30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Görüləcək tədbirlər

İbtidai sinif şagirdlərinə, orta məktəbin aşağı və yuxarı sinif şagirdlərinə dərs keçən

repetitorlar orta və ali təhsilə malik olmalıdırlar. Repetitor məktəblərinin lisenziyası

hər il yenilənməlidir və Təhsil və Gənclərin İşləri üzrə Hökumət Bürosu lisenziyası

olmayan mərkəzləri bağlamaq hüququna malikdir. Qeydiyyat sistemi ağır olduğundan

lisenziyası olan repetitorlar bəzən müvafiq orqanlar qarşısında lisenziyasız kimi

qələmə verilirlər.

Uqandada Təhsil və İdman Nazirliyinin “repetitor təhsilinə dair konkret siyasəti

yoxdur” (Eilor, 2007, s. 33). Nazirlik müxtəlif elanlar vermiş, repetitorluqla əlaqədar

öz vəzifələrindən sui-istifadə edən müəllimlərin və direktorların işinə xitam vermiş və

repetitorluğun qarşısının alınmasında valideynlərin də iştirak etmələri üçün müraciət

etmişdir. Ancaq «repetitorluqla əlaqədar ayrı-ayrı idarəetmə səviyyələrində vəzifələr

aydın olmadığından, problemin həlli üçün effektiv mexanizm yoxdur» (Eilor, 2007, s.

33).

İngiltərəyə aid nümunələr də araşdırılmalıdır. Iresona (2007a, s. 5) görə, bazarda

repetitorluğun bir çox formaları üçün “istənilən bir şəxs lazımi ixtisası və ya təcrübəsi

olmadan özünü repetitor kimi qələmə verə bilər”. Ancaq, hökumətin Müsbət irəliləyişə nail

olmaq layihəsi özündə çoxsaylı qaydaları birləşdirir ki, həmin qaydalarda kimlərin repetitor

kimi fəaliyyət göstərə biləcəyi və repetitora ödəniləcək xidmət haqqı müəyyən edilir.

Məsələn, Fransada Hertfordshire Yerli Orqanı tərəfindən ictimaiyyətə açıqlanmış

məlumatda (2009) qeyd edilir ki, bu proqram çərçivəsində fəaliyyət göstərən repetitor:

müəllim işləməsə də, ixtisaslı müəllim statusuna (İMS) malik olmalıdır; və ya

İMS əldə etməzdən əvvəl qeyri-QTS olmalıdır; və ya

İngiltərə məktəblərində dərs demək üçün xarici bir ölkədə təlim keçmiş müəllim

olmalıdır;

və ya

müvafiq fənn üzrə ixtisasa və növbəti təhsil və ya ali təhsil dərəcəsinə malik olan

müəllim olmalıdır.

Bu proqram çərçivəsində fəaliyyət göstərən bütün repetitorlar Cinayət Qeydləri Bürosundan

arayış təqdim etməlidirlər və Yerli Orqanlar və ya Məktəb İdarəetmə Orqanları tərəfindən

işə götürülmüş repetitorların zəhmət haqqı konkret əmək haqqı cədvəlinə əsasən

ödənilməlidir. Bu, həmçinin həmin müəllimlərə gələcəkdə təqaüd hesablanması üçün əsas

rolunu oynayır. Sharma (2009) qeyd edir ki, bu vəziyyətdə:

91

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!