03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

hüququnu əhatə edir. 205 Məskunlaşmış miqrantın çıxarılması onun mümkün ailə həyatından kənar qalması ilə

yanaşı şəxsi həyata hörmət hüququna da müvafiq işin faktlarından asılı olaraq əsaslandırılmış və ya

əsaslandırılmamış müdaxilə hesab oluna bilər. Münasib olan vəziyyətlərdə Məhkəmənin öz diqqətini şəxsi

həyat aspektləri ilə müqayisədə daha çox ailə həyatına yönəltməsi konkret işin halları ilə əlaqədardır. 206

Misal: Omojudinin Birləşmiş Krallığa qarşı işində 207 Məhkəmə bir daha təsdiqləmişdir ki, Avropa İnsan

Hüquqları Konvensiyasının 8-ci maddəsi digər insanlarla və beynəlxalq aləmlə əlaqələr qurmaq və bu

əlaqələri inkişaf etdirmək hüququ ilə yanaşı şəxsin sosial özünəməxsusluq aspektlərini də əhatə edə bilər.

Məskunlaşmış miqrantlar və onların yaşadıqları cəmiyyətlər arasındakı sosial əlaqələrin cəminin ailə

həyatının olub-olmamasından asılı olmayaraq 8-ci maddə kontekstində şəxsi həyat anlayışının bir hissəsini

təşkil etdiyini mütləq qəbul etmək lazımdır.

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası nikaha daxil

olmaq və ailə qurmaq (9-cu maddə) və ailə həyatına hörmət (7-ci maddə) hüquqlarını təmin etməklə yanaşı,

uşaq hüquqlarını (24-cü maddə), xüsusən də uşağın hər iki valideyn ilə əlaqə saxlamaq hüququnu (24(3)-cü

maddə) müdafiə edir.

Miqrasiya məsələlərinə gəldikdə isə, 40 il bundan əvvəl qəbul edilmiş və insanların hərəkət etmək azadlığına

aid ilk sənəd ((EEC)1612/68 saylı Əsasnamə) Avropalı əməkçi miqrantların yalnız öz həyat yoldaşları və yaşı 21-

dən aşağı olan uşaqları deyil, bu yaşdan yuxarı olan və onların öhdəsində olan uşaqları, valideynləri və babanənələri

tərəfindən də müşayiət edilməsinə dair xüsusi hüququ özündə əks etdirir. Artıq qeydiyyata alınmış

partnyorlar da bu cür şəxslər sırasına daxil edildiyindən ailənin digər üzvlərinin də dövlətin ərazisinə

buraxılmasına və burada yaşamasına icazənin verilməsi məsələsi asanlaşdırılmalıdır. Necə ki, keçmişdə ailə

üzvlərinin vətəndaşlığı bu hüquqla əlaqədar böyük əhəmiyyət kəsb etmirdi hal-hazırda da kəsb etməməlidir.

Lakin milli miqrasiya siyasətlərinin çoxu üçüncü ölkə vətəndaşlarının hərəkət etmək azadlığını

məhdudlaşdırmaq məqsədi daşıdığından Avropa İttifaqının üzv dövlətlərindəki məhkəmə çəkişmələrinin

əksəriyyəti Avropa İqtisadi Zonası vətəndaşlarının hüquqları deyil, üçüncü ölkə vətəndaşlarının hüquqları ilə

əlaqədardır.

Avropa İttifaqı Ədalət Məhkəməsi üçün əsas sual ailəvi miqrasiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin

Avropa İttifaqı vətəndaşlarının hərəkət etmək azadlığından irəli gələn hüquqların istifadəsindən çəkindiribçəkindirməyəcəyindən

və ya Avropa İttifaqı vətəndaşlığından irəli gələn hüquqların istifadə olunmasına mane

olub-olmamasından ibarətdir. Burada paradoks ondan ibarətdir ki, Avropa İttifaqının üzv dövlətlərində hərəkət

etmək azadlığından irəli gələn hüquqları icra edən Avropa İttifaqı vətəndaşları ailənin yenidən birləşməsi

hüququndan əlaqədar dövlətin vətəndaşlarından daha çox faydalanırlar. Hərəkət etmək azadlığından irəli

gələn hüquqlardan istifadə etməyən Avropa İttifaqı vətəndaşları üçün ailənin yenidən birləşməsi məsələləri

Avropa İttifaqının bəzi üzv dövlətlərində hələ də məhdudedici xarakter daşıyan milli qanunvericiliklə

tənzimlənir.

Ankara Sazişinə dair 1/80 saylı Qərarın 7-ci maddəsi Türkiyə vətəndaşlarının ailə üzvləri üçün də xüsusi şərtlər

nəzərdə tutur. Uzunmüddətli yaşayış icazəsi Direktivi (2003/109/EC) və üçüncü ölkə vətəndaşı olan

zəmanətçinin ailə üzvlərinə, başqa sözlə, Avropa İttifaqında ailənin yenidən birləşməsi üçün müraciət edən ailə

üzvünə aid olan Ailənin yenidən birləşməsi Direktivinin (2003/86/EC) Avropa İttifaqı səviyyəsində qəbul

edilməsi Avropa İttifaqının bu sahədəki səlahiyyətlərini genişləndirmişdir.

Sonda isə qaçqınların öz mənşə ölkələrinə qayıdıb ailə həyatını davam etdirmək imkanının olmaması

səbəbindən onlara Avropa dövlətlərində ailənin yenidən birləşməsi ilə əlaqədar xüsusi üstünlüklərin verildiyini

qeyd etmək lazımdır. Bununla əlaqədar olaraq qaçqınlar üçün xüsusi şərtlər Ailənin yenidən birləşməsi

Direktivinin V fəslində öz əksini tapıb.

205 Prettinin Birləşmiş Krallığa qarşı (Pretty v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 2346/02 saylı, 29 aprel 2002-ci

il tarixli işinin 61-ci paraqrafı.

206 A.A.-nın Birləşmiş Krallığa qarşı (A.A. v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 8000/08 saylı, 20 sentyabr

2011-ci il tarixli işi; Ünerin Hollandiyaya qarşı [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 46410/99 saylı, 18 oktyabr 2006-cı il tarixli işi.

207 Omojudinin Birləşmiş Krallığa qarşı (Omojudi v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 1820/08 saylı, 24 noyabr

2009-cu il tarixli işinin 37-ci paraqrafı.

85

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!