30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Diaqnoz

Fransa

Koreya və Mavritaniyadan fərqli olaraq, Fransada repetitor təhsili təkcə sosial və iqtisadi

faktorlardan qaynaqlanmır, o, həmçinin hökumətin təşəbbüsləri ilə əlaqədardır. Bunlara

misal olaraq özəl dərslərə pul xərcləyən ailələr üçün vergi güzəştlərinin tətbiq edilməsini

göstərmək olar. Bu təşəbbüslər vasitəsilə müvafiq orqanlar təhsil nailiyyətlərinin

artırılmasına səy göstərmişlər.

Fransada repetitor təhsili ilk olaraq Glasman və Collonges (1994) tərəfindən

araşdırılmışdır. Onların kitabında qeyd olunurdu ki, repetitor təhsilinin tarixi heç olmasa

ötən əsrə qədər gedib çatır, ancaq təhsil sisteminin genişlənməsi və inklüzivliyin artması ilə

repetitor təhsilinin xarakteri də əhəmiyyətli dərəcədə dəyişmişdir. Glasman və Collonges

repetitor təhsilinin xarakterini və rolunu sosial rəqabət və təbəqələşmə fonunda təhlil

etmişlər. Onların kitabı Rhône-Alpes regionunda 12 liseydə (yuxarı orta məktəb) təhsil alan

9400 şagirddən toplanılmış məlumatlara əsaslanır. Şagirdlərin orta hesabla 15%-i fərdi dərs

aldıqlarını, əlavə 10%-i fərdi dərs alacaqlarını, 36%-i isə orta məktəb dövründə müəyyən bir

vaxtda fərdi dərs almış olduqlarını bildirmişlər (Glasman və Collonges, 1994, s. 30). Ən

populyar fənlər riyaziyyat (57 %), fizika və kimya (20 %), ingilis dili (9 %) və fransız dili

(5 %) olmuşdur. Kiçik şəhərlərə nisbətən böyük şəhərlərdə repetitor dərsləri alanların sayı

daha çox olmuşdur, həmçinin repetitor dərsləri dövlət məktəblərinə nisbətən özəl

məktəblərdə daha geniş yayılmışdır.

Həmin araşdırmadan sonra repetitorluq həm inkişaf etmiş, həm də daha rəngarəng

xarakter almışdır. On il sonra Glasman (2004) Milli Təhsil Nazirliyinin və Ali Təhsil və

Tədqiqatlar Nazirliyinin (Haut Conseil à l’évaluation de l’école/Məktəblərin

Dəyərləndirilməsi üzrə Ali Şurası (MDAŞ)) tərəfindən müəyyən edilmiş hesabatda bir daha

bu mövzuya toxundu. Hesabatda (s. 51) ailələrin məişət xərclərinə, uşaqlara çəkdikləri

xərclərə və repetitor xərclərinə görə gəlir vergisinin azaldılmasını istəmələrinə hökumət

tərəfindən icazə verilməsinin nəticələri şərh edilir. Bu, Sosial Vəhdət Naziri tərəfindən irəli

sürulən təşəbbüsün bir hissəsi idi. Təhsil Naziri isə, ayrı-ayrı valideynlərə və başqalarına

yardım etmək fikrini irəli sürürdü və müəyyən iş növlərinin inkişaf etməsini istəyirdi. Bu

tədbir maddi imkanın az olması səbəbilə repetitor tutmaqda tərəddüd edən ailələri

ruhlandırdı, ancaq yenə də maliyyə vəsaitləri tələb edirdi və pulundan keçmək istəyən və

keçmək iqtidarında olan ailələr üçün faydalı oldu. Bir sıra müəssisələr bu qanundan

faydalanmağa başladılar.

Bazarda lider Acadomia adlı şirkət idi. Həmin şirkətin adı fond birjasında yer alırdı,

öz xidmətlərini geniş miqyasda təbliğ edirdi və vergidən azad olmaq məsələsinə dəqqəti cəlb

edirdi.

MDAŞ növbəti il Glasmanın hesabatına dair rəy dərc etdi (Forrestier, 2005). Həmin

rəydə sosial bərabərsizlik məsələsinin ciddi narahatlıq doğurduğu və monitorinq

aparılmasının zəruri olduğu vurğulanırdı. Buna cavab olaraq hökumət repetitor təhsili və

informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində qeyri-bərabər imkanlar

mövzusunda milli seminar təşkil etdi. Həmin seminar onlayn sənədlə müşaiyət olunurdu və

bir sıra siyasi təlimatların meydana çıxması ilə nəticələndi (Bassy və b., 2006).

65

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!