30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Araşdırmanı Mavritaniya Universiteti tərəfindən təyin edilmiş heyət həyata keçirmişdir.

Nəticədə müəyyən edilmişdir ki, 1986-cı ildə ibtidai məktəbin I sinfində fərdi dərs alan

şagirdlərin faiz nisbəti 11,2 %, VI sinifdə isə 72,7% olmuşdur. Orta məktəbin I sinfində bu

göstərici 37,3%-ə düşmüş, sonra isə VI sinifdə 87,2 %-ə qədər yüksəlmişdir (Joynathsing,

Manzoor, və b., 1988, s. 31 və s. 43). İbtidai məktəbin sonuna doğru bu artım İbtidai Təhsil

Şəhadətnaməsi (İTŞ) üçün imtahanın əhəmiyyətini göstərir. Həmin imtahan orta məktəb

sisteminə keçid rolunu oynayırdı. Həmin imtahandan keçən şagirdlərin bir qismi Məktəb

Şəhadətnaməsi və Lisey Şəhadətnaməsi imtahanları yaxınlaşana qədər repetitor dərslərindən

imtina edirdilər. Mavritaniyanın orta məktəb sistemi çoxtəbəqəlidir və ibtidai məktəb

səviyyəsində repetitor təhsilinin intensivliyinə Foondun (1992) dediyi kimi, «beş ulduzlu»

orta məktəbdə yer qazanmaq üçün dəlisov yarış» təkan verirdi. Şagird təhsil baxımından nə

qədər bacarıqlı olsa, onun fərdi dərs alma ehtimalı bir o qədər yüksək idi.

Fərdi təhsilin yeri də təhsilin ayrı-ayrı pillələrində fərqlənirdi. İbtidai siniflərdə repetitor

təhsili daha çox müəllimlər tərəfindən məktəbdə verilirdi və şagirdlər əlavə fərdi dərs almaq

üçün güclü təzyiqə məruz qalırdılar. Orta məktəb səviyyəsində fərdi dərs bir qayda olaraq

şagirdlərin öz məktəblərindən olmayan mütəxəssis fənn müəllimləri tərəfindən verilirdi.

Fərdi dərs kiçik bir qrup üçün müəllimin evində və ya böyük qruplar üçün icarəyə

götürülmüş mənzillərdə də keçilirdi. Koreyadakı hakwonlarla müqayisədə Mavritaniyada az

repetitor müəssisəsi var idi.

Mavritaniya Universiteti tərəfindən aparılmış araşdırmada aydın təkliflər irəli sürülməsə

də, aşağıdakılar müşahidə edilmişdir (Joynathsing və b., 1988, s. 64-66):

• Repetitor təhsilinin geniş yayılması özünü gücləndirmə sisteminin tərkib hissəsidir.

Geniş yayılmış belə bir fikir mövcuddur ki, məktəb təhsili imtahanlarda uğur

qazanmaq üçün yetərli deyil və bunun nəticəsi olaraq, şagirdlər repetitor təhsilinə

müraciət edirlər. Ancaq şagirdlərinin fərdi dərs aldıqlarını bilən bir çox müəllimlər

məktəb dərslərində hər bir şagirdin imtahana yaxşı hazırlaşması üçün özlərini o qədər

də yormurlar. Buna görə də repetitor təhsili özünü realizə etməyin təminatıdır.

Repetitor təhsili struktur olaraq sistemdə kök aldığından, güclü maraqlar onun

saxlanılmasına çalışırlar. Valideynlər repetitor təhsilini öz uşaqlarının sosial və

iqtisadi inkişafına gedən yol kimi, müəllimlər vergisiz gəlir mənbəyi kimi, ictimaiyyət

isə, vergi ödəyicisindən xərc tələb edilmədən təhsil səviyyəsinin yüksəldilməsinin

yolu kimi görürlər.

56

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!