30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Nəticələr

Yüklənilə bilən repetitor dərsləri texnologiyalarının Koreyada da mövcud olması faktı

qərarvericilər üçün düşündürücü ola bilər. Choe (2009, s. 14) qeyd etmişdir ki, Koreya beş

ildə İnternet sürətinin 10 dəfə artırılması üçün milyardlarla dollar sərf edir. Şagirdlərin

yüklədikləri materialların müəyyən hissələrini sürətli yığmaq, digər hissələri təkrarlamaq və

qeydlər etmək imkanına malik olmaları təkbətək repetitor dərslərinə nisbətən daha çox

çeviklik yaradır. Oflayn dərslər getdikcə daha çox onlayn və üzbəüz dərsləri əvəz edə bilər.

Bu cür oflayn dərslər hökumət qurumları və özəl sektor tərəfindən verilə bilər, ancaq elə

görünür ki, hazırda özəl sektor hakim mövqedədir. Repetitor biznesində internet

liderlərindən biri (sitat Choe-ya aiddir, 2009, s. 4) qeyd etmişdir ki, gələcəkdə “şagirdlər

yəqin ki, məktəbə idmana getdikləri kimi həftədə bir dəfə gedəcəklər”. Bu, bəlkə də çox

kəskin proqnozdur, ancaq müəyyən mühitlərdə müəyyən qrup şagirdlərə, xüsusən imtahan

mövsümündə motivasiyası yüksək olan şagirdlərə uyğun gəlir.

Digər situasiyalarda isə repetitor məktəbləri insanlar arasında təması azaltmır, əksinə

artırır. Sou Makaodan bəhs edərkən ailələrin xarakterinin dəyişdiyini də müşahidə etmişdir

(2007, s. 4), belə ki, burada getdikcə daha çox repetitor məktəbi “uşaqlar üçün qayğı xidməti

göstərirlər”:

Günorta vaxtı məktəbdən sonra repetitor məktəbi uşaqları yedirmək üçün

xüsusi məktəbə aparmalıdır. Daha sonra uşaqlar məktəbə geri qaytarılır və günortadan

sonra dərslərinə davam edirlər. Məktəbdən sonra uşaqlar ev tapşırıqlarını yerinə

yetirmək üçün repetitor məktəbinə aparılırlar və işdən sonra valideynləri gəlib onları

aparana qədər orada olurlar.

Ancaq yəqin ki, məktəblərin özlərinin bu ehtiyaclara cavab verə bilməməsinin elə bir

ciddi səbəbi yoxdur. İngiltərədə müvafiq orqanlar saat 8.00-dan 6.00-a qədər uzadılmış gün

rejimini sınaqdan keçirirlər və bir çox məktəblərdə fasilə vaxtı üçün fəaliyyətlər həyata

keçirilir (Ireson, 2007b). Makaoda hökumət 2002-ci ildə Məktəblərin icmalaşdırılması

proqramını irəli sürmüşdür ki, bu proqram çərçivəsində bir sıra məktəb binaları icma üçün

istifadəyə açılmışdır. Həmçinin, daha böyük yaşlı şagirdlər üçün Makao hökuməti dərs

otaqları təşkil etmiş, vətəndaş təşkilatlarını maliyyələşdirmişdir; 1997-ci ildən etibarən

Makao hökuməti ev tapşırıqlarına yardım üçün telefon xidməti açmışdır (Sou,2007, s. 9).

105

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!