03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

imkanı verilmədiyindən şərti xarakter daşıması səbəbindən yalnız onun bu dövlətdəki mövcudluğu əsasında

onların ərizəsinə növbədənkənar baxmaq müraciətinə rədd cavabının verilməsində heç bir qanunsuzluğa

yol verilmədiyini müəyyən etmişdir. Oğlunun Birləşmiş Krallığa buraxılması şərtləri barədə tam məlumatlı

olan iddiaçı onu bu ölkəyə gətirməklə həmin şərtləri qəbul edərək onu saxlamaq məqsədi ilə dövlət

fondlarına müraciət etməyəcəyinə könüllü şəkildə razılıq vermişdir. Bu işlə əlaqədar qanunvericilik dəqiq

bir məqsədə, konkret olaraq məhdud xarakter daşıyan dövlət fondlarından istifadə etmə imkanlarının

müraciət edən müxtəlif kateqoriyalı şəxslər arasında ədalətli bölgüsünə xidmət edir. Bu nöqteyi-nəzərdən

Bahın işi üzrə iddiaçıların çarəsiz vəziyyətdə olmadıqlarını və alternativ yaşayış yerinə malik olduqlarını

mütləq qeyd etmək lazımdır.

Bir sıra müstəsna hallarda Avropa İnsan Hüquqları Məhkəməsinin sığınacaq almaq üçün müraciət edən

ailələrin iddia ərizələrinə baxması zamanı onlara sığınacağın verilməsini təmin etmək məqsədi ilə 39 saylı

Qayda əsasında müvəqqəti tədbir görmək barədə qərar vermək imkanına malik olması qeyd olunmalıdır

(həmçinin bölmə 2.4-ə baxın). 398

Avropa Sosial Xartiyasına əsasən bu Xartiyanın 19(4)(c) maddəsi əməkçi miqrantların dövlətlər tərəfindən

münasib yaşayış yeri ilə təmin olunmasını nəzərdə tutsa da bu hüquq yalnız Xartiyanın tərəfi olan dövlətlər

arasında miqrasiya edən şəxslərə şamil olunur.

Yaşayış yeri hüququ (Avropa Sosial Xartiyasının 31-ci maddəsi) dəyişdirilmiş Xartiyadakı bir sıra digər bu kimi

hüquqlarla sıx əlaqəlidir: sağlamlığın qorunması hüququ (11-ci maddə); sosial və tibbi yardım hüququ (13-cü

maddə); ailənin sosial, hüquqi vəiqtisadi müdafiə hüququ (16-cı maddə); uşaqların və gənclərin sosial, hüquqi

vəiqtisadi müdafiə hüququ (17-ci maddə) və təklikdə və ya ayrı-seçkilik edilməməsinə aid "E" maddəsi ilə

birlikdə baxılan yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ (30-cu maddə).

Misal: COHRE-nin Xorvatiyaya qarşı işində Sosial Hüquqlar üzrə Avropa Komitəsi vurğulamışdır ki, "tərəflər

etdikləri seçimlərinin həssaslıq səviyyəsi yüksək olan qruplara təsiri məsələsinə mütləq xüsusi diqqətlə

yanaşmalıdırlar." 399

Misal: COHRE-nin Fransaya qarşı işində Sosial Hüquqlar üzrə Avropa Komitəsi evlərin məhkəmə yolu ilə

etnik Roman icmalarının əlindən alınması və onların Fransadan çıxarılması ilə Xartiyanın 19(8)-ci maddəsi

ilə birgə oxunan "E" maddəsinin pozulduğunu müəyyən etmişdir. 400 Buna oxşar bir vəziyyətdə COHRE-nin

İtaliyaya qarşı işində Sosial Hüquqlar üzrə Avropa Komitəsi İtaliyanın etnik Roman icmaları ilə rəftar etmə

tərzi ilə Avropa Sosial Xartiyasının digər maddələri ilə birgə "E" maddəsinin pozulduğunu müəyyən

etmişdir. 401

Avropa Sosial Xartiyasının Əlavəsi bu Xartiyanı digər Xartiya tərəflərinin ərazilərində qanuni yaşayan Xartiya

tərəflərinin vətəndaşlarına şamil etməklə məhdudlaşdırsa da Sosial Hüquqlar üzrə Avropa Komitəsi

dəyişdirilmiş Xartiyanın xüsusi müddəalarını qeyri-qanuni vəziyyətdə olan uşaqlarla da əlaqədar tətbiq edərək

bu sənədin beynəlxalq insan hüquqları hüququ kontekstində təfsir olunmasının zəruriliyini vurğulayır.

Misal: Uşaqların Müdafiəsi Beynəlxalq Təşkilatın Hollandiyaya qarşı işində 402 Hollandiyada qeyri-qanuni

yaşayan uşaqların bu ölkənin qanunvericiliyi ilə yaşayış yeri hüququndan və bununla da Avropa Sosial

Xartiyasından irəli gələn digər hüquqlardan məhrum edilməsi iddia olunurdu. Sosial Hüquqlar üzrə Avropa

Komitəsi Avropa Sosial Xartiyasının təklikdə təfsir edilməsinin tərəfdarı olmadığını bildirmişdir. Bu

Xartiyanın əsasını təşkil etdiyi beynəlxalq hüququn digər normaları ilə, o cümlədən sözügedən işlə əlaqədar

398 Afifin və Abdilahi Əbdulvahidinin Hollandiyaya qarşı (Afif v. the Netherlands) (Abdilahi Abdulwahidi v. the Netherlands) (dec.) Avropa

İnsan Hüquqları Məhkəməsindəki müvafiq olaraq 60915/09 saylı, 24 may 2011-ci il tarixli və 21741/07 saylı, 12 noyabr 2013-cü il

tarixli işləri.

399 Sosial Hüquqlar üzrə Avropa Komitəsinin COHRE-nin Xorvatiyaya qarşı (COHRE v. Croatia) 52/2008 saylı, 22 iyun 2010-cu il tarixli

şikayət ərizəsinə dair qərarı.

400 Sosial Hüquqlar üzrə Avropa Komitəsinin COHRE-nin Fransaya qarşı (COHRE v. France) 63/2010 saylı, 28 iyun 2011-ci il tarixli

şikayət ərizəsinə dair qərarı.

401 Sosial Hüquqlar üzrə Avropa Komitəsinin COHRE-nin İtaliyaya qarşı (COHRE v. Italy) 58/2009 saylı, 25 iyun 2010-cu il tarixli şikayət

ərizəsinə dair qərarı.

402

Sosial Hüquqlar üzrə Avropa Komitəsinin Uşaqların Müdafiəsi Beynəlxalq Təşkilatının Hollandiyaya qarşı (Defence for Children International v. the

Netherlands) 47/2008 saylı, 20 oktyabr 2009-cu il tarixli şikayət ərizəsinə dair qərarı.

141

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!