30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Diaqnoz

• 1984-cü ildə orta məktəbin yuxarı sinif şagirdlərinə qış tətili vaxtı xarici dil üzrə özəl

repetitor məktəblərinə getməyə icazə verilirdi. Ən zəif nəticələr göstərən şagirdlərə

(20%) məktəbdə müəllimlərdən əlavə dərs almağa icazə verilirdi.

1988-ci ildə məktəbdə hər bir şagirdin öz müəllimindən ödənişli əsasla əlavə dərs

almasına icazə verilirdi.

1989-cu ildə universitet tələbələri tərəfindən ibtidai və orta məktəb şagirdlərinə fərdi

dərs verilməsinə icazə verilirdi. Əyani vəsait kimi maqnitofonların hazırlanmasına,

alınmasına və kirayəyə götürülməsinə də icazə verilirdi. İbtidai və orta məktəb

şagirdləri tətil vaxtı dərs almaq üçün repetitor müəssisələrinə gedə bilərdilər.

1991-ci ildə ibtidai və orta məktəb şagirdlərinə dərs rübləri vaxtı da repetitor

müəssisələrinə getmək üçün icazə verilirdi.

1996-cı ildə universitet məzunları tərəfindən ibtidai və orta məktəb şagirdlərinə fərdi

dərslərin keçilməsinə icazə verilirdi.

Qadağaların yüngülləşdirilməsi sürətli inkişafa təkan verdi. 1993-cü ildə bütün ölkədə fərdi

dərs xərcləri 3 410 milyard Won (4,3 milyard ABŞ dolları) təşkil edirdi. Bu rəqəm 1994-cü

ildə 4 696 milyard Won, 1995-ci ildə isə 9 320 milyard Won-a qədər artdı (Yoon və b., 1997,

s. 1). 1997-ci ilə qədər ibtidai, orta və yuxarı sinif şagirdlərinin orta illik repetitor xərcləri

adambaşına düşən Ümummilli Məhsulun 12-16%-nə çatmışdı ki, bu da Yaponiya üzrə

göstəricidən 3-4 dəfə artıq idi (Kwak, 1999). Repetitorluq ibtidai siniflərdə ən yüksək həddə

idi və şəhərlərdə özünü daha qabarıq büruzə verir, kənd zonalarında isə əhəmiyyətli bir

fəaliyyətə çevrilmişdi.

Qismən bu artımla əlaqədar olaraq 1997-ci ildə qadağa məsələsi yenidən siyasi gündəmə

gəldi. Prezident Kim Dae-Jung 1998-ci ildə inaqurasiya nitqində bəyan etdi ki, “gəncləri

məktəbdənkənar fəaliyyətlərdən, valideynləri isə repetitor dərslərinin maddi yükündən azad

edəcək” (sitat Yi-yə aiddir, 2002, s. 2). 1998-ci ildə hökumət elan etdi ki, orta məktəb

şagirdləri üçün məktəbdənkənar repetitor dərsləri mərhələlərlə qadağan ediləcək: 1999-cu

ildə orta məktəbin aşağı sinif şagirdləri və liseylərin birinci sinif şagirdləri üçün, 2001-ci ildə

hər bir orta məktəb şagirdi üçün.

Ancaq bu dəyişiklik böyük skeptisizm ilə qarşılandı. Tənqidçilər hesab edirdilər ki,

repetitorluğa qarşı ən effektiv mübarizə onu lazımsız etməkdir və bunun üçün repetitorluğun

yaratdığı rəqabət azaldılmalı və məktəb təhsil sisteminin keyfiyyəti artırılmalıdır.

Dövri mətbuatda yer alan bir məqalədə aşağıdakı fikirlər şərh edilirdi (Asiaweek,

1997, s. 20):

51

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!