03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Avropa İttifaqının İnsan Hüquqları Məhkəməsi sığınacaq axtaranların Yunanıstanda qəbul etmə şəraitinin

və digər əlaqədar işlərin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə zidd olduğunu artıq

müəyyən etmişdir. Avropa İttifaqı Ədalət Məhkəməsi belə bir qənaətə gəlmişdir ki, üzv dövlətlərin

Yunanıstanda müşahidə olunan və qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qala biləcək sığınacaq

axtaranlara real risk yaradan sığınacaq prosedurları və qəbuletmə şəraitindəki sistematik çatışmazlıqlar

barədə "xəbərsiz" olmaları mümkün deyil. Məhkəmə Dublin Əsasnaməsinin Xartiyadan irəli gələn

hüquqlara uyğun həyata keçirilməsinin vacibliyini vurğulamışdır və bu iddiaçıların sığınacaq almaq üçün

ərizəni Yunanıstanda təqdim etmələrinə baxmayaraq, məsul üzv dövlətin mövcud olmaması səbəbindən

məhz Birləşmiş Krallığın və İrlandiyanın sığınacaq almaq üçün təqdim edilmiş ərizəyə baxmağa borclu

olduqlarını nəzərdə tuturdu.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Dublin Əsasnaməsini təfsir etmək Avropa İnsan Hüquqları

Məhkəməsinin səlahiyyətinə aid olan məsələ deyil. Lakin Məhkəmənin presedent hüququndan göründüyü

kimi, Dublin göndərilmələri kontekstində təminatlarla bağlı Konvensiyanın 3 və 13-cü maddələri də tətbiq edilə

bilər. 190

Misal: M.S.S.-in Belçika və Yunanıstana qarşı işində 191 Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının

səmərəli hüquqi müdafiə vasitələri hüququnun həm Yunanıstan, həm də Belçika tərəfindən pozulduğunu

müəyyən etmişdir. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, Yunanıstanın sığınacaq qanunvericiliyinə riayət

etməməsi və bu ölkədə sığınacaq prosedurlarından və hüquqi müdafiə vasitələrindən istifadə sahəsində

ciddi struktur çatışmazlıqlarının olması səbəbindən iddiaçının Əfqanıstana əsassız geri qaytarılmasından və

orada ləyaqəti alçaldan rəftardan ibarət riskdən müdafiə edən səmərəli təminatlar mövcud deyil. Belçikaya

gəldikdə isə, Dublin göndərilmələri çərçivəsində məsuliyyətin Yunanıstanın üzərinə qoyulması məsələsi

şəxsin başqa ölkəyə göndərilməsi nəticəsində 3-cü maddə ilə qadağan edilmiş rəftara məruz qalmasının

iddia edilməsinə aid işlərlə bağlı şikayətlərin yaxından və hərtərəfli baxılması tələbini nəzərdə tutan Avropa

İnsan Hüquqları Məhkəməsinin proseduruna ziddir.

4.3. Sığınacaq axtaranların qəbul edilməsi şərtlərinə dair prosedurlar

Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq almaq üçün ərizə təqdim edildiyi gündən etibarən 15 gün

ərzində sığınacaq axtaranlar onların qəbul edilməsi şərtləri ilə əlaqədar onlara şamil olunan güzəştlər və əməl

etməli olacaqları öhdəliklər barədə məlumat almalıdırlar (Qəbuletmə şərtləri Direktivinin (2013/33/EU) 5-ci

maddəsi). Eyni zamanda, mövcud olan hüquqi yardım və ya dəstək barədə informasiya da təqdim olunmalıdır.

Əlaqədar şəxs təqdim olunan informasiyanı başa düşmək iqtidarında olmalıdır. Sığınacaq üçün müraciət edən

şəxs dövlət orqanlarının müvafiq güzəştlərin ona şamil edilməməsi qərarına qarşı şikayət etmək hüququna

malikdir (Qəbuletmə şərtləri Direktivinin (2013/33/EU) 26-cı maddəsi).

Qəbuletmə şərtləri Direktivindən irəli gələn öhdəliklərə riayət etməmə Frankoviçin işi timsalında (Vəsaitin

"Giriş" hissəsinə baxın) Avropa İttifaqı qanunvericiliyinin və/və ya Avropa İnsan Hüquqları Konvensiyasının

3-cü maddəsinin pozulması halları kimi məhkəmə yolu ilə təqib edilə bilər. 192

Misal: Həm Avropa İnsan Hüquqları Məhkəməsi, həm də Avropa İttifaqı Ədalət Məhkəməsi müvafiq olaraq

M.S.S. və N.S.-in və M.E.-nin işləri ilə əlaqədar belə bir qənaətə gəlmişdir ki, məsul üzv dövlətlərin sığınacaq

axtaranlar üçün sığınacaq prosedurlarında və qəbuletmə şəraitində sistematik çatışmazlıqlar Avropa İnsan

190 Mohəmməd Husseynin və başqalarının Hollandiya və İtaliyaya qarşı (Mohamed Hussein and Others v. the Netherlands and Italy)

(dec) Avropa İnsan Hüquqları Məhkəməsindəki 27725/10 saylı, 2 aprel 2013-cü il tarixli işi; Mohəmmədin Avstriyaya qarşı

(Mohamed v. Austria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 2283/12 saylı, 6 iyun 2013-cü il tarixli işi.

191 M.S.S.-in Belçika və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece ) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 30696/09

saylı, 21 yanvar 2011-ci il tarixli işi.

192 M.S.S-in Belçika və Yunanıstana qarşı (M.S.S. v. Belgium and Greece) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 30696/09 saylı,

21 yanvar 2011-ci il tarixli işi.

77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!