30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Elə həmin il növbəti geniş təhlil Cavet (2006) tərəfindən aparıldı. Bu analiz Milli

Pedaqoji Araşdırmalar İnstitutu (MPAİ) adından aparıldı. Sənəddə 2003-cü ildə aparılmış

rəsmi sorğunun nəticələri öz əksini tapmışdı. Həmin nəticələrdən müəyyən olurdu ki,

repetitor dərsləri əsasən orta məktəb səviyyəsində istifadə olunur və daha yuxarı pillələrdə

intensivliyi artır. Orta məktəbin aşağı siniflərində şagirdlər müəyyən bir fəndən (xüsusən

riyaziyyatdan) geri qalan zaman bu yardım vasitəsinə əl atırdılar, ancaq sorğuya cəlb edilən

şagirdlərin 25%-i onsuz da yaxşı oxuduqlarını və repetitor dərslərinin daha üstün səviyyəyə

nail olmağın yolu olduğunu bildirmişlər (Cavet, 2006, s. 2). Nadir hallarda şagirdlərin fərdi

dərs almasının arxasında müəllim dururdu. Təşəbbüs daha çox valideynlərdən (23% orta

məktəbin aşağı siniflərində, 40% yuxarı siniflərində) və ya şagirdlərin özlərindən gəlirdi.

Repetitor dərslərinə pul sərf edən əksər valideynlər nisbətən imtiyazlı sosial qruplara aid

idilər və repetitor dərslərinə ya vaxtları olmadığı üçün ya da dərs proqramı ilə ayaqlaşa

bilmədikləri üçün müraciət edirdilər. Nadir hallarda fərdi dərs şagirdin məktəbdəki müəllimi

tərəfindən verilirdi. Fərdi dərs daha çox başqa bir tələbə (34%), başqa bir müəllim (31%) və

ya repetitorluq şirkəti (21%) tərəfindən verilirdi. Cavet (s. 4) Glasman ilə müsahibədən sitat

gətirir. Glasman qeyd edir ki, bəzən valideynlər uşaqlarla aralarındakı gərginliyi aradan

qaldırmaq üçün fərdi müəllim tuturlar. Uşaqların dərsləri ilə əlaqədar yaranan münaqişələrin

kənardan həll edilməsi ailə münasibətlərinin daha uyumlu olmasına imkan verir.

Növbəti sənəd 2007-ci ildə bazar analizləri ilə məşğul olan şirkət tərəfindən irəli sürüldü.

Hesabatda (Melot, 2007, s. 104) sektorun «partlama» həddinə gəlib çatdığı göstərilirdi və

qeyd edilirdi ki, “məktəb sistemində mövcud olan nöqsanlardan və çox əlverişli maliyyə

mühitindən qaynaqlanan repetitor təhsilinin 2006-cı ildə altı il ərzində 15% artdığı qeydə

alınmışdı”.

Bazarın həcminə gəlincə, Melot qeyd edirdi ki, orta məktəbin aşağı sinif şagirdlərinin

25%-i, yuxarı sinif şagirdlərinin isə, 33%-i xüsusilə riyaziyyatdan fərdi dərs alırlar, ancaq o,

regional fərqləri də vurğulayırdı. Xüsusən, Melot qeyd edirdi ki, Paris üzrə göstərici daha

yüksəkdir və o, (s. 105) Acadomia şirkəti tərəfindən aparılmış hesablamaya istinadən qeyd

edirdi ki, Parisin böyük liseylərində təhsil alan şagirdlərin 75%-i fərdi dərs alırlar. 2008-ci

ildə ölkə miqyasında bir milyondan çox şagirdin repetitor dərsi aldığı müəyyən edilmişdi

(Pech, 2008).

Bazarda repetitor təhsili verən təminatçıların iki əsas növü mövcud idi:

66

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!