30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Çərçivə 1. Repetitorluq modellərinin təsnifatı

Bütün dünyada mövcud olan modelləri nəzərdən keçirərkən repetitorluğun miqyasına və

xarakterinə görə ölkələrin hansı şəkildə qruplaşdırılacağı müəyyən olur. Bu qruplaşdırma

repetitorluğun mühüm bir fəaliyyət kimi formalaşmasına dair tarixi göstəricilərə,

repetitorluğa imkan yaradan və ya onu məhdudlaşdıran mədəni faktorlara, həmçinin kölgə

sistemlə hökumətin təhsil siyasəti arasındakı əlaqənin xarakterinə əsaslanmalıdır.

• Yaponiya, Honq Konq, Koreya və Tayvan kimi Şərqi Asiya cəmiyyətlərində

repetitorluq uzun müddət davamlı bir fəaliyyət olmuşdur və mədəniyyətdən

qaynaqlanır. Bunu qismən Konfutsi ənənələri ilə izah etmək olar. Həmin ənənələrdə

təhsilə dəyər verilir və çalışqanlıq yaxşı keyfiyyət kimi vurğulanır. Repetitorluq

qismən yaxşı göstəricilər əldə edən şagirdlərə xidmət edir.

Keçmiş Sovet ölkələrində və Şərqi Avropada 1990-cı illərin əvvəllərinə qədər

repetitorluğun miqyası kiçik idi, ancaq iqtisadi sistemlər dağıldıqdan sonra müəllimlər

yoxsulluq həddini aşa bilmək üçün repetitor kimi əlavə qazanc əldə etmək

məcburiyyətində qaldıqları üçün repetitorluq geniş yayılmağa başladı. Şagirdlər təhsil

göstəricilərinə görə bu xidmətdən istifadə edə bilərlər.

Qərbi Avropada, Şimali Amerikada və Avstraliyada repetitorluğun miqyası Şərqi

Asiya və keçmiş Sovet ölkələri ilə müqayisədə kiçikdir, ancaq qərarları qəbul edən

qərarvericilər məktəblər arasında rəqabətin vacib olduğu fikrini irəli sürdükləri və

valideynlər fərdi dərslərə sərf etdikləri məsrəflərin əvəzini gördükləri üçün repetitor

fəaliyyətləri genişləndi və özünü daha çox büruzə verməyə başladı. Bəzi hökumətlər

zəif göstəricilərlə oxuyan şagirdlərə kömək etmək üçün repetitorluğa imkan

yaratdılar.

Repetitorluq həmçinin Afrikada da getdikcə özünü daha çox büruzə verir. Bu

tendensiya qismən onunla əlaqədardır ki, müəllimlər güclü hesabatlılıq və nəzarət

mexanizmlərinin olmadığı təhsil sistemində gəlir qazanma imkanlarının olmasından

xəbərdardırlar. Bu baxımdan, Afrikanın təhsil sistemləri getdikcə Cənubi Asiyanın

təhsil sistemlərinə bənzəyə bilər. Belə ki, Cənubi Asiyada, xüsusən şəhər zonasında

repetitorluq gündəlik həyatın bir hissəsinə çevrilmişdir. Keçmiş Sovet ölkələrində

olduğu kimi, burada da müəllimlər repetitorluq fəaliyyəti ilə yetərsiz gəlirlərini

artırmaq üçün məşğul olurlar.

Latın Amerikasında orta məktəbin yuxarı sinifləri istisna olmaqla, repetitorluq

nisbətən az inkişaf etmişdir. Bu, bir daha təhsil sistemindəki ənənələri əks etdirir,

ancaq bu ənənələr Qərbi Avropada, Şimali Amerikada və Avstraliyada olduğu kimi

dəyişə bilər.

Bu fərqli kateqoriyalar o zaman faydalı ola bilər ki, onlar müxtəlif strategiyalara olan

ehtiyacı aşkara çıxara bilsin. Planlaşdırıcılar elə düşünməməlidirlər ki, repetitorluğun

miqyası kiçikdirsə, deməli tədbir görməyə ehtiyac yoxdur. Əksinə, məhz həmin məqamda

tədbir görmək lazımdır, çünki problemin qarşısını almaq onu həll etməkdən yaxşıdır..

Repetitorluğun intensivliyindəki fərqlər

TPBİ forumunda təqdim edilən statistik göstəricilər repetitorluğun intensivliyi ilə

əlaqədar fərqli modellərin və dəyişənlərin olduğunu nümayiş etdirmişdir. Məsələn,

Neto-Mendes və Costa (2007) üç il müddətində Portuqaliyanın şəhərlərindən birində

dörd orta məktəbdə apardıqları araşdırmadan bəhs etmişlər.

24

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!