30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Diaqnoz

Bu nəticələri nəzərə alaraq 2007-ci ildə İngiltərədə həyata keçirilən pilot layihə 484

məktəbdə 2-ci və 3-cü mərhələlərə (7-11 və 11-14 yaşlı uşaqlar) aid olan şagirdlərin 10%-i

üçün təkbətək repetitor dərslərinin bütün xərclərini ödəmək məqsədi güdürdü. Bu layihə hər

şagird üçün ingilis dili və/və ya riyaziyyat fənlərindən hər biri üzrə 10 saat repetitor

dərslərini və 2 saat məktəb və ya repetitorla əlaqəni əhatə edirdi.

Müqayisəli bir layihə Sinqapurda həyata keçirilmişdir (Tan, 2009, s. 97). 1980-ci illərdə

təhsil nailiyyətlərindəki irqi qeyri-bərabərlik və xüsusən çinlilər və hindlilərlə müqayisədə

etnik malayların zəif göstəricilər əldə etməsi hökuməti narahat edirdi. Dövlət orqanları

Malay/Müsəlman Uşaqları üçün Təhsil Şurası (MENDAKI) tərəfindən repetitor dərslərinin

təmin edilməsi məqsədilə maliyyə dəstəyi verdilər. Hökumət həmçinin Şuraya icazə verdi ki,

dərs saatları xaricində fərdi dərslərin keçilməsi üçün dövlət məktəblərindən və könüllü

olaraq, yaxud da az zəhmət haqqı ilə çalışan təlim almış repetitorlardan istifadə olunsun.

Əvvəlcə fərdi dərs planları MENDAKI, sonra isə Sinqapur Hindlilərinin İnkişaf

Assosiasiyası (SİNDA) tərəfindən hazırlandı. Bu iki təşkilat möhkəm mövqeyə və reklam

təbliğatına malik idi (bax, AKI, 2009; SINDA, 2009).

Həmçinin, TPBİ forumunda Reddy (2007) tərəfindən məruzə edilən Cənubi Afrika

layihəsini də vurğulamaq lazımdır. Cənubi Afrika Elm və Texnologiya Departamenti (ETD)

orta məktəblərdə təbiət elmlərinin öyrənilməsinin təkmilləşdirilməsi yollarını müəyyən

etmək məqsədilə repetitor fəaliyyətlərinin araşdırılmasını tələb etmişdir. Araşdırma

nəticələrinə əsasən tövsiyələrin verilməsindən sonra Departament az gəlirli ailələrə xidmət

göstərən məktəbləri hədəfə alan layihəni həyata keçirmək qərarına gəlmişdir. Repetitor

dərslərinin təkbətək formada keçirilməsi tövsiyə olunmuş və hökumət maliyyələşmədə

yardım göstərməsi üçün özəl sektora müraciət etmişdir.

Bu layihə bərabərsizliyi azaltmaq məqsədi güdən və zəif nəticələr göstərən şagirdlərə

yardım etmək üçün hökumət tərəfindən maliyyələşdirilmiş təşəbbüsün illüstrativ nümunəsi

idi.

Bazarın diktəsindən yaranan repetitorluq

Bu kitabın əvvəlki bölmələrindən aydın olduğu kimi digər layihələr sadəcə olaraq

bazarın diktəsi ilə fəaliyyət göstərən qurumlardan ibarətdir. Onlar da şagirdlərin

öyrənməsinə müsbət təsir göstərirlər, əks halda bu müəssisələrə qarşı tələbat olmazdı. Ancaq

bu təşəbbüslərin dəyərləndirilməsi göstərir ki, onların bəziləri dəlillərə deyil, təəssürata və

marketinqə əsaslanır. Repetitorluğun xarakterindən və şagirdlərin repetitor dərslərindən

faydalanmaq üçün nə dərəcədə hazırlıqlı olmalarından çox şey asılıdır. Bundan başqa bəzi

mühitlərdə repetitor sektoru əsas təhsil sisteminə mənfi təsir göstərir.

Ən problemli aspektlərdən biri odur ki, repetitorluq əsas təhsilin əvəzləyicisinə çevrilir.

Xüsusən, mühüm xarici imtahanlardan əvvəl bəzi ölkələrdə şagirdlər məktəblərin onların

spesifik ehtiyaclarına cavab vermədiklərini düşünürlər, çünki məktəblər geniş tələblərə

cavab verməli, həmçinin geniş sosial və siyasi məqsədlər daşımalıdırlar. Türkiyədə vəziyyət

elə bir həddə çatmışdır ki, şagirdlər məktəbə gəlməmək üçün pul verib tibbi arayış alırlar.

Xüsusən, semestr vaxtı şagirdlər ikinci və üçüncü dərəcəli qəbul imtahanları verən zaman

onlar məktəb dərslərinə getməkdənsə, repetitor mərkəzlərində dərs almağa və evdə

hazırlaşmağa üstünlük verirlər. Tansel və Bircan (2007, s. 8) bildirmişlər ki, həmin

mövsümdə “əksər şagirdlər xəstə olduqları haqda saxta tibbi arayış alırlar və bu arayışı

təqdim edərək məktəb dərslərindən azad olurlar ” və bu, “geniş yayılmış və bahalı prosesə

çevrilmişdir”. 2005-ci ildə Türkiyə Müəllimlər Birliyi 1078 lisey və 1073 orta məktəb

məzunu arasında sorğu keçirmişdir. İmtahanlara hazırlıq prosesinin məktəb davamiyyətinə

hansı şəkildə təsir göstərdiyi soruşulduqda, lisey şagirdlərinin 55%-i və orta məktəb

şagirdlərinin 49%-i saxta tibbi arayış aldıqlarını bildirmişlər.

41

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!