30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Çərçivə 6. Yaponiyada juku növlərinin bir-birindən fərqləndirilməsi

Bəzi şərhçilər, xüsusən qeyri-yapon mənşəli olanlar jukunu çox ümumiləşdirilmiş

formada «əzbərləmə məktəbi» kimi tərcümə edərək təqdim etmişlər. Onlar bu

strukturun ayrı-ayrı növləri arasında fərq qoymamışlar. Daha diqqətli analitiklər isə

juku institutunun çoxsaylı növlərini müəyyən etmişlər ki, bunların hər biri

qərarvericilər üçün müxtəlif nəticələrə malikdir.

Roesgaard (2006, s. 32) akademic gakushû juku və incəsənət, texniki təlim, ingilis

danışıq dili və s. kimi juku növləri arasında fərqlərin olduğunu göstərmişdir.

İxtisaslara görə gakushû juku daxilində də fərqlər var. Hoshû juku korrektiv tədris,

fukushû juku əlavə tədris, yoshû juku isə hazırlıq təklif edir.

Shingaku juku yüksək təhsil nəticələri göstərən və daha yüksək nəticələrə nail olmaq

istəyən şagirdlər üçün xidmət göstərir, kyôsai juku isə doriru juku ilə müqayisədə

çevik yanaşma tətbiq edir. Doriru juku hazırlıq və müsabiqə xarakterli çalışmalara

əsaslanır. Bəziləri deai no ba or idokoro (dostlarla görüşmə yeri) və ya hətta takujijo

(qayğı mərkəzi) kateqoriyaları üzrə fəaliyyət göstərirlər.

Roesgaard səkkiz dəyişənə əsasən tipologiya qurmuşdur:

Mühit: müəssisənin rəqabətə davamlı, stimul yaradan, rahat və s. olması.

Kurlsrarın fokusu: kursların adi məktəb sistemi və ya qəbul imtahanları

istiqamətində fəaliyyət göstərməsi

Məktəblə əlaqə: müəssisənin və ya kursun adi məktəb təhsilini dəstəkləməsi və

ya öz məqsədləri üçün fəaliyyət göstərməsi

Şagirdlər: müştərilərin xarakteri və akademik fəaliyyət səviyyəsi

Tədris materialları: məktəb materiallarının, satışda olan materialların və evdə

hazırlanan materialların kombinasiyası

Həcm: müştərilərin sayı və juku məktəbinin müəssisələr zəncirinin tərkib hissəsi

olması

Qəbul: müştərilərilərin qəbul imtahanlarına görə və ya müəssisədəki yerlərə görə

qəbul edilməsi

Reklam: işəgötürmə üçün tanışlıq üsulundan və ya ticari reklamdan istifadə

olunması, həmçinin namizədlərin pedaqoji təhsilinə və ya qəbul imtahanlarında

əldə etdikləri uğurlarına diqqət yetirilməsi.

74

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!