03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Əsas məqamlar

Çıxarılmanı qadağan edən qəti, nisbətən qəti və qəti olmayan hallar mövcuddur (Bu fəslin "Giriş" bölməsi).

Ləyaqəti alçaldan rəftarın Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən qadağan edilməsi

qəti xarakter daşıyır. Öz mənşə ölkələrində 3-cü maddəyə zidd rəftarla üzləşəcək şəxslər, onların davranışından

və ya onlara qarşı irəli sürülən ittihamların ağırlığından asılı olmayaraq geri qaytarılmamalıdırlar. Müvafiq

orqanlar Təsnif etmə Direktivinə və ya 1951-ci il Cenevrə Konvensiyasına əsasən müdafiənin itirilibitirilməməsindən

asılı olmayaraq hər bir riski ayrılıqda qiymətləndirməlidirlər (Bölmə 3.1.2 və 3.1.7-yə baxın).

1951-ci il Cenevrə Konvensiyasına əsasən məcburi geri qaytarmamaq prinsipi insanların həyat və azadlığı onların

irqi əlaməti, dini etiqadı, milli mənsubiyyəti, müəyyən sosial qrupa mənsubluğu və ya siyasi əqidəsi səbəbindən

təhlükəyə məruz qalacaqları mühitə geri qaytarılmasını qadağan edir (Bölmə 3.1-ə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövləti tərəfindən Avropa İttifaqının sığınacaq

qanunvericiliyinə və ya Geri qaytarılma Direktivinə, o cümlədən, Dublin Əsasnaməsinə əsasən görülən hər bir

tədbir sığınacaq hüququna və məcburi geri qaytarmamaq prinsipinə uyğun olmalıdır (Bölmə 3.1-ə baxın).

Avropa İnsan Hüquqları Məhkəməsi riskin real xarakter daşıyıb-daşımadığını qiymətləndirdiyi zaman, əlaqədar

şəxsin şəxsi vəziyyətini, həmçinin sözügedən ölkənin ümumi vəziyyətini nəzərdən keçirərək diqqəti şəxsin geri

qaytarılması təklif olunan ölkəyə çıxarılmasının proqnozlaşdırılan fəsadlarına yönəldir (Bölmə 3.1 və 3.3-ə baxın).

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən sığınacaq axtaran öz iddiasını prinsip etibarı ilə təsdiq etdirməlidir

və əksər hallarda onun ifadəsinin qiymətləndirilməsi zamanı şübhələr yarandıqda onun tərəfini saxlamaq

zəruridir. Lakin tələb olunan sübutlar çatışmadıqda və ya təqdim olunmuş informasiyanın həqiqiliyini şübhə

altına almaq üçün əsaslı səbəblər mövcud olduqda əlaqədar şəxs bununla bağlı qənaətbəxş izahatlar verməyə

borcludur (Bölmə 3.1.3-ə baxın).

Şəxs onu qəbul edən ölkədə Avropa İttifaqı qanunvericiliyi və ya Avropa İnsan Hüquqları Konvensiyası ilə

qadağan edilən rəftardan ibarət risklə üzləşə bilər və bu risk heç də həmişə qəbul edən dövlətlə deyil, sadəcə

olaraq həmin dövlətdəki qeyri-dövlət qüvvələri, xəstəliklər və ya humanitar vəziyyətlə əlaqədar ola bilər (Bölmə

3.1.2-ə baxın).

Şəxs onu qəbul edən ölkədə doğma bölgəsinə geri qaytarıldığı təqdirdə Avropa İttifaqı qanunvericiliyi və ya

Avropa İnsan Hüquqları Konvensiyası ilə qadağan olunan rəftardan ibarət risklə üzləşərsə, o, həmin ölkənin

başqa bir hissəsində təhlükəsiz vəziyyətdə ola bilər (ölkədaxili müdafiə) (Bölmə 3.1.5-ə baxın). Bunun alternativi

olaraq şəxsin öz ölkəsi onu bu riskdən müdafiə etmək iqtidarında ola bilər (himayənin kafiliyi). Bu cür hallarda

şəxsi çıxaran dövlət onun beynəlxalq himayə ehtiyacının olmadığı qənaətinə gələ bilər (Bölmə 3.1.4-ə baxın).

Həm Avropa İttifaqı qanunvericiliyi, həm də Avropa İnsan Hüquqları Konvensiyası kollektiv çıxarılmanı qadağan

edir (Bölmə 3.2-yə baxın).

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İqtisadi Zonası vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə

vətəndaşları yalnız dövlət təhlükəsizliyi və ya ictimai asayişin mənafeyi naminə çıxarıla bilərlər. Bu əsaslardan geri

çəkilmə şərtləri ciddi şəkildə təfsir olunmalıdır və müvafiq qiymətləndirmə zamanı yalnız əlaqədar şəxsin şəxsi

davranışı əsas götürülməlidir (Əlavə 3.4.2-yə baxın).

Əlavə presedentlər və ədəbiyyat

Əlavə presedentlərlə tanış olmaq üçün zəhmət olmasa bu vəsaitin 174-ci səhifəsində verilmiş təlimatlara

diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki

"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür.

4. SIĞINACAQ VƏ GERI QAYTARILMA IŞLƏRINDƏ PROSEDUR TƏMINATLARI VƏ

HÜQUQI DƏSTƏK

67

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!