03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

olunmur. Bununla əlaqədar olaraq adətən dövlətlərə bu cür daxil olma və ya yaşama ilə əlaqədar əlavə fərqli

şərtlər tətbiq etmək icazəsi də verilir, məsələn, işə düzəlməmək və ya yardım üçün dövlət fondlarına müraciət

etməmək. Lakin dövlətlər insan hüquqlarına aid dünya və Avropa miqyaslı hüquqi sənədlər tərəfindən əhatə

olunan müvafiq sahələrdə, o cümlədən, vətəndaşlıq mənsubiyyəti zəminində ayrı-seçkiliyin qadağan

olunduğunu mütləq nəzərə almalıdırlar. 346

Hər hansı bir konkret vəziyyət əcnəbiləri dövlətin öz ərazisinə buraxmaq və ya buraxmamaq icazəsinin

verilməsi ilə əlaqədar suveren hüququna nə qədər çox aid olarsa, dövlət fərqli şərtlərin tətbiq edilməsində o

qədər çox ixtiyar sahibi olacaq. 347 Əcnəbinin immiqrasiya vəziyyəti müvafiq dövlətin öz vətəndaşının vəziyyəti

ilə nə qədər oxşar olarsa fərqli rəftar da o qədər azalar. 348 Yaşamaq və ya ləyaqəti alçaldan rəftara məruz

qalmamaq hüquqları kimi fundamental hüquqlara gəldikdə isə bu sahədə fərqli rəftar qadağan olunmuş ayrıseçkilik

hesab olunur. 349 Sosial hüquqlardan istifadəyə aid məsələlərə baxılarkən bu prinsiplər xüsusi

əhəmiyyət kəsb edir.

Bu fəsil iqtisadi və sosial hüquqlardan daha konkret olaraq əmək fəaliyyəti, təhsil, yaşayış yeri, tibbi xidmət və

sosial müdafiə hüquqlarından istifadəyə dair həm Avropa İttifaqı, həm də Avropa Şurası standartlarının qısa

icmalını təqdim edir.

8.1. Əsas hüquq mənbələri

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının hərəkət etmək azadlığına aid normaları Avropada

hərəkət etmək azadlığından irəli gələn hüquqlardan istifadə edən Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri

olan üçüncü ölkə vətəndaşlarının vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Hərəkət etmək azadlığı Direktivi

(2004/38/EC) Avropa İttifaqı vətəndaşlarının vətəndaşlığından asılı olmayaraq bütün ailə üzvlərinin vəziyyətini

tənzimləyir. Direktivin 2(2)-ci maddəsi bu Direktivin hansı ailə üzvlərinə şamil olunduğunu müəyyən edir. Eyni

zamanda, Direktiv İslandiya, Lixtenşteyn və Norveç vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşlarına

da şamil edilir. 350 İsveçrə vətəndaşlarının ailə üzvləri də eyni statusa malikdirlər. 351 Bu cür müxtəlif normaların

şamil edildiyi ailə üzvləri əmək bazarına çıxmaq hüququ ilə yanaşı sosial müavinətlərdən istifadə etmək

hüququna da malikdirlər.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Türkiyə vətəndaşları Avropa İqtisadi Zonası vətəndaşları olmasalar da

öz ailə üzvləri ilə birlikdə Avropa İttifaqının üzv dövlətlərində üstün mövqeyə malikdirlər. Bu Türkiyənin 1985-

ci il üçün Avropa İttifaqının üzvü olacağını nəzərdə tutan 1963-cü il tarixli Ankara Sazişindən və həmin Sazişə

dair 1970-ci il tarixli Əlavə Protokoldan irəli gəlir. 2010-cu ildə Avropa İttifaqında yaşayan təqribən 2,5 milyon

Türkiyə vətəndaşı Avropa İttifaqında məskunlaşmış üçüncü ölkə vətəndaşlarından ibarət ən çoxsaylı qrupu

təşkil edirdi. 352

Sığınacaq axtaranlar, qaçqınlar və ya uzunmüddətli yaşayış icazəsi olanlar kimi üçüncü ölkə vətəndaşlarından

ibarət başqa kateqoriyaların əmək bazarına çıxışı dərəcəsi xüsusi direktivlərlə tənzimlənir. 2011-ci ilin dekabr

ayında Avropa İttifaqı 2013-cü ilin sonundan tətbiq olunan Vahid icazə Direktivini (2011/98/EU) qəbul etmişdir.

Bu Direktiv Avropa İttifaqına üzv olan dövlətin ərazisində yaşamaq və işləmək məqsədi ilə üçüncü ölkə

vətəndaşları üçün vahid müraciət etmə prosedurunu, həmçinin üçüncü ölkə vətəndaşı olan işçilərin Avropa

İttifaqına üzv olan dövlətin ərazisində qanuni yaşamaq üçün bir sıra ümumi hüquqları təqdim edir.

346

Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 21-ci maddəsi; Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü və bu Konvensiyaya

dair 12 saylı Protokolun 1-ci maddələri; Avropa Sosial Xartiyasının V hissəsinin "E" maddəsi.

347 Bahın Birləşmiş Krallığa qarşı (Bah v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 56328/07 saylı, 27 sentyabr

2011-ci il tarixli işi.

348 Qayqusuzun Avstriyaya qarşı (Gaygusuz v. Austria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 17371/90 saylı, 16 sentyabr 1996-cı il

tarixli işi.

349

Sosial Hüquqlar üzrə Avropa Komitəsinin Uşaqların Müdafiəsi Beynəlxalq Təşkilatının Hollandiyaya qarşı (Defence for Children

International v. the Netherlands) 47/2008 saylı, 20 oktyabr 2009-cu il tarixli şikayət ərizəsinə dair qərarı.

350

"Avropa İqtisadi Zonası haqqında" (Agreement on the European Economic Area) 2 may 1992-ci il tarixli Sazişin III hissəsi "İnsanların,

xidmətlərin və sərmayələrin sərbəst hərəkəti", OJ L 1, 3 mart 1994-cü il.

351

Bir tərəfdən Avropa İttifaqı və İttifaqa üzv olan dövlətlər digər tərəfdən isə İsveçrə Konfederasiyası arasındakı (Agreement between the

European Community and its Member States, of the one part, and the SwissConfederation) "İnsanların sərbəst hərəkəti haqqında" Sazişin

(21/06/1999, OJ L 114/7, 30 aprel 2002-ci il) 7-ci maddəsi müvafiq olaraq bütün üzv dövlətlərə şamil edilir.

352

Avropa Komissiyası, Avrostat (2010-cu il) "Əcnəbilərin əsas mənşə ölkələri", EU-27, 2010-cu il verilən internet-səhifəsində mövcuddur :

http://epp.eurostat.ec.europa.eu/statistics_explained/index.php?title=File:Main_countries_of_origin_of_nonnationals,_EU27,_2010_(million

).png&filetimestamp=20111125175250#file

129

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!