30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Diaqnoz

• Bütün bu səbəblərə görə məktəb təhsilinin keyfiyyətinin artırılması üçün radikal

tədbirlər görülməyincə, repetitorluğun həcminin azaldılmasına dair təkliflərin effektiv

olma ehtimalı çox az idi. Təhsil sisteminin fəaliyyət göstərdiyi parametrləri

dəyişməklə, məs. imtahanlarda qazanılan bilikləri deyil, bacarıqları yoxlamaqla və ya

işəgötürənlər tərəfindən işçilərin təhsil göstəricilərinə görə deyil, səriştəyə görə

seçilməsini təmin etməklə repetitor təhsilinə olan tələbatı azaltmaq olardı. Ancaq

islahat yalnız sosial və iqtisadi reallığa əsaslanan zaman uğurlu ola bilərdi. İslahat

valideynlərin və şagirdlərin istəklərinə uyğun olmalı, həmçinin əmək bazarının

reallıqlarına cavab verməli idi. Bu faktorları inkar edən hər hansı tədbir uğursuzluğa

düçar olacaqdı.

Təhsil Naziri olarkən Parsuramen Mavritaniya Universiteti tərəfindən aparılmış

araşdırmanı Parlamentə təqdim etdi və 1988-ci ildə Parlamentdə qızğın mübahisə başladı.

Parsuramen uşaqların əlavə dərs saatlarının həddən çox olduğunu, repetitor dərslərinin

“dəhşətli fiziki şəraitdə”, o cümlədən müəllimlərin qarajlarında və bu kimi məkanlarda

keçildiyini və az gəlirli ailələrin cəzalandırıldığını qeyd edirdi. Baş Nazir məsələ ilə məşğul

olmaq qərarına gəldi və təklif etdi ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) uşaqların

maraqları naminə daha balanslı yanaşmaya nail olmaqda köməklik etsinlər. O, həmçinin

qeyd edirdi ki, ibtidai məktəbin son sinfindəki problemi aradan qaldırmaq üçün orta

məktəbdəki təhsil təkmilləşdirilməlidir, həmçinin məktəbəqədər dövrdə və III sinfə qədər

repetitor təhsilini qadağan etmək mümkündür. O, təklif edirdi ki, siyasətçilər öz uşaqlarını

repetitor yanına göndərməməklə nümunə ola bilərlər.

Geniş ictimaiyyət üçün hökumət Repetitor Təhsilinə dair Milli Seminar təşkil etdi.

Mavritaniya əhalisinin sayı cəmi bir milyon olan bir ölkə olduğundan, seminarda

valideynlərdən və müəllimlərdən ibarət geniş qrup iştirak edirdi. Eyni zamanda bu tədbir

repetitor təhsilinin nə dərəcədə dərin kök saldığını da göstərdi. 1989-cu ildə Nazir bir sıra

qaydaların tətbiq edilməsi qərarına gəldi (Parsuramen, 2007). Bunlar aşağıdakılardan ibarət

idi:

Kiçik yaşlı uşaqların sağlamlığını qorumaq üçün III sinfə qədər repetitor təhsilini

qadağan etmək;

Daha aşağılar üçün cədvəli nəzərdən keçirmək, xüsusən vətəndaş hüquqlarının əsasları,

yaradıcılıq və hərəkət, oxu kimi fənlər üçün ayrılan vaxtı artırmaq;

57

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!