03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

etmədən avtomatik olaraq çıxarılmaya məruz qalırlar. İddiaçı isə ölkəyə daxil olmaqla bağlı müraciətinə

rədd cavabı verən müvafiq nazirliyin qərarını əldə etmək üçün inzibati məhkəməyə müraciət edə bilsə də,

müvafiq ərizə heç bir təxirəsalma gücünə malik deyildi və onun baxılması ilə bağlı hər hansı müddətlər

qoyulmamamışdır. Qeyd etmək lazımdır ki, o, təcili ərizələr üzrə hakimə müraciət etsə də, bu heç bir uğur

verməmişdir. Bu hüquqi müdafiə vasitəsi də avtomatik olaraq təxirə salma gücünə malik olmadığından

əlaqədar şəxs hətta hakim qərar qəbul edənədək ölkədən çıxarıla bilərdi. Avropa İnsan Hüquqları

Konvensiyasının 3-cü maddəsinin mahiyyətini və işgəncə və ya ləyaqəti alçaldan rəftar nəticəsində vurulan

ziyanın bərpa olunmaz xarakterini nəzərə alaraq 13-cü maddəyə əsasən tələb olunur ki, əgər razılığa gələn

dövlət şəxsin işgəncəyə və ya ləyaqəti alçaldan rəftara məruz qalma riski ilə üzləşəcəyini ehtimal etmək

üçün real səbəblər olan ölkəyə göndərilməsi barədə qərar qəbul edirsə, onu avtomatik təxirə salma gücünə

malik hüquqi müdafiə vasitələri ilə təmin etməlidir. Bu işdən irəli gələn təcrübədə isə buna nail

olunmamışdır. İddiaçı "gözləmə zonasında" olarkən belə bir hüquqi müdafiə vasitəsinə çıxışı olmadığından

Avropa İnsan Hüquqları Konvnesiyasının 3-cü maddəsi ilə birgə oxunan 13-cü maddəsi pozulmuşdur.

Misal: M.S.S.-in Belçikaya və Yunanıstana qarşı işində 182 Məhkəmə ərizəçinin sığınacaq almaq üçün etdiyi

müraciətə baxıldığı zaman dövlət orqanlarının yol verdikləri nöqsanlara görə ərizənin parametrləri ciddi

şəkildə yoxlanılmadan öz mənşə ölkəsinə birbaşa və ya dolayı yollarla geri qaytarılması riski ilə

üzləşdiyindən və səmərəli hüquqi müdafiə vasitələrinə çıxışı olmadığından Yunanıstanın Avropa İnsan

Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə birgə 13-cü maddəsini pozduğunu müəyyən etmişdir.

Misal: Hirsi Camaanın və başqalarının İtaliyaya qarşı işində 183 İtaliya gəmisi dənizdə potensial sığınacaq

axtaranları ələ keçirmişdir. İtaliyanın dövlət orqanları onların İtaliyaya aparıldıqlarına inandırmağa nail

olaraq Liviyaya geri qaytarılmasından boyun qaçırmaq üçün tətbiq edilən prosedurlar barədə

məlumatlandırmamışdır. Beləliklə, iddiaçılar çıxarılma tədbiri həyata keçirilməzdən əvvəl öz şikayətlərini

Avropa İnsan Hüquqları Konvnesiyasının 3-cü və ya bu Konvensiyaya dair 4 saylı Protokolun 4-cü maddəsinə

əsasən səlahiyyətli orqana təqdim edərək onların hərtərəfli və qərəzsiz qiymətləndirilməsinə nail

olmamışdırlar. Bununla da Məhkəmə Avropa İnsan Hüquqları Konvesiyasının 3-cü və Konvensiyaya dair 4

saylı Protokolun 4-cü maddələri ilə birgə 13-cü maddəsinin pozulması qənaətinə gəlmişdir.

Böyük Palataya təqdim olunmuş son işlərdən birində Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan

Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə birgə 13-cü maddəsinə əsasən təqdim olunmuş şikayətə görə milli

hüquqi müdafiə vasitəsinin təxirəsalma gücünə malik olub-olmaması məsələsinə baxmışdır.

Misal: De Souza Ribeironun Fransaya qarşı işində 184 iddiaçı yeddi yaşından ailəsi ilə birlikdə Fransa

Qianasında (Fransanın dənizdəki xarici ərazisi) yaşayan Braziliya vətəndaşıdır. Etibarlı yaşayış icazəsini

təqdim etməməsi səbəbindən inzibati qaydada saxlanılmadan sonra dövlət orqanları onun çıxarılması

barədə göstəriş vermişdir. O, növbəti günü çıxarılma göstərişinə qarşı şikayət ərizəsi təqdim etdikdən

təxminən 50 dəqiqə sonra deportasiya olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası

çıxarılma göstərişinin tələsik icra edilməsi nəticəsində mövcud hüquqi müdafiə vasitələrinin təcrübədə

əlçatmaz və müvafiq olaraq səmərəsiz olduğunu hesab etmişdir. İddiaçı deportasiya ərəfəsində

Konvensiyanın 8-ci maddəsinə əsasən təqdim etdiyi şikayət ərizəsi ilə əlaqədar səmərəli hüquqi müdafiə

vasitələri ilə təmin olunmamışdır. Bununla da Məhkəmə Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü

maddəsinin pozulduğunu müəyyən etmişdir.

4.1.4. Sürətləndirilmiş sığınacaq prosedurları

Avropa İttifaqı qanunvericiliyinə əsasən Sığınacaq prosedurları Direktivinin 31(8)-ci maddəsi sürətləndirilmiş

prosedurların tətbiq edilməsini mümkün edən 10 vəziyyəti sadalayır, məsələn, ərizəçinin təhlükəsiz ölkədən

olması və ya barmaq izlərinin götürülməsinə icazə verməməsi səbəbindən ərizənin əsassız hesab edilməsi.

182 M.S.S.-in Belçikaya və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 30696/09

saylı, 21 yanvar 2011-ci il tarixli işinin 293-cü paraqrafı.

183 Hirsi Camaanın və başqalarının İtaliyaya qarşı (Hirsi Jamaa and Others v. Italy) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki

27765/09 saylı, 23 fevral 2012-ci il tarixli işinin 197-207-ci paraqrafları.

184 De Souza Ribeironun Fransaya qarşı (De Souza Ribeiro v. France) Avropa İnsan Hüquqları Məhkəməsindəki 22689/07 saylı, 13

dekabr 2012-ci il tarixli işi.

74

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!