30.12.2014 Views

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

Mark Bray - IIEP - Unesco

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kölgə təhsil sisteminə qarşı müqavimət

İmtahanların hakim mövqeyə malik olması və islahat cəhdləri

Yapon müstəmləkəçiliyindən əvvəlki əsrlər boyunca Koreyada dövlət qulluğu ilə

əlaqədar köklü ənənələr mövcud idi. Həmin ənənələr hökumət rütbələrinin əldə edilməsini

tənzimləyirdi və dar qapıdan keçə bilən çox az sayda şəxs yüksək nüfuz qazanırdı (Zeng,

1999). Bu sistem Çin modeli üzərində formalaşmışdı və Konfutsi ənənələrinə əsaslanırdı.

Həmin ənənələrə əsasən formal öyrənmə və müəllimlik mühüm sosial rola malikdir. Müasir

imtahan sistemi isə yapon müstəmləkəçiliyi dövründə, yəni 20-ci əsrdə yaradılmışdır və

müstəqil Koreyada çox cüzi dəyişikliklərlə tətbiq edilir. 1950-ci illərdə mühüm imtahanlar

orta məktəblərə, litseylərə və universitetlərə qəbul üçün keçirilirdi. Bunlardan birincisi

xüsusən vacib idi və bu imtahanda ibtidai sinif şagirdləri ciddi təzyiqə məruz qalırdılar. Bəzi

məktəblər axşamlar və həftə sonları xüsusi ödənişli dərslər təşkil etməyə başladılar və

məktəbdənkənar kremminq məşğələləri həm məktəblər, həm də müəllimlər üçün mühüm

gəlir mənbəyi oldu.

İmtahanlara tədris planından kənar hazırlıq uşaqların stresə məruz qalmaları,

valideynlərin maddi yükünün artması və sosial bərabərsizliyin dərinləşməsi kimi səbəblərə

görə geniş tənqid olunurdu. Təhsil Nazirliyi tərəfindən verilən çoxsaylı sərəncamlarda bu

praktikaya son qoyulması tələb edilirdi.

1955-ci il fərmanında Prezident Rhee Syngman göstərirdi ki, bir çox məktəblər və

müəllimlər “müraciət edənlərin sayı ilə məktəbin imkanları arasındakı uyğunsuzluqdan çox

faydalanırlar”, və o bəyan edirdi ki, gələcəkdə belə bir praktika, o cümlədən dərs

proqramından kənar dərslər “qanunla cəzalandırılacaq” (Seth, 2002, s. 143).

Ancaq bu qadağalar böyük təsirə malik olmadı, buna görə də müvafiq orqanlar təhsilin

ayrı-ayrı pillələrinə şagirdlərin seçilməsi sistemlərində islahatlar aparmaqla repetitor

fəaliyyətlərini azaltmaq qərarına gəldilər. 1969-cu ildə Seulda, 1970-ci ildə digər iri

şəhərlərdə və 1971-ci ildə ölkənin qalan hissəsində baş vermiş mühüm irəliləyişlərə misal

olaraq orta məktəb imtahanlarının lotoreya ilə əvəz edilməsini göstərmək olar (Kim, 2004, s.

9). İslahatın məqsədi aşağıdakılardan ibarət idi:

48

Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut

www.iiep.unesco.org

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!