30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Hindistanın dörd ştatına aid məlumatların yer aldığı Cədvəl 6-da repetitorluğun

intensivliyindəki fərqlər, yəni şagirdlərin fərdi dərs aldıqları fənlərin sayı göstərilir. Orta

məktəbin aşağı pilləsində Kerala repetitorluğun istifadəsində ən yüksək tezlik və

intensivlik göstəricisinə malik olmuşdur (bax, Cədvəl 4), Andhra Pradeş ştatının tezlik və

intensivlik göstəriciləri ən aşağı olmuşdur. Orta məktəbin yuxarı pilləsində şagirdlər

nisbətən az fənn üzrə fərdi dərs almışlar. Bu, qismən onunla əlaqədardır ki, dərs proqramı

onlardan daha az fənn üzrə ixtisaslaşmağı tələb edirdi. Orta məktəbin aşağı pilləsində dərs

proqramındakı əsas fənlər ana dili, ingilis dili, hind dili, riyaziyyat, təbiət elmlərinin

əsasları və sosial elmlərdən ibarət olmuşdur. Şagirdlərin 90%-dən çoxu riyaziyyatdan fərdi

dərs almışlar, ən çox yayılmış digər fənlər təbiət elmləri və ingilis dili olmuşdur (Sujatha,

2007, s. 12). Kerala ştatında şagirdlərin 98,8%-i riyaziyyatdan fərdi dərs almışdır. Uttar

Pradeş ştatında isə, bu göstərici cəmi 73% təşkil etmişdir. Bu, yəqin ki, riyaziyyatın həmin

ştatda məcburi fənn olmaması ilə əlaqədardır. Orta məktəbin yuxarı pilləsində şagirdlərin

digər fənlərə nisbətən daha çox təbiət elmləri və riyaziyyat üzrə fərdi dərs aldıqları məlum

olmuşdur (Cədvəl 7).

Cədvəl 6. Müxtəlif sayda fənlər üzrə fərdi dərs alan şagirdlərin %

göstəricisi, Hindistan, 2005

States

Andhra Pradeş

Kerala

Maharaştra

Uttar Pradeş

Orta

Orta məktəbin aşağı pilləsi

Orta məktəbin yuxarı pilləsi

1 2 3 Bütün 1 2 3 Bütün

fənn fənn fənn fənlər fənn fənn fənn fənlər

58.1 36.7 3.4 1.7 - - - -

7.0 12.9 12.4 67.6 18.8 47.4 13.1 20.7

12.0 21.8 55.3 10.9 38.0 55.9 6.1 0.0

7.8 21.0 46.8 24.3 35.1 40.6 21.7 2.6

13.3 20.7 39.1 27.0 33.0 49.5 12.4 5.1

Mənbə: Sujatha (2007), s. 11.

Cədvəl 7

Hindistanda orta məktəbin yuxarı pilləsində müxtəlif fənlər üzrə

fərdi dərs alan şagirdlərin % göstəricisi, 2005

Fənn

Təbiət elmləri və riyaziyyat

Hümanitar elmlər

Kommersiya

Digər

Kerala

45.4

23.4

20.1

0.0

Maharaştra

55.7

19.4

17.8

1.6

Uttar Pradeş

52.1

15.0

47.4

10.0

Cəmi

52.3

17.5

19.8

4.3

Mənbə: Sujatha (2007), s. 13.

Fərdi dərs saatlarını məktəb dərslərinin saatları ilə topladıqda gün ərzində şagirdin dərs

müddəti çox uzun ola bilər.

26

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!