03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

qaçqınların təqiblərə məruz qalmalarından çəkinmələri üçün əsasların mövcud olduğu ölkəyə heç bir halda

qaytarılmamasını nəzərdə tutur. Məcburi geri qaytarmamaq prinsipi qaçqının təqiblə üzləşəcəyi həm mənşə,

həm də hər hansı bir başqa ölkəyə qaytarılması ilə bağlı tətbiq edilir. Avropa İttifaqı və Avropa Şurasının bütün

üzv dövlətləri 1951-ci il Cenevrə Konvensiyasına qoşulsalar da Türkiyə bu Konvensiyanı yalnız Avropadan olan

qaçqınlarla əlaqədar tətbiq edir. 92 BMTQAK bölmə 4.1-də nəzərdən keçirilmiş məsələləri hərtərəfli əhatə edən

"1951-ci il Cenevrə Konvensiyasına əsasən qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları və

meyarlarına dair qaydalar və vəsait" dərc etmişdir. 93

Avropa İttifaqı qanunvericiliyinə əsasən "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 78-ci maddəsi

Avropa İttifaqı tərəfindən "məcburi geri qaytarmamaq prinsipinə uyğunluğu təmin etməklə" sığınacaq, əlavə

və müvəqqəti himayə sahələrində siyasətin işlənib hazırlanmasını nəzərdə tutur. "Bu siyasət 1951-ci il Cenevrə

Konvensiyasına və onun Protokoluna və digər əlaqədar beynəlxalq müqavilələrə, məsələn, Avropa İnsan

Hüquqları Konvensiyasına, BMT-nin "Uşaq hüquqları haqqında" və "İşgəncələr və digər qəddar, qeyri-insani və

alçaldıcı rəftar və ya cəza əleyhinə" Konvensiyalarına, "Mülki və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial

və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktlara uyğun olmalıdır". Avropa İttifaqının sığınacaq

qanunvericiliyi, o cümlədən Dublin Əsasnaməsi (EU)(604/2013), Təsnif etmə Direktivi (2011/95/EU), Sığınacaq

prosedurları Direktivi (2013/32/EU) və Qəbuletmə şərtləri Direktivi (2013/33/EU) bu siyasətə uyğun

hazırlanaraq qəbul edilmişdir. Bütün bu qanunvericilik aktlarına düzəlişlər edilib. Danimarka, İrlandiya və

Birləşmiş Krallıq Avropa İttifaqının sığınacaq qanunvericiliyinin bəzi aktları üzrə öz üzərinə öhdəliklər

götürməyib bəzi aktları üzrə isə qismən öhdəliklər götürüblər (Əlavə 1-ə baxın).

Misal: Avropa İttifaqı Ədalət Məhkəməsi Səlahəddin Abdullanın və başqalarının işi ilə əlaqədar Təsnif etmə

Direktivini tətbiq edərkən bunları vurğulamışdır “Direktivin preambulasında verilmiş 3, 16 və 17-ci

bəndlərdən aydın görünür ki, Cenevrə Konvensiyası qaçqınların himayəsi üzrə beynəlxalq hüquqi rejimin

təməl daşını təşkil edir və Direktivin qaçqın statusunun kimə şamil olunduğunun müəyyənləşdirilməsinə

aid müddəaları və müvafiq məzmunu sözügedən Konvensiyanın ümumi anlayışlar və meyarlar əsasında

tətbiqi istiqamətində üzv dövlətlərin səlahiyyətli orqanlarını istiqamətləndirmək üçün qəbul edilmişdir." 94

2011-ci ildə dəyişdirilmiş Təsnif etmə Direktivi 95 insanların qaçqın kimi və ya beynəlxalq himayə ehtiyacı olan

şəxslər kimi təsnif edilməsinə aid bir sıra ümumi standartları Avropa İttifaqı qanunvericiliyinə gətirmişdir. Bu

standartlar sırasına əsas elementi 1951-ci il Cenevrə Konvensiyasının 33-cü maddəsində nəzərdə tutulmuş

məcburi geri qaytarmamaq prinsipindən irəli gələn hüquq və vəzifələr də daxildir.

Lakin nə 1951-ci il Cenevrə Konvensiyasının 33-cü maddəsi, nə də ki Təsnif etmə Direktivinin 17 və 21-ci

maddələri məcburi geri qaytarmanı qəti şəkildə qadağan etmirlər. Bu maddələr qaçqının çox müstəsna

hallarda daha konkret desək qəbul edildiyi dövlətin təhlükəsizliyinə təhlükə yaratdıqda və ya ağır cinayət

törətdikdən sonra cəmiyyət üçün təhlükəli olduqda çıxarılmasına icazə verir.

Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 18-ci maddəsi məcburi geri qaytarmamaq prinsipini də

nəzərdə tutan sığınacaq hüququnu təmin edir. Xartiyanın 19-cu maddəsi kiminsə ölüm hökmünə, işgəncəyə

və ya digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalacağı dövlətə göndərilməsini, qovulmasını

və ya ekstradisiya edilməsini qadağan edir. Xartiyaya dair Şərh 19(2)-ci maddənin Avropa İnsan Hüquqları

Konvensiyasının 3-cü maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əlavə

olunduğunu bəyan edir. 96

92

Konvensiyanın 1(B) maddəsinə əsasən Türkiyə öhdəliklərinin yalnız Avropadakı hadisələr səbəbindən didərgin düşmüş insanlara şamil

edilməsindən ibarət coğrafi qeyd-şərtlə bu Konvensiyaya qoşulub.

93

BMTQAK (2011-ci il).

94 Səlahədin Abdullanın və başqalarının Almaniyaya qarşı (Salahadin Abdullaand Others v. Bundesrepublik Deutschland) Avropa İttifaqı

Ədalət Məhkəməsindəki C-175/08, C-176/08, C-178/08 və C-179/08 [2010] ECR I-01493 saylı, 2 mart 2010-cu il tarixli birgə işlərinin 52-ci

paraqrafı; Navras Bolbolun Bevandorlasi es Allampolgarsagi Hivata-ya qarşı (Nawras Bolbol v. Bevándorlási és Állampolgársági Hivata)

Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-31/09 [2010] ECR I-05539 saylı, 17 iyun 2010-cu il tarixli işin 37-ci paraqrafı; Almaniyanın B. və

D.-yə qarşı (Bundesrepublik Deutschland v. B. and D.) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-57/09 və C-101/09 [2010] ECR I-10979

saylı birgə işlərinin 77-ci paraqrafı

95 2011/95/EU saylı Direktiv (Directive 2011/95/EU), OJ 2011 L 337/9.

96

Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasına (2007/C 303/02) dair Şərhlərə baxın. Əhmədin Avstriyaya (Ahmed v. Austria) və Sörinqin

Birləşmiş Krallığa qarşı (Soering v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki müvafiq olaraq 25964/94 və 14038/88

saylı, 17 dekabr 1997-ci il və 7 iyul 1989-cu il tarixli işlərinə baxın.

48

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!