30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Bütün bu fərqli növlər qruplaşdırıldıqdan sonra repetitorluğun iqtisadi, sosial və təhsil

baxımından təsirinə dair qərarvericilərin və planlaşdırıcıların fikirləri tam formalaşacaq. Bu

parametrlər kitabın növbəti bölməsində öz əksini tapmışdır.

Çərçivə 2. Dəyərləndirmə

“Aydındır ki, repetitorluq özlüyündə yaxşı və ya pis bir məsələ deyil. Əsas olan

repetitorluğun necə və hansı şəraitdə təmin edilməsidir. Fərdi dərs məktəb müəllimləri,

kənar repetitorlar, yoxsa özəl mərkəzlər tərəfindən verilir Müəllimlər fərdi dərsi öz

şagirdlərinə, yoxsa başqa şagirdlərə keçirlər Repetitorluq məktəb təhsilini

tamamlayırmı O, məktəb təhsilini müxtəlif yollarla təhrif edirmi” (Poisson, 2007, s.

4)

Repetitorluğun iqtisadi, sosial və təhsil baxımından təsiri

Əvvəlki bölmələrdən aydın oldu ki, repetitorluğun miqyası, intensivliyi və formaları

fərqlidir. Bu fakt, həmçinin iqtisadi sistemlərin, mədəniyyətlərin rəngarəngliyi və digər

fərqlər repetitorluğun iqtisadi, sosial və təhsil baxımından təsirinin müəyyənləşdirilməsi

zərurətini ortaya atır. Bununla belə, müqayisəli analizlərdən çox şey öyrənmək olar.

İqtisadi təsir

Aydındır ki, repetitorluq dünyanın bir sıra yerlərində böyük biznesdir. Bu, özünü

Koreyada daha qabarıq şəkildə büruzə verir, belə ki, 2006-cı ildə Koreyada ailələrin

repetitorluğa sərf etdikləri vəsait 24 milyard ABŞ dolları və ya Ümumi Daxili Məhsulun

2,8%-ni təşkil etmişdir (Kim və Lee, 2008, s. 3). Koreyanın repetitorluq sənayesi repetitorlar

və əlaqədar işçilər üçün gəlir mənbəyidir. Bu insanların məsrəfləri dalğavari effektə malikdir.

Ailələrin fərdi dərslərə sərf etdikləri xərclərə dair digər nümunələr aşağıdakılardan ibarətdir:

Fransada 2006-cı ilin hesablamalarına görə, sektorun xərcləri təxminən 2,21 milyard

Avro olmuş və hər il təxminən 10% artmışdır (Melot, 2007, s. 50).

Yunanıstanda orta məktəbin yuxarı sinif şagirdləri üçün fəaliyyət göstərən kreminq

məktəblərinə 2000-ci ildə 1,1 milyard Avro vəsait xərcləndiyi bildirilmişdir ki, bu da

təhsilin həmin pilləsində hökumətin təhsilə sərf etdiyi məsrəflərdən çoxdur

(Psacharopoulos və Tassoulas, 2004, s. 247).

Türkiyədə 2004-cü ildə aparılmış hesablamaya görə repetitor mərkəzlərinə sərf edilən

xərclər 2,9 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da Ümumi Milli Məhsulun

0,96%-nə bərabər olmuşdur (ancaq digər hesablamalarda bu göstərici aşağı olmuşdur)

(Tansel və Bircan, 2007, s. 14).

30

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!