30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Bir daha orta məktəb səviyyəsində rəqabətli imtahanların ləğv edilməsinin əsas təsiri

ondan ibarət oldu ki, ayırıcı imtahanın vaxtı universitet qəbul imtahanına doğru irəli çəkildi.

Bu pillədə imtahan o qədər əhəmiyyət qazandı ki, aşağı səviyyələrə də təsir göstərdi. Seth

(2002, s. 157) qeyd edirdi ki, kolleclərə hazırlığın başlanğıc nöqtəsi “daha aşağı səviyyələrə

enməyə başladı və elə bir həddə çatdı ki, artıq əksər uşaqlar ibtidai siniflərdə fərdi dərs

almağa başladılar”.

Orta məktəbə və liseyə qəbul imtahanlarının ləğv edilməsi həmçinin o demək idi ki,

nüfuzlu məktəblərin olduğu bölgələrdə yaşamaq artıq daha vacib olmuşdu. Müəyyən

bölgələrdəki məktəblər kolleclərə qəbul nəticələri üzrə böyük nüfuz qazanmışdılar.

Getdikcə bu bölgələr öz uşaqlarını asanlıqla fərdi dərslə təmin edə bilən imkanlı ailələrin

ərazisinə çevrildi.

Repetitorluğa qarşı qadağa tədbirlərinə yenidən müraciət edilməsi

1980-ci ildə Chun Doo-Hwan yeni hərbi hökumətin başına keçdikdən sonra ibtidai

məktəb şagirdlərinin təxminən 12,9%-i, orta məktəb şagirdlərinin 15,3%-i və lisey

şagirdlərinin 26,2%-i fərdi alırdılar (Kim, 2007, s. 1). Məsələ ilə ciddi məşğul olmaq

qərarına gələn Prezident Chun kolleclərə qəbul imtahanları üzərində nəzarət səlahiyyətini

ayrı-ayrı qurumlardan dövlət tərəfindən idarə olunan yeni Kollec Qəbul Nailiyyətləri Testi

təşkilatına verdi. O, akademik fənlər üzrə məktəbdənkənar dərsləri və repetitor dərslərini

qadağan etdi. Bu, indiyə qədər həyata keçirilmiş ən radikal tədbir idi. Ancaq idman, təsviri

sənət, musiqi, taekvando və çiçəklərin tərtibatı üzrə fərdi dərslərə icazə verilirdi.

Burada da qadağanı tətbiq etmək çox çətindir. Seth (2002, s. 186) aşağıdakı kimi şərh

edir:

Valideynlər repetitor dərslərinə qarşı tətbiq edilən qaydalara mane olmağa

çalışırdılar. Kollec şagirdlərinə repetitor dərsləri verən müəllimlər bəzən öz

şagirdlərinin yaşadıqları binalara daxil olarkən şübhə yaratmamaq üçün məktəb

forması geyinirdilər. Bəzi ailələr bina gözətçilərinin diqqətini cəlb etməmək üçün

repetitorlar üçün ev kirayə tuturdular ki, həmin repetitorlar bir və ya daha çox ailənin

uşaqlarına dərs verə bilsinlər. İstirahət məkanları və mehmanxanalar, həmçinin şəxsi

mülklər çox vaxt gizli kremminq məktəblərinə yer verirdilər. Varlılar öz uşaqlarını

repetitor dərsi almaq üçün xarici ölkələrə göndərirdilər.

Risklər xərclərin də artmasına səbəb olurdu və gizli repetitorluq gəlirli bir fəaliyyətə

çevrilirdi.

Kompromisin zəruri olduğunu anlayan hökumət tədricən qadağanı yüngülləşdirdi (Yang,

2001):

50

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!