsində 45 ölkədə beş yaşlı və ya

beşinci sinifdə oxuyan 500 000 şagirddən və onların müəllim və direktorlarından riyaziyyat

və təbiət elmlərinə dair məlumat toplanılmışdır (Martin, 1996, s. 1-2).

97

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!