30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kölgə təhsil sisteminə qarşı müqavimət

Bənzər nümunə Azərbaycanda da mövcuddur. Kazımzadə (2007) göstərir ki, xüsusən

orta məktəbin son sinfində şagirdlər bir qayda olaraq məktəbdən yayınaraq dərs saatlarında

fərdi dərs alırlar (bax, həmçinin Silova və Kazımzadə, 2006, s. 128). Bəzi şagirdlər hətta

məktəbdən yayınmaq və fərdi dərs almaq üçün müxtəlif çıxış yolları axtarır və məktəbdə

davamiyyətin qeydiyyatı saxtalaşdırır .

Bu müşahidələri Mavritaniya təcrübəsində də müşahidə etmək olar (Obeegado, 2007) ,

imtahanlara yaxın siniflər demək olar ki, boş olur, çünki şagirdlərin əksəriyyəti

məktəbdənkənar fərdi dərs alırlar. Repetitorluğun intensivliyi də şagirdlərin diqqətinə

təsir göstərə bilər. Koreyada Kim (2007, s. 16-17) repetitorluğun xüsusi təyinatlı məktəblərə

(XTOM, lysey növü –red.) qəbul olmağa göstərdiyi təsirdən bəhs edir. Şagirdlər hesab

edirlər ki, repetitor mərkəzləri daha yaxşı təhsil verirlər. Repetitor mərkəzlərinin tələbləri

ağır olduğundan, şagirdlər dərsdə yuxulayırlar. Uşaqlar özləri bunu etiraf edirlər (Kim, 2007,

s. 17):

42

Məktəb müəllimləri XTOM üçün müraciət edənləri sevmirlər. Onların fikri dərsdə

olmur və yuxulayırlar. Üçüncü sinfin ikinci semestrinin qiymətləri XTOM tərəfindən

sayılmır. Şagirdlər dərs vaxtı mövzuları qarışdırdıqları üçün müəllimlər onları sevmirlər ...

XTOM üçün müraciət edənlərin hamısı yüksək nəticələr əldə edənlərdir. Onların çoxu

dərsdə yuxulayır və ya repetitor dərslərində verilən tapşırıqları yerinə yetirirlər.

... İngiltərədə dərsdə onların (XTOM üçün müraciət edənlərin) əksəriyyəti yuxulayır. Biz

artıq mözunu bilirik. Müəllimlər də bunu bilirlər.

Yuxarıda verilmiş nümunələr təkcə orta məktəb dərslərində şagirdlərin diqqətinin

yayınması ilə əlaqədar deyil, həmçinin şagirdlər arasında fərqlərin meydana gəlməsi ilə

əlaqədar narahatçılığın yaranmasına səbəb olur. Fərdi dərslər zəif nəticələr göstərən

şagirdlərə yardım edən zaman fərqləri də azaldır və məktəb müəlliminin işini asanlaşdırır.

Ancaq bazarın diktəsi ilə fəaliyyət göstərən repetitorluq əsasən yüksək nəticələr göstərən

şagirdlərə xidmət edir. Mavritaniya-ya istinadən izah edildiyi kimi (Bah-lalya, 2006, s. 75):

Bəzi şagirdlər fərdi dərs aldıqda, digərləri almadıqda, məktəb müəllimləri

böyük fərqlərlə qarşılaşırlar. Repetitorluq məktəb dərslərinin öyrənilməsinə müsbət

təsir göstərsə də, məktəbdə normal dərs saatlarında öyrənmə və tədris proseslərinə

mane ola bilər.

Narahatlıq doğuran məsələlərdən biri də ondan ibarətdir ki, repetitorların pedaqoji

yanaşması məktəb müəllimlərinin pedaqoji yanaşmasından fərqlənir. Məsələn, repetitor

məktəblərində şagirdlər riyazi məsələləri müvafiq riyazi prinsipləri başa düşərək həll

etməkdənsə, mexaniki şəkildə həll etməyi öyrənirlər. ABŞ-da Heç Bir Uşaq Geri Qalmasın

layihəsi ona görə tənqid edilmişdir ki, o, əlavə xidmətlərin məktəb dərs proqramı ilə

əlaqələndirilməsini tələb etmirdi.

Tənqidçilər əlavə etmişlər ki, repetitor xidməti göstərənlərin məktəb müəllimləri ilə

ünsiyyətdə olmaları tələb edilmir və nəticədə repetitor xidmətləri “tədris proqramının işlənib

hazırlanması üçün məktəblərin təşkilati imkanlarını zəiflədir” (Sunderman, 2006, s. 118).

Yəqin ki, müəllimlərin məktəbdəki dərslərə səhlənkar yanaşması daha problemli

vəziyyətdir. Onlar şagirdlərin fərdi dərs alacaqlarını bildikləri üçün belə edirlər və bir çox

siniflərdə elə həmin müəllimlərin özləri öz şagirdlərinə fərdi dərs verirlər. Hartmann (2008:

52) Misirdə kimya fənni üzrə öz məktəb müəllimindən fərdi dərs alan şagirdin fikirlərini

belə şərh edir:

Dina deyir ki, məktəbdə şagirdlər dərs vaxtı söhbət edir və ya başqa dərsləri oxuyurlar.

“Heç kim dərsə fikir vermir. Müəllim də ətraflı dərs keçmək üçün özünü yormur. O,

əsas mövzunu təfərrüatlara varmadan çox konkret şəkildə izah edir. O bilir ki, biz

hamımız fərdi dərs alırıq, ona görə də özünü niyə yorsun”

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!