30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Keyfiyyətin aşağı düşməsi ilə əlaqədar kinayə doğuran bir məqam ondan ibarətdir ki,

müəyyən vəziyyətlərdə o, ibtidai siniflərdə və orta məktəbin aşağı siniflərində pulsuz

təhsilin inkişaf etdirilməsi üçün hökumətin səylərindən yaranır. Bundan sonra isə ən azı

rəsmi səviyyədə dövlət təhsili pulsuz olur, ancaq əsas sistem gizli özəlləşməyə məruz qalır ki,

bu da sosial bərabərsizlik yaradır. TPBİ forumunda Kitaev (2007, s. 3) bu kinayəli məqama

diqqət yetirməyə çağırır. Bəzi valideynlərin pulsuz sistemlərdə təhsil üçün pul ödəmək

iqtidarında olduqlarını və ödədiklərini göstərən repetitorluğun inkişafı hamı üçün pulsuz

təhsil ideologiyasının hələ də qüvvədə olması sualını doğurur. Botsvana hökuməti bu

məsələyə ciddi yanaşmış, orta təhsil pilləsində ödənişi yenidən tətbiq etmişdir. Bu addımı

atarkən hökumət belə bir qənaətə əsaslanmışdır ki, ən azı bəzi valideynlər ödəmək

iqtidarındadırlar və pulsuz təhsil resursları ehtiyacı olan sektorlar üçün daha səmərəli şəkildə

istifadə oluna bilər (Makgothi, 2007).

Obeegadoo-nun qeydlərində də (2007, s. 6) tələb və təklifin artması göstərilir. Tələblə

əlaqədar o qeyd edir ki:

Hazırki bilik, təhsil və akademik nailiyyətlər dövründə bu, ayrı-ayrı fərdlərin

həyat şansı, həmçinin cəmiyyətin sosial və iqtisadi inkişafı üçün həlledici faktordur.

Texnologiyaların diktəsi ilə əmək bazarlarının dəyişməsi və bacarıqların çeşidinin

artması rəngarəng təhsil imkanları və istiqamətləri üçün ictimai axtarışa çevrilir.

Eyni zamanda repetitor təhsilində təminatın artması təkcə onun sosial cəhətdən qəbul

edilməsi ilə deyil, həmçinin kənardan resursların cəlb edilməsinə imkan verən qloballaşma

qüvvələri ilə izah olunur (bax, məs. Nanda, 2005; Marlantes və Sunol, 2006; Ventura,

2008a). Repetitor təhsili sərhədləri aşaraq, İnternet vasitəsilə və yerli qaydada təmin edilə

bilər. Obeegadoo tərəfindən müəyyən edilən digər bir qüvvə də konsümerizmdir. Bu, “peşə

uğuruna nail olmaq üçün müəllimlər arasında daimi stimul yaradır və müəllim peşəsində

sahibkarlıq mədəniyyətinin çiçəklənməsinə təkan verir”. Həqiqətən də bir çox ölkələrdə

müəllim peşəsi mədəniyyəti çox dəyişmişdir. Bu, ya hökumətin təhsil sistemlərində rəqabət

yaratmaq cəhdlərindən, ya da müəllimlərin və ailələrin bazar siqnallarına verdikləri

reaksiyadan irəli gəlir.

102

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!