30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Müəllimlər tərəfindən məktəbdəki şagirdlərinə fərdi dərs verilməsi məsələsi

korrupsiyaya dair aparılan geniş müzakirələr kontekstində nəzərdən keçirilə bilər (Hallak və

Poisson, 2007; Poisson, 2007; Dawson, 2009). Çərçivə 8-də məsələlərin

konseptuallaşdırılması üçün Klitgaard formulu verilir. Bu formulun repetitor dərslərinə

tətbiq edilməsi ilə müəllimlər daha geniş imkanlar əldə edirlər və buna görə də şagirdlərin

testlərdən keçməsində və ya keçə bilməməsində qərar vermək səlahiyyətinə malik

olduqlarından və çox az cavabdehlik daşıdıqlarından, yaxud da heç cavabdehlik

daşımadıqlarından, monopoliyanı ələ alırlar. Mavritaniyada IV-VI siniflərdə hər bir fənn

üzrə sinif müəllimlərinin başqa müəllimlərlə əvəz edilməsi həmin müəllimlərin

monopoliyasının aradan qaldırılması məqsədi güdürdü. Digər tədbirlər də məktəb və sistem

səviyyəsində qərar vermə sərbəstliyinin məhdudlaşdırılmasına və hesabatlılığın

artırılmasına yönəlmişdir.

Çərçivə 8. Monopoliya + Qərar vermə sərbəstliyi – Hesabatlılıq

Korrupsiyanın xarakterinə və səbəblərinə toxunarkən Klitgaard (1988, s. 75) əsas

elementləri formul şəklinə salmışdır:

Korrupsiya = Monopoliya + Qərar vermə sərbəstliyi – Hesabatlılıq.

O, qeyd edir ki, agentlər müştərilər üzərində monopoliyaya sahib olan zaman, qərar

vermə sərbəstliyinə malik olduqda və onların hesabatlılığı zəif olduqda qanunsuz

davranışlar meydana gəlir.

Biswal (1999, s. 223) xüsusən məktəb müəllimlərinin öz şagirdlərinə fərdi dərs

verdikləri hallarda repetitor təhsili ilə korrupsiyanın digər formaları arasında

paralellərin olduğunu göstərir. Onun fikrincə, bu müəllimlər “şagirdlərə öz

xidmətlərinin təmin edilməsində monopoliyaya malikdirlər, təmin etdikləri xidmətin

müəyyən edilməsində tam sərbəstdirlər və öz hərəkətlərinə görə demək olar ki,

cavabdehlik daşımırlar. Bu, onunla nəticələnir ki, müəllimlər məktəbdəki

vəzifələrindən boyun qaçırmaqla və məktəbdən kənar ödənişli əlavə dərs verməklə

şagirdlərin istehlak defisitini cəlb etməyə çalışırlar.”

80

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!