03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Roman icmalarını əhatə etdiyindən diskriminativ xarakter daşıyırlar. Komitə bunun Avropa Sosial

Xartiyasının 19(8)-ci maddəsi ilə birgə oxunan "E" maddəsinə zidd olduğunu müəyyən etmişdir.

3.3. Digər insan hüquqları əsasında çıxarılmanı qadağan edən hallar

Həm Avropa İttifaqı qanunvericiliyi, həm də Avropa İnsan Hüquqları Konvensiyası mütləq xarakter daşımayan

insan hüquqları əsasında çıxarılmanı qadağan edən halları tanısa da dövlət maraqları ilə əlaqədar şəxsin

maraqları arasında bir tarazlığa nail olunmalıdır. Bu hüquqlar arasında daha çox şəxsi həyata və ailə həyatına

hörmət hüququnu qeyd etmək olar ki, bu kontekstdə şəxsin (o cümlədən psixi və mənəvi) sağlamlığı, uşağın

ən yaxşı maraqları, ailə birliyinin zərurəti və həssas insanların xüsusi ehtiyaclarına aid məsələlər nəzərdən

keçirilə bilər.

Avropa İttifaqı qanunvericiliyinə əsasən geri qaytarılma prosedurları uşağın ən yaxşı maraqlarını, ailə həyatını,

əlaqədar şəxsin səhhətini və məcburi geri qaytarmamaq prinsipini nəzərə almaqla həyata keçirilməlidir (Geri

qaytarılma Direktivinin 5-ci maddəsi).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən dövlətlər müəyyən edilmiş beynəlxalq hüquq çərçivəsində və

müvafiq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əcnəbilərin ölkəyə gəlməsi, ölkədə qalması və

çıxarılması məsələlərinə nəzarət etmək hüququna malikdirlər. Təsnif edilmiş hüquqların çıxarılmanı qadağan

edən hallar kimi istifadəsinə aid hallarla bağlı müfəssəl presedent hüququ mövcuddur. Təsnif edilmiş hüquqlar

Avropa İnsan Hüquqları Konvensiyasının 8-11-ci maddələrində nəzərdə tutulmuş ayrılmaz hüquqlardır. Avropa

İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata və ailə həyatına hörmət

hüququ 3-cü maddəyə zidd qeyri-insani və ya ləyaqəti alçaldan rəftardan ibarət riski nəzərdə tutmayan işlərdə

çıxarılmaya qarşı adətən bir müdafiə kimi nəzərdən keçirilir. 8-ci maddədə nəzərdə tutulmuş hüquqlara

hörmət məsələsi bölmə 5.2-də müzakirə olunur.

Çıxarılmanı qadağan edən hallar qəbul edən ölkədə Avropa İnsan Hüquqları Konvensiyasının 5 və ya 6-cı

maddələrinin görülməmiş şəkildə pozulması kontekstində də nəzərdən keçirilə bilər, məsələn, şəxsin

məhkəmə tərəfindən məhkum olunmadan özbaşına həbsə alınması riskinə məruz qalması, şəxsin həddindən

artıq ədalətsiz məhkəmə araşdırması nəticəsində məhkum edilməsindən sonra çox uzun bir müddət ərzində

həbsdə saxlanılması riski və ya şəxsin məhkəmə araşdırmasını gözlədiyi zaman ədalət mühakiməsindən istifadə

etmək müraciətinə yolverilməz şəkildə rədd cavabı almaq riski. Bu hallarda iddiaçının sübutetmə yükü çox

böyükdür. 153

Misal: Mamatkulovun və Əskərovun Türkiyəyə qarşı işində 154 Avropa İnsan Hüquqları Məhkəməsi

iddiaçıların Özbəkistana ekstradisiyası nəticəsində ədalətli məhkəmə araşdırması hüququndan Avropa

İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə zidd olaraq yolverilməz şəkildə məhrum edilməsi

məsələsini nəzərdən keçirmişdir.

Misal: Otmanın (Abu Qatadanın) Birləşmiş Krallığa qarşı işində 155 Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini rəhbər tutaraq müəyyən etmişdir ki, əldə edilmiş

dəlillərə əsasən üçüncü şəxslərə qarşı istifadə edilən işgəncələrin iddiaçıya da tətbiq edilməsinin ehtimal

olunması səbəbindən onun deportasiyası yolverilməzdir.

Misal: EM Livanınölkə daxilində baxılmış işində Birləşmiş Krallığın Lordlar Palatası belə bir qənaətə

gəlmişdir ki, təsnif edilmiş (qeyri-mütləq) hüquqların, məsələn, Avropa İnsan Hüquqları Konvensiyasının 8-

ci maddəsində nəzərdə tutulmuş hüququn aşkar şəkildə pozulması həmin hüququn mahiyyətinə ciddi

zərbə vurduğundan mütənasibliyin qiymətləndirilməsinə ehtiyac yoxdur. 156

153 Otmanın (Abu Qatadanın) Birləşmiş Krallığa qarşı (Othman (Abu Qatada) v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 8139/09 saylı, 17 yanvar 2012-ci il tarixli işinin 233-cü paraqrafı.

154 Mamatkulovun və Əskərovun Türkiyəyə qarşı (Mamatkulov and Askarov v. Turkey) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki

46827/99 və 46951/99 saylı, 4 fevral 2005-ci il tarixli işləri.

155 Otmanın (Abu Qatadanın) Birləşmiş Krallığa qarşı (Othman (Abu Qatada) v. the United Kingdom) Avropa İnsan Hüquqları

Məhkəməsindəki 8139/09 saylı, 17 yanvar 2012-ci il tarixli işinin 233-cü paraqrafı.

156 EM-in (Livan) Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı (The United Kingdom,EM (Lebanon) v. Secretary of State For The

Home Department) Birləşmiş Krallıqda baxılmış [2008] UKHL 64 saylı işi

63

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!