30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Diaqnoz

Steven Obeegadoo –nun dövründə səylərin bərpa edilməsi (2000-2005)

Steven Obeegadoo-nun hakimiyyət dövrü də ondan əvvəlki xələflərin irəli sürdükləri

problemlə müşaiyət olundu. Bunun bir göstəricisi “İbtidai təhsildə amansız rəqabətə son

qoyulması” adlı strategiya sənədinin qəbul edilməsi oldu (Mavritaniya, 2001). Sənəddə bir

daha diqqət nüfuzlu məktəblər uğrunda gedən yarışa yönəldilirdi və qeyd olunurdu ki (s.3),

sistem “həm şagirdləri, həm də valideynləri ciddi psixoloji təzyiqə məruz qoyur və

cəmiyyətdə məktəbin rolunu təhrif edir”. İslahatlar paketi irəli sürüldü (Obeegadoo, 2007, s.

4):

Dövlət orta məktəblərinin sayı ikiqat artdı, elit orta məktəblər VI pilləli

kolleclərə çevrildi. Eyni zamanda məktəbdə dərs günü artırıldı ki, repetitor

məşğələlərinə az vaxt qalsın. Həmçinin bütün müəllimlərə xüsusi əmək haqqı

müavinəti təklif edildi. Bundan başqa zəif oxuyan (və kasıb) uşaqlar üçün pulsuz əlavə

məşğələlərin keçilməsi məqsədilə tədbirlər müəyyən edildi.

Ancaq hökumət bu prosesdəki müxaliflərə və ətalətə qarşı çıxdı. TPBİ forumunda

Obeegadoonun qeyd etdiyi bir nümunədə hüquqi sistemdən bəhs olunurdu. Özü vəkil olan

Obeegadoo hüquq sistemindən istifadə etmək istəyirdi. O, valideynlərdən çoxlu şikayətlər

alırdı və bir valideyn hətta günahkar repetitoru məhkəməyə vermək istəyirdi. Ancaq bu

məsələ iki il davam etdi və nəhayət, İctimai ittiham direktoru qərara gəldi ki, cavab veriləsi

heç bir məsələ yoxdur.

Fəaliyyətsizliyin başqa bir aspekti Obeegadoonun öz həmkarları ilə əlaqəli idi.

Repetitorluğun məhdudlaşdırılması üçün çox səy göstərən Obeegadoo nə üçün irəliləyişin

belə az olduğunu başa düşmürdü. Nəhayət, o başa düşdü ki, Təhsil və Elmi Tədqiqat

Nazirliyindəki öz müşavirləri fərdi dərs verirlər və sistemdən faydalanırlar. Həmin

müşavirlər sistem daxilində müəllim, direktor, sonra isə nazirliyin rəsmisi olmuşlar və

qazandıqları nüfuz onların yüksək qiymətlə repetitor dərsi vermələrini təmin edirdi.

TPBİ forumunda Obeegadoo tərəfindən qeyd edilən və kontrast təşkil edən bir faktdan

məlum olmuşdur ki, bir müəllim boş vaxtını daha yaxşı işlərə sərf etmək istədiyindən

repetitor dərslərindən imtina etmişdir. Valideynlər isə bundan əsəbiləşmişlər, çünki onların

uşaqlarının fərdi dərsə ehtiyacı vardı və müəllimin dərs verməkdən imtina etməsi

məsuliyyətsizlik idi. Nəticədə müəllim başqa məktəbə keçməli oldu. Obeegadoonun dediyi

kimi, bu cür hallar adi xarakter daşıyırdı.

Heç bir məlumat olmasa da, Obeegadoo gördüyü tədbirlərin nəticəsi olaraq ibtidai

məktəblərdə repetitor dərslərinə olan tələbatın azaldığını bildirmişdir. Ancaq tələbat yüksək

olaraq qalmaqda idi. Təhsil sisteminə dair hesabatda (Bah-lalya, 2006, s. 75) qeyd edilirdi

ki:

Müsahibəyə cəlb edilmiş respondentlər bildirmişlər ki, uşaqların və

valideynlərin fikrinə görə repetitor dərsi almayan şagird dərs proqramından geri

qalacaq. Daha çox uğur qazanmış müəllimlər öz biliklərini satır və dərsliklər yazırlar.

Onlar şagirdləri təhrik edirlər ki, repetitor dərslərinin tərkib hissəsi kimi bu kitabları

alsınlar. Bildirilir ki, müəllimlər fərdi dərs deməklə və kitablara görə qonorar almaqla

öz əmək haqlarını ikiqat artırırlar. Bunun nəticələrindən biri o oldu ki, nazirlik və baş

müəllimlər dərsdən sonra valideyn iclaslarının və digər tədbirlərin keçirilməsi üçün

müəllimləri tapa bilmirdilər. Müəllimlər həmçinin repetitor fəaliyyəti ilə məşğul

olmalarına maneçilik yaradan hər hansı yeniliklərə və ya islahatlara qarşı çıxırlar.

Şagirdlər məktəbdənkənar fəaliyyətlərdən qaçırlar. Bir sözlə, repetitor dərsləri parazit

kimi zərərli ola bilər, həmçinin maddi və insan resurslarından sui-istifadə olunması ilə

nəticələnir.

61

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!