30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Internet vasitəsilə repetitorluq rahatlıq baxımından daha əlverişlidir və həm milli, həm də

beynəlxalq miqyasda təmin edilə bilər (Ventura 2008a). Elektron məktublar,

internet-telefoniya və veb kameralar imkan verir ki, xidmət konkret müştərilərə və onların

istəklərinə uyğun olsun. Öz şagirdləri ilə üzbəüz dərs keçən repetitorlar müştəri yığmalı

olurlar və bir qayda olaraq, dərs keçdikləri məkanı nəqliyyat qovşaqlarının yaxınlığında

təyin edirlər. İnternet vasitəsilə fərdi dərs keçən repetitorlar isə, həm şəhərdən, həm də uzaq

yerlərdən olan istifadəçilərə xidmət göstərə bilirlər. Həmçinin, dərslər istifadəçilər üçün

rahat olan istənilən dildə keçilə bilər. Məsələn, Hindistandakı repetitorlar ABŞ-dakı

müştərilərə ingilis dilində xidmət verə bilərlər, eyni zamanda, Çindəki repetitorlar çin dili

vasitəsilə Honq Konqdakı, Malayziyadakı və ya Sinqapurdakı istifadəçilərə xidmət göstərə

bilərlər.

Bu müşahidələr göstərir ki, repetitorluğun forması həm provayderlər (xidmət

göstərənlər), həm də müştərilər tərəfindən müəyyən edilir. Orta məktəb şagirdlərinə fərdi

dərs verən bir çox repetitorlar əlavə gəlir qazanmaq arzusunda olan universitet tələbələridir;

həmçinin, orta məktəb şagirdləri də ibtidai sinif şagirdlərinə fərdi dərs verirlər. Orta məktəb

şagirdləri bir kənara, universitet tələbələrində çox nadir hallarda peşəkar öyrətmə bacarığı

olur. Ancaq onların şagirdlərlə təması daha yaxşı alınır, çünki onlar şagirdlərlə yaxın yaş

qrupuna aiddirlər.

Yaş həddinin digər ucunda təqaüdçülər var. Onlar cəmiyyətə xidmət göstərmək və əlavə

qazanc əldə etmək istəyirlər. Təqaüdçü repetitorlar fərqli nəslə aid olduqlarından, onların

tətbiq etdikləri öyrətmə metodu da fərqlidir, bundan başqa, kompüter və informasiya

texnologiyaları (İT) üzrə bilikləri zəifdir. Yaşlı repetitorların bəziləri bir vaxtlar məktəblərdə

işləmiş və məcburən təqaüdə göndərilmiş müəllimlərdir. Repetitor bazarında rəsmi təqaüd

yaşı o qədər də əhəmiyyət kəsb etmir, vacib olan xidmətin qiyməti və keyfiyyəti arasındakı

balansdır.

Repetitorlar daha çox qeyri-rəsmi şəkildə fəaliyyət göstərsələr də, bu sektor getdikcə

daha çox strukturlaşır və ticariləşir. Bu isə, kölgə təhsilin getdikcə daha sistemli şəkildə

fəaliyyət göstərdiyinə dəlalət edir. Repetitor fəaliyyəti ilə məşğul olan kiçik və yerli və ya

böyük və beynəlxalq şirkətlər yaradılmışdır. Yaxşı tanınan beynəlxalq şirkətlər arasında

1954-cü ildə yaradılmış Kumon şirkətini göstərmək olar. Bu şirkətin yaranma səbəbi onun

təsisçisi Toru Kumonun (1914-1995) öz oğlunun riyaziyyat üzrə biliklərini təkmilləşdirmək

istəməsi olmuşdur.

Yarım əsr əvvəl Kumon 45 ölkədə 4 milyondan çox şagirdə xidmət göstərirdi. O, həm

riyaziyyat, həm də dillər üzrə ixtisaslaşmış franşiza (lisenziya) sistemi ilə fəaliyyət göstərirdi

(Kumon, 2008). Digər repetitor franşizalarına Sylvan, Riyaziyyat və Təbiət Elmləri

Akademiyası, Oksford Öyrənmə Mərkəzi daxildir. Davies və Aurini (2006, s. 124) qeyd

etmişlər ki, françayzinq biznesin inkişafına təkan verir. Onlar həmçinin Kanadada

repetitorluq sahəsində françayzinqin dramatik şəkildə inkişaf etdiyini vurğulamışlar.

Texnologiya qarışıq yanaşmaların tətbiq edilməsinə imkan verir. Buna misal olaraq

şagirdlərə öz evlərində və ya regional mərkəzlərdə Şəxsi Kompüter Şəbəkəsi vasitəsilə

öyrənmə imkanı yaradan yapon jukusunun yeni forması olan SchoolCity-ni (Məktəb

Şəhərciyi) göstərmək olar (Suzuki, 2009). Məktəb Şəbəkəsi vasitəsilə verilən kursların üç

modulu var: (i) TV konfrans və dərslər; (ii) veb sayt vasitəsilə müstəqil öyrənmə, və (iii) çap

materialları ilə öyrənmə.

SchoolCity-nin öz təşkilati strukturu var və o, sübut edir ki, repetitorluq sadəcə

məktəbin təqlidi kimi deyil, ayrıca bir sistem şəklində çalışa bilər. SchoolCity-nin fəaliyyət

göstərdiyi «bölgələr»in öz kursları və müştəriləri var və onlar geniş coğrafi əraziləri əhatə

edirlər. SchoolCity həmçinin filiallara da malikdir ki, bu filiallar reklam, proqram təminatı,

dəyərləndirmə sistemləri və tərcümə kimi məsələlərlə məşğul olurlar.

28

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!