30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Diaqnoz

Bu məktəblərin 12-ci sinif şagirdlərindən məlumatlar toplanılmışdır. Cədvəl 5-də

2005-2006-cı illər üçün dörd məktəb üzrə göstəricilər verilir. Anonimliyi qorumaq üçün

məktəblərin adları rənglərlə göstərilmişdir. Şagirdlərin 52-65%-i fərdi dərs aldıqlarını

bildirmişlər. Əksər şagirdlər fərdi dərslərə həftədə 1-3 saat, bir çoxu 4-10 saat, az bir

hissəsi isə, 10 saatdan çox vaxt sərf etdiklərini söyləmişlər. Bu müddətlər təbii olaraq, fərdi

dərs xərcləri ilə əlaqədardır.

Cədvəl 5.

Portuqaliyanın dörd məktəbində 12-ci sinif şagirdləri arasında fərdi

dərslərin intensivliyi, 2005-2006

Məktəb

Şagirdlərin

sayı

Fərdi dərs

alanların%

göstəricisi

Həftə ərzində fərdi dərslərə sərf olunan

saatlar

Aylıq xərclər (Avro)

1-3 4-10 10+ CY 70 71-210 210+ CY

Mavi məktəb 161 65% 54% 42% 2% 2% 31% 56% 7% 6%

Sarı məktəb 97 52% 56% 36% 4% 4% 46% 50% - 4%

Yaşıl məktəb 122 52% 59% 38% - 3% 38% 53% 3% 6%

Çəhrayı məktəb 167 63% 54% 45% 1% - 24% 66% 8% 2%

CY = Cavab yoxdur.

Mənbə: Neto-Mendes və Costa (2007), s. 7.

Portuqaliyaya dair məlumatlar 2005-ci ildə milli qəbul imtahanlarına hazırlaşan 31035

abituriyent arasında Təhsil Nazirliyi tərəfindən keçirilmiş sorğu nəticəsində əldə

edilmişdir (Costa, Neto-Mendes və Ventura, 2008). Bu sorğuda müəyyən edilmişdir ki,

həmin abituriyentlərin 54,7%-i 10-12-ci siniflərdə fərdi dərs almışlar. Bu, şagirdlərin ən

çox fərdi dərs aldıqları dövrdür, belə ki, respondentlərin cəmi 7,7%-i 7-9-cu siniflərdə,

ancaq 1,6%-i isə 5-6-cı siniflərdə fərdi dərs almışlar. Fərdi dərs almış respondentlərin

55,9%-i sorğu müddətində müntəzəm olaraq fərdi dərs aldıqlarını bildirmişlər. 27,5 % il

ərzində qismən, 16,6% isə imtahanlardan əvvəl fərdi dərs almışlar.

İmtahanlardan əvvəl repetitorluğun istifadəsində yüksəlişin olması digər ölkələrdə də

müşahidə edilir. Məsələn, Mavritaniyada ibtidai siniflərin, həmçinin orta məktəbin aşağı və

yuxarı pillələrinin sonunda mühüm imtahanlar var. Həmin dövrlərdə repetitorluq ən yüksək

həddə olur (Obeegadoo, 2007). Namibiyada fərdi dərslərdən ən çox 10 və 12-ci sinif

imtahanlarından əvvəl istifadə olunur (Nghiyoonanye, 2007). Vyetnamda və Sinqapurda

yüksəliş ibtidai və orta təhsil pillələrinin sonuncu illərində müqayisəli həddədir (Dang, 2007;

Tan, 2009).

25

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!