30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Təhsillin prioritet sahələri (TPS) sistemində bir sıra nailiyyətlərin əldə edildiyi

bildirilmişdir. Həmin sistemin məqsədi az inkişaf etmiş bölgələrdə sosial bərabərsizliyə

qarşı mübarizə aparmaqdır. Hesabatda göstərilir ki, şagirdlərin imtahanlardan keçməsi

baxımından irəliləyiş yavaş olmuşdur, ancaq bununla belə, vahid təhsil yanaşmaları,

məktəb-icma münasibətləri və valideynlərin fəal iştirakı kimi sahələrdə müsbət irəliləyiş

olmuşdur. Həyata keçirilən müdaxilələr repetitor təhsilindən asılılığı azaltmaq məqsədi

güdürdu. Bunun üçün müəllimlərin peşəkar inkişafına nail olmaqla və dərs proqramında

islahatlar aparmaqla məktəbləri «həqiqi öyrənmə ocağına» çevirmək nəzərdə tutulurdu (s.

85).

Bu sənədin ardınca nazir Bunwaree 2009-cu ildə elan etdi ki, növbəti ildən etibarən IV

sinfə qədər (IV sinif daxil olmaqla) repetitor dərsləri qadağan olunacaq (Meetarbhan, 2009).

Bu siyasət nazir Parsuramenin 18 il əvvəlki təşəbbüsləri ilə səsləşirdi. Ancaq müəllimlər

birliyi dərhal kəskin etiraz bildirdi (Hilbert, 2009) və ictimaiyyətin reaksiyasından da belə

məlum oldu ki, bu təşəbbüsün həyata keçirilməsi heç də əvvəlki illərdən asan olmayacaq.

Mavritaniya repetitor təhsilinin simptomlarına və səbəblərinə qarşı uzunmüddətli mübarizə

tarixinə malikdir, ancaq qərarları qəbul edən məsul şəxslər hər bir onillikdə müəyyən

etmişlər ki, repetitor təhsili ilə əlaqədar mədəniyyət dərin kök salmışdır və dəyişəcəyi də

gözlənilmir.

Çərçivə 4. Nə üçün Mavritaniyada repetitor təhsili bu qədər güclüdür

Tarixən Mavritaniyanın təhsil sistemi hər zaman seçici və rəqabətli olmuşdur.

Rəqabət isə (i) orta təhsil səviyyəsində üstün məktəblərə daxil olmaq (bu isə, daimi

mifə çevrilmişdir) və (ii) xarici universitetlərdə pulsuz təhsil hüququ əldə etmək

uğrunda gedir.

Müasir dövrdə repetitor təhsilinə olan tələbat dərs proqramının həddən artıq

yüklənmiş olması və «daha yaxşı» universitetlərə giriş hüququ verən imtahanlarla

əlaqədardır. Buna görə də repetitor təhsili rəqabət yaradır. Repetitor təhsilinə olan

tələbat o qədər yüksəkdir ki, fərdi dərs vermək istəməyən orta sinif müəllimləri

problemlə qarşılaşırlar.

Məsələnin təminat tərəfində gəlincə isə əmək haqqının az olması repetitor təhsilinə

təkan verir. 2002-ci ildə ibtidai sinif müəllimləri üçün başlanğıc məvacibi adambaşına

düşən ÜDM-nin 0,8%-nə bərabər idi. Bu göstərici İƏİT ölkələrində 1,7 %,

adambaşına düşən ÜDM Mavritaniya ilə bənzər olan ölkələrdə isə 2,0% təşkil edirdi.

Fərdi dərs verməklə, ibtidai sinif müəllimləri öz gəlirlərini ikiqat və ya üçqat artırmaq

imkanı əldə edirdilər.

Mənbə: Obeegadoo (2007), s. 2.

64

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!