03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Konvensiyasında nəzərdə tutulmuş hüquqlardan qaynaqlanan insan hüquqlarından ibarət bir siyahıdan təşkil

olunub. Bu Xartiya, 2000-ci ildə sadəcə olaraq bir “bəyannamə” kimi qəbul edilmişdir və onu qəbul edən

tərəflər üzərinə heç bir öhdəlik qoymurdu, lakin buna baxmayaraq, Avropa Komissiyası, Avropa İttifaqı

qanunvericiliyinə aid təkliflər verən əsas orqan kimi bütün təkliflərin qeyd olunan Xartiyaya

uyğunlaşdırılacağını bəyan etmişdir.

Lissabon Sazişi 2009-cu il dekabrın 1-də qüvvəyə mindikdən sonra Avropa İttifaqı Fundamental Hüquqlar

Xartiyasının statusunu dəyişərək, onu tərəflər üzərinə hüquqi öhdəliklər qoyan bir sənəd səviyyəsinə qaldırdı.

Bunun nəticəsi olaraq, Avropa İttifaqı təsisatları (həmçinin Avropa İttifaqının üz dövlətləri) "Avropa İttifaqı

qanunvericiliyini icra etdikləri zaman" öz fəaliyyətlərini bu Xartiyaya uyğunlaşdırmalıdırlar (Xartiyanın 51-ci

maddəsi).

Bundan başqa, Xartiyanı Polşa və Birləşmiş Krallıqla əlaqədar təfsir edən Protokol da qəbul edilmişdir. 2001-ci

ildə Avropa İttifaqının Ədalət Məhkəməsi miqrasiya məsələsinə aid işə baxarkən bu Protokolun əsas

məqsədinin sözügedən Xartiyanın sosial hüquqlar sahəsində tətbiqinin məhdudlaşdırılmasından ibarət

olduğunu bəyan etmişdir. Bundan başqa, Məhkəmə həmin Protokolun Avropa İttifaqının sığınacaq

qanunvericiliyinin icra olunmasına təsir etmədiyini bildirmişdir. 14

İlk dəfə Avropa səviyyəsində sığınacaq hüququnu Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 18-ci

maddəsi özündə əks etdirmişdir. 18-ci maddəyə əsasən həmin hüquq bu cür təsbit olunurdu: "Sığınacaq

hüququ Cenevrə Konvensiyasının [...] müddəalarına lazımi qaydada hörmətlə yanaşaraq və Avropa İttifaqı

Müqaviləsinə, həmçinin "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqaviləyə [...] uyğun olaraq təmin olunur."

Xartiyanın 19-cu maddəsi isə, şəxsin təqiblərə məruz qalması ilə bağlı əsaslı qorxuların mövcud olmasından və

ya işgəncəyə və yaxud qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması ilə

əlaqədar real risklərə məruz qalmasından ibarət vəziyyətlərdə geri qaytarılmasının qadağan edilməsini

nəzərdə tutur ("non-refoulment"/məcburi geri qaytarmamaq prinsipi).

Bundan başqa, Xartiyanın insanların müdafiə ilə təmin olunmasına dair digər müddəaları miqrasiya

kontekstinə uyğun gəlir. Xartiyanın 47-ci maddəsi səmərəli hüquqi müdafiə vasitələrinə dair əlahiddə bir

hüququ nəzərdə tutur və ədalətli məhkəmə araşdırması prinsiplərini təsbit edir. 47-ci maddədə nəzərdə

tutulmuş ədalətli məhkəmə araşdırması prinsipi araşdırmanın məhz məhkəmə orqanı tərəfindən aparılmasını

tələb edir. Bu isə heç də mütləq məhkəmə orqanı olmayan dövlət orqanları qarşısında səmərəli hüquqi

müdafiə vasitələrindən istifadə hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü

maddəsindən daha geniş müdafiəni nəzərdə tutur. Bununla yanaşı, Avropa İttifaqı Fundamental Hüquqlar

Xartiyasının 52-ci maddəsi Xartiya əsasında nəzərdə tutulan minimum müdafiənin Avropa İnsan Hüquqları

Konvensiyası tərəfindən təmin olunan hüquqlara bərabər olduğunu bəyan etsə də Avropa İttifaqı Avropa İnsan

Hüquqları Məhkəməsi tərəfindən irəli sürülən təfsirlə müqayisədə hüquqların daha geniş təfsirini tətbiq edə

bilər.

Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına

qoşulması məsələsi

İndiki zamanda Avropa İttifaqı qanunvericiliyi və Avropa İnsan Hüquqları Konvensiyası çox sıx əlaqədədir.

Avropa İttifaqının Ədalət Məhkəməsi insan hüquqlarının Avropa İttifaqının qanunvericiliyi əsasında hansı

dərəcədə müdafiə olunacağını müəyyən edərkən Avropa İnsan Hüquqları Konvensiyasını bir hüquqi təməl kimi

qəbul edir. Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir sıra hüquqlar, digərləri ilə yanaşı,

Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyasında da öz əksini tapmışdır. Deməli, Avropa İttifaqı

qanunvericiliyi böyük ehtimalla Avropa İnsan Hüquqları Konvensiyasına uyğundur, baxmayaraq ki, Avropa

İttifaqı Avropa İnsan Hüquqları Konvensiyasına hələ də qoşulmayıb. Mövcud qanunvericiliyə görə əgər hansısa

şəxs, Avropa İttifaqı tərəfindən insan hüquqlarının təmin olunmaması barədə məhkəməyə müraciət etmək

14 N.S.-in Daxili İşlər Departamentinin Dövlət katibinə və M.E.-nin və başqalarının Qaçqın Ərizələrinin baxılması üzrə Komissarlığa və

Ədliyyə, Bərabərlik və Hüquq İslahatları nazirinə qarşı (N. S. v. Secretary of State for the Home Department and M. E. and Others v.

Refugee Applications Commissioner and Minister for Justice, Equality and Law Reform) Avropa İttifaqı Ədalət Məhkəməsindəki

C-411/10 və C-493/10 saylı, 21 dekabr 2011-ci il tarixli birgə işləri.

18

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!