30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Görüləcək tədbirlər

Johnson (2008) bu konseptualizasiyaya yeni bir çalar əlavə etmiş və öyrədilən mövzu,

şagirdlərin sosial-iqtisadi statusu və nailiyyət səviyyəsi kimi dəyişənləri ortaya atmışdır. O,

Qırğızıstanda apardığı araşdırmaya istinad edərək göstərir ki (s. 213):

Korrupsiya ilə məşğul olan və məşğul olmayan müəllimlər arasında fərq onların

cinsiyyəti, etnik mənsubiyyəti, yaşı və ya inzibati rolu ilə izah edilmir, bu, daha çox

müəllimlərin şagirdlərinin, həmkarlarının, direktorlarının kim olması, hansı fənləri

tədris etmələri və harada yaşamaları ilə xarakterizə olunur.

Daha konkret (s. 219):

Qırğızıstanda korrupsiya ilə məşğul olan müəllimlər tələbatın yüksək olduğu

riyaziyyat, qırğız dili və ya ingilis dili kimi fənləri tədris edən müəllimlərdir (tarix

fənni aşağı tələbatlı fənn sayılır). Bu müəllimlər daha çox SİS-i (sosial-iqtisadi statusu)

yüksək olan şagirdlərə və OQ (orta qiymət) göstəricisinə nail olan şagirdlərə dərs

verirlər. Onlar əsasən az inkişaf etmiş və etnik baxımdan yekcins olan şəhər və ya kənd

zonalarında dərs verirlər. Daha vacib bir fakt isə odur ki, korrupsiya hərəkətlərinə daha

çox yol verən müəllimlərin işlədikləri məktəblərdə digər müəllimlərin “ciddiliyi” və

direktorların peşəkarlığı mövcud tələblərə uyğun gəlmir.

Johnson qeyd edir ki, Klitgaardın təklifi düzgündür, çünki bu müəllimlər yüksək

tələbatlı təhsil məhsulları üzərində monopoliyaya və bu məhsulların istifadəsi ilə əlaqədar

qərar qəbul etmə sərbəstliyinə malikdirlər. Ancaq Johnson tərəfindən əlavə edilən

göstəricilərə şagirdlərin alıcılıq qabiliyyətindən, bacarıqlarından və müəyyən fənlər üçün

hiss etdikləri narahatçılıqdan irəli gələn tələbat daxildir. Bu baxımdan, belə müəllimlərin

korrupsiya əməllərinə yol verən şagirdlərə ehtiyacı var. Qərarvericilər bilməlidirlər ki,

müxtəlif vəziyyətlərdə müxtəlif göstəricilər nəzərə alınmalıdır.

Bəzi təhsil sistemlərində müəllimlərin səlahiyyətlərinin azaldılmasından çox, artırılması

faktı ilk baxışdan göründüyü kimi, ziddiyyətli olmaya bilər. Mühüm imtahanların təsirinin

azaldılmasının bir yolu həmin imtahanları qiymətləndirmənin bir komponentinə

çevirməkdir. Məktəbdə aparılan qiymətləndirmələr müəllimlərin rolunu və bununla da,

səlahiyyətlərini artırır. Qərarvericilər üçün əsas sual odur ki, genişləndirilən məktəb

dəyərləndirmələri sistemin təkmilləşməsinə, yoxsa problemlərin yaranmasına səbəb olacaq

Cavab daha çox müəllimlərin peşəkarlığından və onların özlərini tənzimləmə səviyyəsindən

asılıdır.

81

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!