30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Hökumətlər bilməlidirlər ki, repetitor təhsili üçün təzyiq zəif nəticə göstərənlərə

nisbətən daha çox yüksək nəticə göstərən şagirdlərdən gəlir və beynəlxalq miqyasda

müqayisə etsək, repetitorluq Afrika kimi aşağı səviyyəli təhsil sistemlərinə nisbətən

Şərqi Asiya kimi yüksək səviyyəli təhsil sistemlərində daha geniş yayılmışdır.

Qərarvericilər və planlaşdırma mütəxəssisləri həmçinin repetitor təhsilinin müxtəlif

növlərinin nə ifadə etdiyini də nəzərə almalıdırlar. Ailələr pulsuz dövlət sistemində sinifdəki

şagirdlərin sayının 35-dən artıq olmasından şikayətləndikləri halda, nə üçün 110 şagirddən

ibarət sinif üçün pul ödəyirlər (Çərçivə 7) Valideynlər öz uşaqlarının kiçik qruplarda və ya

təkbətək formada fərdi dərs almalarının məktəbdəki dərslərdən və ya uşaqların ev

tapşırıqlarına kömək etmələrindən nə ilə üstün olduğunu düşünürlər Həmçinin təcrübəsiz

universitet tələbəsinin orta məktəb şagirdinə dərslərdə yardım etməsi əsas təhsil sistemində

çalışan mütəxəssislərin verdiyi dərslə necə eyniləşdirilə bilər

Çərçivə 7. Misirdə nüfuzlu repetitor

Hartmann (2008, s. 43) tərəfindən verilən aşağıdakı məlumatda Misirdə böyük nüfuza

və rəğbətə malik repetitordan bəhs edilir. Qeyd edildiyi kimi, o, geniş sinifləri cəlb

edir.

Məni kimya dərsində iştirak etməyə dəvət etmişdilər və mən otağın qızlar

hissəsində sonuncu sırada oturdum. Dərs başlayanda mən orta hesabla yaşı 14 olan

110 şagird saydım. Dörd əməkdaşdan üçü onların sakit olmalarına və diqqəti dərsə

cəmləmələrinə nəzarət edir, cənab Hişam otağa daxil olduqda söhbətlər

dayandırılır və 110 cüt göz müəllimə dikilir. Cənab Hişam təxminən 45 yaşlarında,

seyrək saçlı və nazik bığlı arıq bir şəxsdir. O, konservativ üslubda geyinib, əynində

köynək, qalstuk və limon rəngli sviter var, ancaq onun nəzərə çarpmayan xarici

görünüşü aldadıcıdır.

Sonrakı iki saat ərzində məlum olur ki, cənab Hişam təkcə təcrübəli və

tanınmış müəllim deyil, həmçinin istedadlı “şou ustasıdır”. Cənab Hişam

auditoriyanın qarşısında dinamik şəkildə hərəkət edir, lövhədə formullar yazır və

onları eyni vaxtda mikrofonu ilə izah edir. Bəzən o, müəyyən formul və ifadələri

yüksək səslə oxuyur və daha sonra şagirdlər xorla onları bir neçə dəfə təkrar

edirlər. Şagirdlərə suallarını kağız üzərində yazmaq imkanı verilsə də, onlar çox

az sual verə bilirlər. Həmin kağızlar isə daha sonra köməkçilərdən biri tərəfindən

müəllimə verilir.

78

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!