30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

2003-cü ildə 19 000 3-cü sinif şagirdi müəyyən edilmiş göstəriciyə nail olmamışlar (müvafiq

qrupun 7,6%-i). Bunlardan 6 200 şagird layihədə iştirak etmiş, 5 443 şagird isə fərdi dərs

almışlar. Qiymətləndirmənin nəticələri göstərmişdir ki, layihə şagirdlərə fikrini

yayındırmadan öyrənmə imkanı vermişdir və bununla da şagirdlər daha asanlıqla

diqqətlərini dərsə yönəldə bilmişlər. Həmçinin layihə sayəsində uşaqlar utancaqlıq hissini

dəf edə bilmiş və özünə inam hissi qazanmışlar. Məktəblə və ailə ilə əlaqədar müxtəlif

məsələlər müvəffəqiyyət üçün vacib idi və bunların əhəmiyyəti bir sıra ştatlarda qeyd

edilmişdir. Məsələn, Viktoriya ştatında şagirdlərin 89%-i təxminən 1 il 7 ay ərzində oxu

bacarıqlarını təkmilləşdirmişlər. Ancaq layihə pilot xarakteri daşıdığından, qəti qərarların

qəbul edilməsi üçün daha çox təcrübə tələb olunurdu.

Watson (2007, s. 9) əlavə etmişdir ki, digər təhsil metodları ilə müqayisədə layihənin

effektivliyini göstərmək üçün kifayət qədər məlumat yoxdur.

Taylor (2007, s. 6-7) tərəfindən qeyd edilən üçüncü layihə Çikaqoda həyata keçirilən

Heç Bir Uşaq Geridə Qalmasın (HBUGQ) layihəsidir. 2005-ci ildə Çikaqo Dövlət

Məktəbləri (ÇDM) 343 məktəbdə 60 000-dən çox uşaq üçün 50 milyon ABŞ dolları

dəyərində xidmət göstərmək məqsədilə 30 özəl şirkət və təşkilatla müqavilə imzalamışdır.

Repetitor xidmətləri həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları tərəfindən

təmin edilmişdir. ÇDM həmçinin öz proqramına da sponsorluq etmişdir ki, həmin proqram

fərdi dərs alan şagirdlərin yarıdan çoxunu əhatə edirdi. Dəyərləndirmə göstərdi ki, uyğun

olduqları halda, fərdi dərs almayan şagirdlərə nisbətən fərdi dərs alan şagirdlər irəliləyişə

nail olmuşlar. Layihədə iştirak edən şagirdlər daha əvvəl zəif nəticələr göstərən şagirdlər

olmuşlar. Bir il ərzində fərdi dərs alan şagirdlərdə oxu üzrə orta hesabla 1,09, riyaziyyat üzrə

0,94 illik artım olmuşdur. Bu isə fərdi dərs almayan şagirdlərə nisbətən daha yüksək

göstəricidir. Fərdi dərs almayan şagirdlərin həmin fənlər üzrə artım göstəriciləri müvafiq

olaraq 1,03 və 0,92 olmuşdur. Bütün şəhərdə isə bu göstərici müvafiq olaraq 1,06 və 1,01

təşkil edir. Taylor Çikaqo təcrübəsinə əsasən dörd məsələni müəyyən etmişdir:

• Repetitor dərsləri təhsil ehtiyaclarına görə deyil, iqtisadi vəziyyətə görə pulsuz yemək

üçün seçilən şagirdlər üçüq təmin edilmişdir. Fərdi dərsə ehtiyacı olan bəzi şagirdlər

fərdi dərs almamışlar və ya əksinə, ehtiyacı olmayan bəzi şagirdlər fərdi dərs almışlar.

Valideynlər öz uşaqları üçün fərdi dərs fənlərini seçirdilər və onların seçimi heç də hər

zaman yaxşı olmamışdır. Repetitor şirkətləri reklam və həvəsləndirmə tədbirlərindən

istifadə etmişlər, onların təklif etdikləri repetitor xidmətləri valideynlər üçün cəlbedici

olsa da, təhsil baxımından faydalı olmamışdır.

• Fərdi dərs qruplarının həcmi çox fərqli olmuşdur. Təkbətək dərslər olmuşdur, ancaq

əksər hallarda fərdi dərslər qrup formasında keçilmişdir ki, bəzi qruplarda şagirdlərin

sayı 20 olmuşdur.

• Vahid qiymətləndirmə aparılmamış və repetitorlardan hesabatlılıq tələb edilməmişdir.

Repetitor şagirdin ilin sonunda keçirilən imtahanlarda əldə etdiyi göstəriciyə görə

dəyərləndirilirdi. Çox aş şirkətlərdə dərslər analiz edilmiş və ya dəyərləndirilmişdir və

valideynlərin, yaxud da direktorların şikayətləri cavablandırılmışdır.

• Uşaqların müəllimlərini repetitor kimi işə götürən şirkətlərin təsiri daha böyük

olmuşdur. Bu müəllimlərin çoxu uşaqların ehtiyaclarını yerinə yetirmək üçün onlara

verilən ümumi repetitor materiallarını adaptə etmişlər. Belə müəllimlərin şagirdlərinin

əldə etdikləri nəticələr, valideynlərin bildirlikləri rəylər yaxşı olmuş və məktəblər

onlara güvəndiklərini bildirmişlər.

40

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!