03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

VƏSAİTLƏ ÜMUMİ TANIŞLIQ

Bu vəsait Avropa İttifaqı qanunvericiliyi və Avropa İnsan Hüquqları Konvensiyası kontekstində sığınacaq,

sərhəd idarəçiliyi və immiqrasiya məsələləri ilə əlaqədar tətbiq edilən qanunların icmalını təqdim edir. Burada

adətən Avropa İttifaqında üçüncü ölkə vətəndaşları kimi qəbul olunan əcnəbilərin vəziyyəti nəzərdən keçirilir,

baxmayaraq ki, sözügedən Konvensiyada bu cür fərqləndirmə münasib hesab edilmir.

Vəsaitdə Avropa İttifaqı vətəndaşlarının və ya Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının

ərazisinə sərbəst gəlmək və bu ərazidə sərbəst hərəkət etmək hüququna malik İslandiya, Lixtenşteyn, Norveç

və İsveçrə vətəndaşlarının hüquqlarından bəhs edilmir. Yalnız zərurət yarandıqda üçüncü ölkə vətəndaşları

olan ailə üzvlərinin vəziyyətini izah etmək üçün əvvəlki cümlədə qeyd olunmuş vətəndaşlardan ibarət

kateqoriyalara istinad ediləcək.

Bununla belə, Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövlətləri ilə əlaqələrdən və ya

xüsusi himayə ehtiyacının olub-olmamasından asılı olaraq müxtəlif hüquqlara malik üçüncü ölkə

vətəndaşlarının 20 fərqli kateqoriyası mövcuddur. Avropa İttifaqı qanunvericiliyi onlardan bəziləri, məsələn,

sığınacaq axtaranlar üçün müfəssəl qaydalar nəzərdə tutduğu bir halda digərləri, məsələn, tələbələr üçün

yalnız bəzi aspektləri tənzimləyərək digər hüquqların təmin edilməsi məsələsini Avropa İttifaqına üzv olan

müvafiq dövlətin ixtiyarına verir. Ümumilikdə götürəndə Avropa İttifaqı ərazisində yaşamaq icazəsi əldə etmiş

üçüncü ölkə vətəndaşları burada müvəqqəti olanlarla müqayisədə daha müfəssəl hüquqlara malikdirlər.

Avropa İttifaqı qanunvericiliyinə əsasən üçüncü ölkə vətəndaşlarından ibarət müxtəlif kateqoriyaların geniş

xülasəsi Cədvəl 1-də təqdim olunur.

Vəsait sığınacaq, sərhəd və miqrasiya hüququ sahəsində ixtisaslaşmamış praktiki işçilərə köməklik göstərməklə

yanaşı, vəkillər, hakimlər, prokurorlar, sərhədçilər, miqrasiya xidməti əməkdaşlarının, həmçinin bu mövzulara

aid suallarla rastlaşan dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər qurumların işçiləri üçün

nəzərdə tutulur. Vəsait sözügedən tematik sahələrlə əlaqədar Avropa İttifaqı qanunvericiliyinə və Avropa İnsan

Hüquqları Konvensiyasına ilk istinad mənbəyi rolunu oynayaraq hər bir müvafiq məsələnin Avropa İttifaqı

qanunvericiliyinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına, Avropa Sosial Xartiyasına və Avropa

Şurasının aidiyyəti sənədlərinə əsasən necə tənzimləndiyini izah edir. Hər bir fəsildə ilk olaraq Avropanın iki

ayrı hüquq sisteminə əsasən tətbiq edilən qanun normalarının ümumiləşdirilmiş cədvəli təqdim olunur. Sonra

müvafiq fəsildə nəzərdən keçirilən mövzu ilə əlaqədar tətbiq edilə biləcək həmin Avropa sistemlərinin müvafiq

qanunları bir-birinin ardınca verilir. Bu, oxucuya iki hüquq sisteminin hansı məqamda üst-üstə düşdüyünü və

harada fərqləndiyini görmək imkanı verir.

Avropa İttifaqına üzv olmayan, lakin Avropa Şurasının üzvü olan və bununla da Avropa İnsan Hüquqları

Konvensiyasının tərəflərindən olan dövlətlərin praktiki işçiləri birbaşa həmin Konvensiyaya aid bölmələri

nəzərdən keçirərək öz ölkələrinə aidiyyəti olan informasiya ilə tanış ola bilərlər. Avropa İttifaqının üzv

dövlətləri sözügedən iki sistemdən irəli gələn öhdəlikləri öz üzərinə götürdüklərindən bu dövlətlərin praktiki

işçiləri bölmələrin ikisindən də istifadə etməli olacaqlar. Hər hansı bir konkret məsələ ilə əlaqədar daha ətraflı

informasiyaya ehtiyacı olan şəxslər daha da ixtisaslaşdırılmış materiallarla tanış olmaq üçün vəsaitin "Əlavə

ədəbiyyat" hissəsində verilən ədəbiyyat siyahısına baxa bilərlər.

Vəsaitdə nəzərdən keçirilən hər mövzu ilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları

Avropa İnsan Hüquqları Məhkəməsində baxılmış seçmə işlərə qısa istinadlar etməklə təqdim olunur. Bu işlər

mövcud miqrasiya məsələləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən çıxarılmış çoxsaylı

qərardadlar və qərarlar sırasından seçilmişdi.

2009-cu ilədək Avropa Ədalət Məhkəməsi adlandırılan Avropa İttifaqı Ədalət Məhkəməsinin presedent

hüququnda təfsir olunduğu kimi, Avropa İttifaqı qanunvericiliyinə tətbiq edilmiş qanunvericilik tədbirlərində,

əlaqədar müqavilələrin müvafiq müddəalarında və konkret olaraq Avropa İttifaqının Fundamental Hüquqlar

Xartiyasında rast gəlinir.

Bu vəsaitdə təsvir olunan və ya istinad edilən presedent hüququ həm Avropa İnsan Hüquqları, həm də Avropa

İttifaqı Ədalət Məhkəmələrinin presedent hüququnun vacib hissələrinə aid nümunələri özündə əks etdirir.

11

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!