30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Görüləcək tədbirlər

Qazaxıstan və Tacikistanda qanunvericilikdə müəyyən edilirdi ki, valideynlər repetitor

dərsləri üçün ödənişi təhsil müəssisələrinin bank hesabına köçürməlidirlər, ancaq

Qazaxıstanda çox az dövlət məktəbinin və Tacikistanda heç bir dövlət məktəbinin bank

hesabı yox idi. Silova həmçinin vergi güzəştlərinin olmadığını qeyd etmişdir (s. 12).

Tacikistanın Təhsil Qanununda qeyd edilirdi ki, “tacik qanunvericiliyinə görə, pullu təhsil

xidmətlərindən əldə edilən gəlir vergiyə cəlb edilir”. Ancaq hökumət bu tələbin real olaraq

həyata keçirilməsi üçün heç bir mexanizm müəyyən etməmişdi və repetitorların könüllü

olaraq qanuna əməl etmələri üçün stimul yox idi.

Digər ölkələrdəki hüquqi strukturlar və normalar fərqli idi. Hətta müstəmləkə dövründə

Koreyanın hüquq sisteminin Yaponiyanın təsiri altında olmasına baxmayaraq, bu iki ölkə

arasında mühüm fərqlər var idi. Kim və Lee (2008, s. 9) qeyd edirdilər ki, hakvon (haukon)

sahibləri hökumətdən icazə almalıdırlar. Bu müəssisələrdə çalışan müəllimlərə dair

müəyyən akademik tələblər müəyyən edilməli və onların müəssisələri təhlükəsizlik

standartlarına cavab verməlidirlər. Qanunda həmçinin tələb olunur ki, xidmət haqqı yerli

təhsil orqanları tərəfindən müəyyən edilmiş limitdən aşağı olmalıdır. Kim və Lee qeyd

etmişlər (s. 9) ki:

Güclü qanunun olması Yaponiyada jukuya qarşı qeyri-müdaxiləçilik yanaşmaları ilə

kəskin ziddiyət təşkil edir. Yapon hökuməti jukulara digər kiçik bizneslər kimi yanaşır

və onların fəaliyyətini tənzimləmir. Repetitor təhsilinin müxtəlif formalarına malik

olan və təhsil tələblərinə cavab verən jukularla müqayisədə hakvon nisbətən dar

formadır və məktəbə daha çox bənzəyir.

Bu fikirlər Dierkes (2008) və Mori (2008) kimi müəlliflər tərəfindən də səsləndirilmişdir.

TPBİ forumunda təqdim edilən digər nümunələr aşağıdakılardan ibarətdir:

• Avstriyada repetitor dərsləri daha çox təkbətək «ev biznesi» formasında keçilir ki,

burada dərs keçənlər universitet tələbələri, təqaüdçülər və fəaliyyətdə olan

müəllimlərdir. Dövlət qulluqçuları üçün müəyyən edilmiş qanunlarda müəllimlərin

məktəbdəki şagirdlərinə repetitor dərsi verməsi qadağan olunur (Gruber, 2007, s. 3;

bax, həmçinin Gruber 2008).

Hindistanda repetitor təhsilinin tənzimlənməsi üçün milli siyasət yoxdur, ancaq bəzi

ştatların öz qanunları var (Sujatha, 2007, s. 29-30) ki, bunların əksəriyyətində

müəllimlərin məktəbdəki şagirdlərinə repetitor dərsi verməsi qadağan olunur. Bəzi

ştatlarda məktəb rəhbərliyinin razılığı ilə maddi vəziyyəti ağır olan müəllimlərin

məktəbdəki şagirdlərinə məhdud səviyyədə repetitor dərsləri keçmələrinə icazə verilir.

Sujatha qeyd edirdi (s. 29) ki, “hamı bilir ki, müəllimlər məhdudiyyətsiz repetitor

dərsləri verirlər”.

89

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!