30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Ireson (2007a) həmçinin müşahidə etmişdir ki, sorğu sualları bir qayda olaraq

respondentlərin aldıqları repetitor dərslərinin həcminə və qiymətinə dair xatırladıqlarının

dəqiqliyinə əsaslanır. Mövcud vəziyyətlə əlaqədar suallara verilən cavablar keçmişdə qalan

repetitor dərslərinə aid cavablara nisbətən daha dəqiq olur. Repetitor dərslərinin qiymətinə

dair verilən sualların cavabları dəqiq olmaya bilər, çünki çox vaxt şagirdlər valideynlərinin

ödədikləri məbləğləri dəqiq bilmirlər. Bundan başqa şagirdlər müxtəlif əlavə dərslərə və

fərdi repetitor dərslərinə getdikləri zaman pullu və pulsuz repetitor dərsləri arasında aydın

fərq görmürlər.

Bütün bu məsələlərdə sualların dəqiqliklə müəyyən edilməsi və cavabların etibarlı

olması üçün dərin bilik tələb olunur. Kiçik yaşlı uşaqlar üçün sualların müəyyən edilməsində

xüsusən diqqətli olmaq lazımdır. Ireson əlavə edir (2007a, s. 5) ki:

Gündəlik metodları şagirdlərin cavablarının dəqiqliyini artıra bilər, çünki burada

məlumat yaddaşa arxalanaraq deyil, real vaxtda verilir. Ancaq gündəlik yarımçıq ola

bilər, itə bilər və bu da hesablamaların etibarlılığını azaldır. Gündəlik geniş

araşdırmalar üçün uyğun olmaya bilər, ancaq anketlərdə verilən məlumatların

dəqiqliyinin yoxlanılması üçün bir sıra vasitələri təmin edəcək.

Valideynlər alternativ məlumat mənbəyi rolunu oynayırlar. Onların xüsusi şagirdlər üçün

məktəbdə verilən əlavə dərslər barədə məlumatları olmaya bilər, ancaq onlar repetitor

təhsilinin əhatəsinə dair etibarlı informasiya mənbəyi ola bilərlər, çünki onlar öz uşaqları

üçün repetitor təhsilini təmin edirlər və bunun qiymətini də bilirlər. İngiltərə məktəblərində

valideynlərin adları və ünvanları barədə məlumat verilmədiyindən, Iresonun araşdırma

strategiyası uşaqların evlərinə anketlərin göndərilməsindən ibarət olmuşdur. Bu, o qədər də

dəqiq metod deyildi, ancaq Ireson hesab edirdi ki, 6-cı sinif şagirdlərinin valideynlərindən

38%-in, 9 və 11-ci sinif şagirdlərinin valideynlərindən 29%-in cavab verməsi qənaətbəxş

olmuşdur. Digər ölkələrdə tətbiq edilən qaydalar o qədər sərt olmaya bilər, həmçinin başqa

yanaşmalar, o cümlədən valideynlərlə birbaşa əlaqə mümkündür.

Valideynlərdən məlumatların toplanılmasının başqa bir üsulu da ailə sorğularının

keçirilməsidir. Repetitor təhsili statistik sorğuların (məs., Vyetnam Həyat standartları

sorğusu (Dang, 2007)) mövzusunu təşkil edə bilər. Ancaq bir çox hökumətlərdə nazirlər

anketlərə öz sorğularını daxil etmək üçün yarışırlar və repetitor təhsili prioritet məsələ

sayılmadığından, sadəcə olaraq ümumi suallar soruşulur.

94

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!