30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Diaqnoz

Mavritaniyada repetitorluq problemi ilə əlaqədar narahatçılıq bir əsrdən artıq bir

müddətdə ifadə edilmişdir. Foondun (2002, s. 488) 1901-ci ildə oğlanlar üçün yeganə orta

məktəbin rəhbəri tərəfindən repetitor təhsilinin mənfi cəhətlərinə dair bildirilən fikirlərə

istinad edir. Direktor bu problemin qarşısını almaqda gücsüz olduğunu bildirmişdir. Bənzər

fikir 1911-ci ildə Curepipedə yerləşən Mavritaniya Kral Kollecinin rəhbəri tərəfindən də

ifadə edilmişdir (sitat Mavritaniya, 1994, sp. 1-2). O, öz işçilərindən 12 nəfərin həftədə

13-33 saat fərdi dərs verdiklərini bildirmişdir. O aşağıdakıları qeyd edir:

Yetərli kompensasiya təmin edilməyincə, bu fəaliyyəti qadağan etmək mümkün

deyil, həmçinin, mən bu tədbiri arzuolunmaz hesab edirəm. Oğlanlar kollecdən sonra

istirahət saatlarını istədikləri kimi keçirmək hüququna malikdirlər və heç kim onlara

mane ola bilməz. Məhdudiyyət tətbiq etmək də qeyri-mümkün görünür. Bunu necə

həyata keçirmək olar Üzvlər deyə bilərlər ki, iş saatlarından sonra onların

hərəkətlərinə nəzarət oluna bilməz. Mən yetərli bir çıxış yolu göstərə bilmirəm.

Üç onillik keçdikdən sonra 1941-ci il təhsil məruzəsinin müəllifi göstərirdi ki,

müəllimlər bazar ertəsindən cümə gününə qədər hər gecə iki saat əlavə dərs dediklərində

görə öz işlərini səmərəli şəkildə yerinə yetirə bilməzlər. Məruzədə daha sonra aşağıdakılar

şərh olunurdu (sitat Mavritaniya, 1994, s. 2):

İş günü kifayət qədər uzun deyilsə, onu artırmaq olar. Bütün sinif üçün özəl dərsə

ehtiyac yoxdur və zəruri olarsa, geridə qalan bir neçə oğlan üçün sinif müəllimi

tərəfindən vəzifəsinin tərkib hissəsi kimi dərs verilə bilər.

Armoogum Parsuramen-in vəzifədə olduğu dövr (1983-1995)

Armoogum Parsuramen repetitor təhsilinə dair narahatçılığın artdığı bir dövrdə vəzifədə

olmuş və məsələnin həll edilməsində qərarlı olduğunu bildirmişdir. Vəzifəyə yeni başladığı

vaxtlarda yazılmış Ağ Kitabda (Mavritaniya, 1984, s. 15) qeyd edilir ki:

Repetitor təhsilinin xüsusən ibtidai siniflərdə sui-istifadə olunması hökuməti narahat

edir. Valideynləri repetitor xərclərini ödəmək iqtidarında olmayan uşaqlar məktəb

həyatının əvvəlindən əlverişsiz mövqedə olurlar. Hökumət təklif edir ki, repetitorluğun

əhatəsi və onun məktəblərə təsiri dərindən araşdırılsın. Araşdırmanın nəticəsinə əsasən

konkret göstərişlər müəyyən edilməlidir. Ancaq repetitorluğun zərərli təsirinə qarşı

həyata keçirilən kampaniyada əsas diqqət məktəb təhsilinin keyfiyyətinin artırılmasına

yönəldilməlidir. Müəllimlər öz vəzifələrini vicdanla və ədalətlə yerinə yetirsələr,

ibtidai siniflərdə repetitor təhsilinə olan tələbat əsaslı şəkildə azalar.

55

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!