30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Ancaq digər fənlər üzrə repetitor dərsləri vermək üçün müəllimlərin ixtisasına dair

tələblər müəyyən edilmir və müəllimlərin özlərinin repetitorluq etməsinə qarşı heç

bir hüquqi məhdudiyyət tətbiq olunmur.

Tacikistan

2004-cü il Təhsil Qanununda repetitor anlayışı aşağıdakı kimi müəyyən edilir:

“məktəb və ya universitetdə tətbiq edilən rəsmi iş saatları xaricində şagirdlərə fərdi

qaydada və ya qrup şəklində əlavə dərs verən müəllim”. Maddə 24-ə əsasən,

valideynlər və ya digər himayəçilər dövlət tipli orta məktəblərdən ödənişli əsasla

əlavə dərslərin verilməsini tələb edə bilərlər. Qanunda qeyd edilir ki, əlavə fərdi

dərslər aşağıdakı sahələr üzrə rəsmi dərs proqramına əlavə olaraq keçilə bilər: (1)

dövlət dərs proqramında əhatə edilməyən ayrıca proqramlar və fənlər; (2) təhsil

müəssisələri tərəfindən tədris olunmayan mövzuların dərindən öyrədilməsi, və (3)

dövlətin təhsil standartları xaricində olan digər təhsil xidmətləri.

Ukrayna

2003-cü ildə Təhsil və Elm Nazirliyi məktəb binalarında repetitor dərslərinin

keçilməsini qadağan etdi. «Məcburi repetitor dərslərinə» (yəni, şagirdlərin sinif

müəllimləri tərəfindən keçilən və/və ya tələb edilən repetitor dərsləri) dair

valideynlərin şikayətlərinə cavab olaraq, 2004-cü ildə Nazirlik müəllimlərin öz

şagirdlərinə fərdi dərs vermələrini qadağan etdi.

Mənbə: Silova (2007), s. 10-11.

Bu altı ölkə arasında Litva ən təfsilatlı sistemə malikdir. Litvanın 2003-cü il Təhsil

Qanununda repetitor anlayışı geniş təfsir edilmiş («müstəqil müəllim» kimi) və qeydiyyat

prosedurları ətraflı şəkildə təsvir edilmişdir. Qanunda həmçinin repetitorların öhdəlikləri, o

cümlədən müəllim etikası, şagirdlərin təhlükəsizliyi kimi tələblərə əməl edilməsi və

repetitor dərsləri üçün uyğun yer müəyyən edilmişdir. Litva qanununda müəyyən edilir ki,

bəzi repetitorlar məktəblərdə də işləyirlər və onların öz şagirdlərinə repetitor dərsləri

verməsi qadağan olunur (bax, həmçinin Būdienė və Zabulionis, 2006, s. 218).

Slovakiyada isə bunun əksinə olaraq, Ticari Lisenziyalaşdırma Aktında ancaq xarici dil

və təsviri sənət fənləri üzrə repetitor dərslərinin verilməsi şərtləri müəyyən edilirdi. Digər

məktəb fənləri üzrə repetitor dərslərinin keçilməsi üçün heç bir ixtisas tələbləri müəyyən

edilmirdi və əksər repetitorlar kölgə iqtisadiyyatda lisenziyasız və vergi ödəmədən fəaliyyət

göstərirdilər (bax, həmçinin Kubánová, 2006, s. 282). Bundan başqa, müəllimlər tərəfindən

repetitor dərslərinin verilməsini qadağan edən heç bir qayda yox idi. Qrupa daxil olan ancaq

üç ölkədə (Litva, Monqolustan və Ukrayna) məktəblərdə müəllimlərin öz şagirdlərinə

repetitor dərsləri verməsi qadağan olunurdu.

Silova qeyd edir (s.11) ki, istənilən halda qaydaların real olaraq tətbiq edilməsi çox nadir hadisədir.

Qazaxıstan və Tacikistanda vəziyyət xüsusən mürəkkəb olmuşdur. Ən təfsilatlı strukturun olduğu

Litvada çox az repetitor qeydiyyatdan keçmişdi. Litva Dövlət Vergi Müfəttişliyi hesab edirdi ki, hər

hansı bir şəxsin repetitor fəaliyyəti ilə məşğul olmasını və vergisiz qazanc əldə etməsini sübuta yetirmək

demək olar ki, mümkün deyil.

88

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!