30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Nəticələr

Bu kimi vəziyyətlərdə repetitor təhsili sadəcə olaraq öz yoluna davam edir. Bir sıra

qərarvericilər və planlaşdırıcılar bu məsələyə məhəl qoymamaq qərarına gəlmişlər, ancaq bu,

getdikcə mümkünsüz bir vəziyyətə gəlib çatır. Məsələni başa düşməkdən konkret tədbir

görməyə keçmək asan deyil. Repetitorluq çox mürəkkəb məsələdir və fərqli

mədəniyyətlərdə, iqtisadiyyatlarda, coğrafi məkanlarda və sosial siniflərdə mövcud olan

çoxsaylı faktorlardan irəli gəlir. Bundan başqa Koreya və Mavritaniyada bir neçə onillik

ərzində müvafiq orqanların bu məsələ ilə əlaqədar o qədər də uğurlu olmayan fəaliyyətləri

təqdirəlayiqdir. Bu vəziyyət tələb edir ki, repetitor təhsili dərin kök atmazdan əvvəl onu

formaya salmaq üçün planlaşdırma aparılsın. Həmçinin Avstraliya, İngiltərə və Fransa kimi

ölkələrdə ehtiyatlı olmaq lazımdır. Bu ölkələrdə zəif nəticə göstərən şagirdlər üçün repetitor

təhsilinin inkişaf etdirilməsi məktəb mədəniyyətinə arzuolunmaz yöndə təsir göstərə bilər.

TPBİ forumunda bir çoxları Obeegadoo-nun belə bir fikri ilə razılıq bildirmişlər ki (2007,

s. 6), mümkün qədər repetitorluğun yayılmasının:

…qarşısı alınmalıdır və bunun üçün rəsmi məktəb sistemindəki nöqsanlar və

problemlər aradan qaldırılmalıdır. Milli kontekstdən və reallıqdan asılı olaraq,

görüləcək tədbirlərə ciddi keçid imtahanlarının ləğv edilməsi, təhsil xidmətlərinin

keyfiyyətinin artırılması, öyrənmə imkanları və formaları üçün seçimin və çeşidin

artırılması və özəl təşəbbüslərə imkan yaradılması kimi fəaliyyətlər aid ola bilər.

Heç də o demək deyil ki, dövlət təhsil xərclərinin artırılması ailələrin repetitor təhsilinə

sərf etdikləri xərcləri azaldacaq. Əksinə, əsas sektorda hökumətin fəaliyyətlərinin

genişləndirilməsi kölgə sistemin həcmini artıra bilər. Buna görə də çox şey ailələrin

gəlirindən və daha vacibi, ailələrin ümumiyyətlə təhsilə və xüsusən repetitor təhsilinə

münasibətindən asılıdır. Bir çox ailələr öz uşaqlarının həyatda şansını artırmaq üçün bütün

mümkün vasitələrdən istifadə etmək istəyirlər və buna nail olmaq üçün əllərindən gələni

edirlər. Bəzi cəmiyyətlərdə balet, piano dərsləri və dini təhsil kimi qeyri-akademik

fəaliyyətlər sayəsində çox şeyə nail olmaq olar; digər cəmiyyətlərdə isə, riyaziyyat, dil və

təbiət elmləri kimi fənlər üzrə əlavə təhsil almaq ən yaxşı investisiya sayılır.

Repetitor təhsilinin artıq geniş yayıldığı yerlərdə onu qadağan etmək real və effektiv

tədbir ola bilməz. Qəti qadağa heç bir yerdə uğurlu olmamışdır, ancaq məktəb

müəllimlərinin öz şagirdlərinə fərdi dərs vermələrinin qadağan olunması arzuolunan bir

tədbirdir.

Bir çox ölkələrdə repetitor təhsilinə qarşı müqavimət göstərmək üçün daha dərin və

çoxaspektli yanaşmalar tələb olunur. Repetitorluğun ən zərərli və sosial bərabərsizlik

yaradan aspektlərinə qarşı tənzimləmə tədbirləri görülməlidir. Eyni zamanda hökumət zəif

nəticə göstərən şagirdlər üçün repetitorluğu dəstəkləməklə bu sektora qoşula bilər, bir şərtlə

ki, hökumət bu müdaxilələrin məktəb mədəniyyətinə və valideynlərin, müəllimlərin və digər

tərəflərin münasibətinə göstərəcəyi təsiri nəzərə almalıdır.

103

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!