30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Fərdi dərslərin müəllimlərin evində və ya kirayə evlərdə narahat şəraitdə deyil, uyğun

bir şəraitdə keçilməsi üçün IV, V və VI siniflərdə aparılan repetitor dərsləri üçün sinif

otaqlarının istifadə edilməsinə icazə vermək;

Repetitor dərslərində şagirdlərin maksimum sayını 40-a, şagirdlərin aldıqları fərdi dərs

miqdarını isə həftədə 10 saata qədər azaltmaq.

Növbəti addım bu qaydaların qanuna çevrilməsindən ibarət idi. 1991-ci ildə qanun

layihəsi Parlamentə təqdim edilərkən Parsuramen qeyd edirdi ki, müəllimlərdən repetitor

xərclərini ödəyə bilməyən şagirdləri qəbul etmələri də tələb olunmalıdır. O, tədbirlərin

dəstəklənməsi üçün etik qaydalar və müəllimlər şurası ideyalarını irəli sürəcəyini bildirirdi.

Debat vaxtı müxalifət nümayəndələri qeyd etdilər ki, müəllimlərin kateqoriyalara ayrılması

riski var. Bu risk isə ondan ibarət idi ki, IV-VI sinif müəllimləri repetitor dərsi vermək üçün

icazə əldə edirdilər, I -III siniflərdə isə müəllimlərə bu icazə verilmirdi. Onlar həmçinin qeyd

edirdilər ki, IV-VI siniflərdə repetitor fəaliyyətlərinə qarşı tolerantlıq təhsil sistemi ilə

paralel təşkil etdiyinə görə “pislənilməlidir”. Nazir öz fikrində qaldı və debatdan sonra

qanun təsdiq edildi (Parsuramen, 2007).

Həmin il baş verən başqa bir hadisə də ibtidai məktəblərin fəaliyyət səviyyəsini müəyyən

edən göstəricilərə dair hesabatın yazılmasından ibarət idi. Həmin hesabatda İTŞ

imtahanlarında uğursuzluq xüsusi göstərici kimi qeyd edilirdi (Manrakhan, Vasishtha, və b.,

1991). Hesabatda göstərilirdi ki, repetitor dərsləri bir çox valideynlər üçün maddi yük olsa

da, əksər valideynlər öz uşaqlarının yaxşı bir orta məktəbdə təhsil ala bilmələri üçün

repetitor dərslərini vacib sayırlar. İTŞ namizədlərinin təxminən 70%-inin həftədə 2-5 gün

arası repetitor dərsi aldıqları bildirilirdi. Əksər uşaqlar (88%) bir fərdi müəllimdən, 9% iki

fərdi müəllimdən, 3 % isə üç fərdi müəllimdən əlavə dərs alırdılar. İTŞ imtahanından

keçən uşaqların 90%-nin repetitor dərsi aldıqları, imtahandan keçə bilməyənlərin yarısının

isə, repetitor dərsi almadıqları məlum olmuşdu.

Bu göstəricilərə əsasən və nazirin valideynlərə müraciətindən sonra, hökumət

“Repetitorluqdan istifadə və sui-istifadə” adlı kitabça buraxdı (Mavritaniya, 1994). Bu

kitabda qüvvədə olan qaydaların, köməkçi tədbirlərin və tələblərin xülasəsi verilirdi. I-III

siniflərdə repetitor dərslərinin qadağan olunması və həftəlik repetitor dərslərinin həcminin

və sinifdəki şagirdlərin sayının məhdudlaşdırılması həmin qaydaların tərkib hissəsi idi.

Köməkçi tədbirlər isə repetitor dərslərinin siniflərdə keçilməsi üçün icazənin verilməsindən

ibarət idi. Uşaqların təhsil üçün yararlı olmayan şəraitdə dərs keçmələrinin qarşısının

alınmasından başqa həmin tədbirlərdə repetitor dərslərinin keçilməsi üçün müəyyən edilmiş

məkanlar dərslərin qaydalara uyğun olub-olmamasını müəyyən etmək baxımından da

əlverişli idi. Kitabçada bəhs edilən tələb isə ondan ibarət idi ki, müəllimlərdən az gəlirli

ailələrin uşaqlarına qarşı ayrı-seçkiliyə yol verməmək tələb olunurdu.

Əlavə tədbir kimi ibtidai və İTŞ imtahan proqramlarında dəyişiklik edildi və şagirdlərin

tək bir müəllimdən asılılığını azaltmaq üçün IV sinifdə fənn tədrisi tətbiq edilməyə başladı.

Baş müəllimlərə və müfəttişlərə tapşırıldı ki, repetitor dərsi almayan şagirdlərə qarşı

ayrı-seçkilik edən müəllimlər barədə məlumat versinlər və daha sonra orta məktəblər

arasındakı fərqləri və «beş ulduzlu» məktəb olmaq uğrunda gedən rəqabəti azaltmaq üçün

növbəti tədbirlər görüldü.

58

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!