30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

4. Monitorinq və dəyərləndirmə

Qərarvericilər planlı və plansız dəyişikliklərin xarakterini müəyyən etmək üçün öz

ərazilərində təhsilin bütün formalarını müşahidə etməlidirlər. Bundan başqa konkret

müdaxilələrin təsirini müəyyən etmək üçün dəyərləndirmə mexanizmləri olmalıdır. Növbəti

bölmələrdə repetitor təhsili məsələsi ilə əlaqədar geniş təcrübələr təsvir olunur. Bu

fəaliyyətin bir çox səviyyələrdə: fərdi məktəb, bölgə, ölkə və beynəlxalq səviyyələrdə

mövcud olmasına dair göstəricilər zəruridir. Birinci bölmə ölkədaxili, ikinci bölmə isə

beynəlxalq dəyərləndirmələrdən bəhs edir.

Milli və yerli səviyyədə rəy bildirilməsi

Bu kitabın Diaqnoz bölməsində başlanğıcda qeyd edilir ki, repetitor təhsilinin ölçüsünə

və formasına dair dəqiq göstəricilər toplamaq çətindir. Ola bilər ki, repetitorlar, şagirdlər və

valideynlər müxtəlif səbəblərdən verdikləri, aldıqları və ya satın aldıqları fərdi dərslərin

formasına və həcminə dair açıqlama vermək istəməsinlər. Həmçinin ayrı-ayrı fəsillərdə

repetitorluğun intensivliyi və müddəti də dəyişir; göstəricilər çox olan zaman repetitor

təhsilinin təsirini müəyyən etmək çətin olur.

Bununla belə, repetitorluğun müşahidə edilməsinin və dəyərləndirilməsinin mümkün

olması bu kitabda istinad edilən çoxsaylı araşdırmalardan da aydın olur. Ireson qeyd

etmişdir ki (2007a, s. 3), təhsil müəssisələrindəki şagirdlər ən yaxşı informasiya mənbəyi

rolunu oynayırlar, çünki sinifdə onların arasında sorğu keçirmək nisbətən asandır. O, əlavə

edir ki:

Şagirdlər arasında keçirilmiş sorğularda repetitor təhsilinin xarakterinə və miqyasına,

ayrı-ayrı fənlər üzrə repetitor təhsilinin nə dərəcədə populyar olmasına, repetitor

dərslərinin intensivliyinə və dərs ili boyunca mövcud olan repetitorluq modellərinə

dair çoxlu faydalı məlumatlar əldə edilir. Bu sorğularda çox vaxt əlavə, demoqrafik

məlumatlar da əldə edilir və sorğularda repetitor xidmətlərinə nə üçün müraciət

edilməsinin səbəblərinə dair suallar və şagirdlərin məsələyə münasibəti öz əksini tapır.

Tədqiqatçılar kəmiyyət xarakterli sorğuları müsahibələrlə və digər keyfiyyət xarakterli

araşdırmalarla əvəz edə bilərlər. Sonuncu repetitor təhsilinin bir çox növlərinin

müəyyənləşdirilməsinə və qruplaşdırılmasına yardım edə bilər. Qeyri-təsadüfi nümunələrdə

faydalı məlumatlar olsa da, bu nümunələrin nəticələri ayrı-ayrı ölkələrdə repetitor təhsilinin

miqyasının və ya tendensiyaların müqayisə edilməsi üçün o qədər də dəyərli sayılmır.

93

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!