30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Urbanizasiyanın yüksək səviyyədə olduğu Sinqapurda zəif nəticə göstərən şagirdlərin

repetitor təhsilinə olan tələbatını saxlamaq problemdir və bazar qüvvələri repetitor təhsilində

boşluğu genişləndirirlər (Cheo və Quah, 2005; Tan, 2009). ABŞ-da Sunderman (2006, s.

119) NCLB strukturunu ona görə tənqid etmişdir ki, bu struktur repetitor təhsilinin

effektivliyini tələb edə bilməmişdir. Onun fikrinə görə, bəzi provayderlər şagirdləri cəlb

etmək üçün mənəviyyatdan uzaq vasitələrdən istifadə edirdilər və bütün ölkədə şagirdlərin

20%-i faktiki olaraq proqramda iştirak edirdilər. Bu faktorlar bənzər planlar irəli sürmək

istəyən qərarvericilər tərəfindən nəzərə alına bilər.

Digər situasiyalarda əsas məsələ tələbatı stimullaşdırmaq deyil, zəiflətməkdən ibarətdir.

Koreya üzrə situastya araşdırmasında qeyd edilir ki, ölkədə bir çox strategiyalar, o cümlədən

repetitor təhsilinin tamamilə qadağan olunması sınaqdan keçirilmişdir. Mavritaniya üzrə

situastya araşdırmasında da I –III siniflərdə repetitor təhsilinin qadağan olunmasına cəhd

edildiyi qeyd olunur. Bu strategiyalar bir sıra digər ölkələrdə də, o cümlədən Kamboca (Bray

və Bunly, 2005, s. 75), Misir (Hartmann, 2008, s. 48), Kenya (Wanyama və Njeru, 2004, s.

1), Türkiyə (Tansel və Bircan, 2007, ç. 6), Uqanda (Eilor, 2007, s. 28) və Hindistanın Qərbi

Benqal ştatında (Jalaluddin, 2007, s. 2) tətbiq edilmişdir. Ancaq bu qadağaların heç biri

effektiv olmamışdır. Məsələn, Misirlə əlaqədar Hartmann (2008, s. 48) Herreranın (1992, s.

75) qeydlərinə istinad edir. Herrera qeyd etmişdir ki, “qadağa qoyulması yolun sərnişinlər

tərəfindən yanlış yerdən keçilməsinə nisbətən daha effektivdir.” Hətta qadağanın geniş

miqyasda ictimailəşdirildiyi və hökumət tərəfindən ciddi səylərin göstərildiyi Koreya və

Mavritaniyada belə qadağanın həyata keçirilməsi çətin olmuşdur. Məktəb müəllimlərinin öz

şagirdlərinə fərdi dərs vermələrinin qadağan edilməsi effektiv ola bilər, ancaq bu, repetitor

təhsilinin tamamilə qadağan edilməsindən fərqlənir.

Ümumiyyətlə, məhz bu səbəbdən repetitor təhsilinə olan tələbatı hədəf alan

strategiyalarda tələbatın səthi simptomları deyil, əsas kökləri hədəfə alınmalıdır. Bu əsas

səbəblərin əksəriyyəti təhsil nazirlikləri tərəfindən aradan qaldırıla bilmir, çünki onlar

mədəniyyət və iqtisadiyyat ilə əlaqədardır. Mədəni faktorlara misal olaraq təhsil sahəsində

müvəffəqiyyət qazanmağın cəmiyyətdə nə dərəcədə hörmətlə qarşılanmasını və qurban tələb

etməsini, iqtisadi faktorlara misal olaraq isə təhsilin daha yuxarı pillələrində əldə edilən

faydanı və repetitor təhsilinin həmin təhsil pillələrində vəsait xərcləmək üçün nə dərəcədə

dəyərli olmasını göstərmək olar.

76

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!