30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Məkan

Kenya

Vyetnam

Nümunə

1997-ci ildə 3233 6-cı sinif şagirdi arasında keçirilmiş milli sorğuda müəyyən

edilmişdir ki, onların 6%-i fərdi dərs alır. Şimal-sərq əyalətlərində bu göstərici 39,0%,

Nyanza əyalətində isə 74,4% təşkil etmişdir. Üç coğrafi bölgədə aparılan paralel

sorğular nəticəsində məlum olmuşdur ki, kənd yerlərinə nisbətən şəhərlərdə

repetitorluq daha geniş yayılmışdır, həmçinin oğlanlar qızlara nisbətən daha çox fərdi

dərs alırlar.

2001 –ci ildə 3639 ibtidai məktəbin 72660 5-ci sinif şagirdi arasında keçirilən

sorğuda şagirdlərin 38%-i fərdi dərs aldıqlarını bildirmişlər. 2002-ci ildə

bildirilmişdir ki, ailələrin təhsil xərclərinin 20%-i fərdi dərslərə sərf olunur. Bu

göstərici universitetlərə qəbul imtahanlarına hazırlaşan şagirdlərin 29%-ni təşkil

etməklə ən yüksək həddə çatmış və şəhər, Mərkəzi Haylendsdə və cənub bölgələrində

xüsusən yüksək olmuşdur.

Mənbələr: Bray tərəfindən göstərilən müxtəlif araşdırmalar (2006, s. 517-518). Nath tərəfindən Banqladeşə dair göstəricilər

(2008, s. 57); Misir Dünya Bankı tərəfindən (2008, s. 190); Kwok (2009, s. 106) və Ng (2009, s. 1) tərəfindən Honq Konqa

dair; Yaponiya Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən (2008, s. 13); Çinə dair göstəricilər Xue və Ding

tərəfindən (2009, s. 119); Vyetnama dair məlumatlar 2001-ci il Dünya Bankı sorğusu (2004, s. 81).

2007-ci il TPBİ forumunda təqdim edilən məlumatlar yeni bir nümunə rolunu

oynamışdır. Silova (2007) Şərqi Avropanın və Asiyanın bir vaxtlar Sovet İttifaqı ilə əlaqəli

olmuş 12 ölkəsi üçün repetitorluq məsələsinə dair statistik göstəricilər təqdim edir (Cədvəl

2). O, qeyd edir ki (s. 4), repetitorluğun miqyası 1990-cı illərin əvvəllərinə qədər kiçik olsa

da, sonradan o, “böyük bir müəssisəyə” çevrilmişdir. Onun statistik göstəriciləri 2004-2005

və 2005-2006-cı illərdə Açıq Cəmiyyət İnstitutunun sponsorluğu ilə keçirilmiş bir neçə

sorğunun nəticələrinə əsasən əldə edilmişdir (bax, həmçinin Silova, Būdienė və Bray, 2006;

Silova, 2009). Araşdırmaların hədəfi birinci kurs universitet tələbələri olmuşdur. Onlara orta

məktəbin son sinfində fərdi dərs almaları barədə sual verilmişdir. Azərbaycan, Gürcüstan və

Xorvatiyada tədqiqatçılar orta məktəb şagirdləri arasında əlavə sorğu keçirmiş və bununla,

respondentlərin əhatəsini və araşdırmanın miqyasını genişləndirmişlər. Ümumilikdə, birinci

araşdırmaya 8713 respondent, ikinci araşdırmaya isə, 3101 respondent cəlb edilmişdir.

Araşdırma nəticəsində repetitor təhsilinin iki geniş yayılmış növü müəyyən edilmişdir:

ayrı-ayrı şəxslər tərəfindən verilən dərslər və qəbul imtahanlarına hazırlıq üçün müvafiq

müəssisələr tərəfindən təqdim edilən hazırlıq kursları. Fərdi dərslər Monqolustanda və

keçmiş Sovet İttifaqı ölkələrində (xüsusən, Azərbaycan, Gürcüstan və Litvada) daha geniş

yayılmışdır. Hazırlıq kurslarının xidmətlərindən isə, daha inkişaf etmiş və güclü bazara

malik olan keçmiş Yuqoslaviya ölkələrində (Xorvatiya, Slovakiaya, Bosniya və

Herzeqovina) daha çox istifadə olunur. Ən çox təəccüb doğuran göstəricilər Azərbaycana

aid olmuşdur. Belə ki, universitet tələbələrinin 90%-dən çoxu orta məktəbin son sinfində

fərdi dərs aldıqlarını bildirmişlər.

19

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!