30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Diaqnoz

Eyni zamanda repetitor təhsili verən müəssisələr özəlləşdirmə, məktəblər arasında rəqabət

və məktəb sisteminin seqmentlərinin zəifləməsi kimi təhsil sahəsində rəqabəti və

məktəbdəki gərginliyi artıran faktorlardan faydalanırlar.

Ancaq bu sektorda xidmət keyfiyyəti tənqid mövzusu olmuşdur. 2009-cu ildə Fransa

televiziyasında yayımlanan sənədli filmdə (Bendall və Tourte, 2009) bir çox repetitorların

naşı olduqları qeyd edilir və bu müəllimləri işə götürən şirkətlərin iddiaları araşdırılırdı.

Melot (2007, s. 99) tərəfindən qeyd edildiyi kimi, sektorda daha çox qeyri-leqal işçilər

çalışdırılır və bazar “parçalanmış, dəyişkən və qeyri-şəffaf” xarakterə malikdir (s.119).

Çərçivə 5. Fransada repetitor təhsilinin maliyyə aspekti

Fransa Hökuməti repetitor şirkətlərinə ödənilən vəsatlərin 50%-nin gəlir vergisi

öhdəliyindən çıxılmasına icazə verir. Acadomia bu imkandan faydalanan şirkətlərdən

biridir. Şirkət repetitorlarla valideynlər arasında vasitəçi rolunu oynayır, valideynlər

repetitora xidmət haqqı ödəyir və vergidən azad edilmək istəyi ilə çıxış edir.

Valideynlər öz uşaqlarının qeydiyyata alınması üçün 75 Avro həcmində ilkin

qeydiyyat haqqı ödəməlidirlər ki, bu məbləğdən vergi çıxılmır. Daha sonra repetitor

dərslərinin hər saatı üçün onlar orta hesabla 32 Avro ödəyirlər. Bu məbləğdən 14 Avro

müəllimin payına düşür (bəzən daha az), 5 Avro işçi xərclərinə çıxılır və 13 Avro

Acadomia şirkətinə qalır. Valideynlər üçün 32 Avro məbləğdən 16 Avro vergiyə cəlb

olunur. Buna görə də repetitor dərsinin bir saatının ümumi qiyməti 16 Avro təşkil edir.

Repetitor 14 + 13 = 27Avro gəliri bəyan etməlidir, ancaq Acadomia şirkətinə ödənilən

13 Avronu «xərc» kimi çıxa bilər.

Mənbə: Cavet, 2006, s. 12.

Fransa, Koreya və Mavritaniyanın əsas siyasət fərqi ondan ibarətdir ki, vergi sistemi

valideynlərin repetitor xidmətlərinə pul qoymalarına imkan yaradır. Bunun sosial

bərabərsizliyə səbəb olması ilə əlaqədar bildirilən tənqidi fikirlərə qarşı Fransanın müvafiq

orqanlarının cavabı iki cür olmuşdur. Bunlardan birincisi odur ki, ev tapşırıqlarının yerinə

yetirilməsinə dövlət tərəfindən göstərilən pulsuz yardım inkişaf etdirilməlidir. 1980-ci

illərdən sonra yaranan bu dövlət sistemləri dörld ayrı nazirliyin rəhbərliyi altında fəaliyyət

göstərir (Təhsil, Məşğulluq, Səhiyyə və Sosial Təminat) və 2000 assosiasiyadan və dövlət və

ya yarıdövlət qurumlarından ibarətdir (Cavet, 2006, s. 4). İkincisi, hökumət bütün

sosial-iqtisadi qruplara yardım etmək məqsədilə məktəb şəbəkələrində repetitorluğun

inkişaf etdirilməsi üçün öz siyasətini bəyan etmişdir. Əvvəlcə bu təklif bəzi məktəblərdə

məcburi, digərlərində isə könüllü idi.

69

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!