03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Misal: Kuriçin Sloveniyaya qarşı işində 73 Avropa İnsan Hüquqları Məhkəməsi bu ölkədə daimi yaşayan lakin

altı ay ərzində Sloveniya vətəndaşlığı üçün müraciət etməmiş keçmiş Yuqoslaviya vətəndaşlarının

Sloveniyanın daimi yaşayış icazəsi olanlar reyestrindən "silinməsi" məsələsinə baxmışdır. Bu cür

"silinmənin" fəsadları vətəndaşsızlıq hallarının artmasından və ya ölkə sakinlərinin bir qisminin burada

yaşamaq hüququnu itirməsindən ibarət idi. 74 Bununla belə, keçmiş Yuqoslaviya respublikalarının vətəndaşı

olmayan şəxslərlə bu cür rəftar olunmurdu.

Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə

zidd olaraq daimi yaşayış icazəsi olanlar reyestrindən "silinmiş" iddiaçılar kimi uzunmüddətli miqrantların

işi ilə əlaqədar şəxsi həyat və ailə həyatına səmərəli şəkildə hörmətlə yanaşma məsələsindən irəli gələn

öhdəliklərin vacibliyini xüsusilə vurğulamışdır. Eyni zamanda, Məhkəmə müəyyən etmişdir ki, keçmiş

Yuqoslaviyanın vətəndaşı olmamış və əvvəllər həmin ölkənin vətəndaşı olmuş əcnəbilərlə fərqli rəftar

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə birlikdə 14-cü maddəsini pozmaqla ayrı-seçkilik

halının əsasını təşkil edir.

"Avropa Şurasının təsis edilməsi haqqında" 1955-ci il Avropa Konvensiyası bütün üzv dövlətlərdə yaşayan və

yalnız bu Konvensiyaya qoşulmuş dövlətlərin vətəndaşı olan uzunmüddətli yaşayış icazəsi olanlara müfəssəl

statusun verilməsini nəzərdə tutur.

2.7. Türkiyə vətəndaşları

1963-cü ildə imzalanmış Ankara Sazişi və bu Sazişə dair 1970-ci il tarixli Əlavə Protokol o zamankı Avropa

İqtisadi Birliyinə qoşulması kontekstində Türkiyənin Birliklə ticarət və iqtisadi əlaqələrini gücləndirirdi. Sazişlə

əlaqədar Avropa Ədalət Məhkəməsi, sonralar isə Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən 40-dan çox

qərar qəbul edilmişdir. Buraya Əməkdaşlıq Şurasının qəbul etdiyi və Avropa İttifaqının üzv dövlətlərindəki bir

çox Türkiyə vətəndaşının status ilə bağlı qərarları da əlavə etmək olar. Avropa İttifaqının üzv dövlətinə gəlmək

və ya burada yaşamaq baxımından bu Saziş Türkiyə vətəndaşlarına hər hansı əlahiddə hüquqlar verməsə də

Avropa İttifaqının üzv dövlətində fərdi əmək fəaliyyəti ilə məşğul olan və ya xidmətlər göstərən Türkiyə

vətəndaşlarına Əlavə Protokolun 41-ci "status-kvo" maddəsindən faydalanmaq imkanı verir. Bu maddə

sözügedən Sazişin qüvvəyə mindiyi zaman tərəfdar dövlətlərin Türkiyə vətəndaşlarına qarşı tətbiq etdiyi

prosessual və maddi tələblərdən başqa yeni və daha ciddi tələblərin tətbiqini qadağan edir. 75 Bu hüquqlar

xidmətlərin göstərilməsindən fərqli sahələrdə çalışmaq niyyətində olan Türkiyə vətəndaşlarına şamil

olunmur. 76

Misal: Türkiyədə fəaliyyət göstərən türk şirkətləri tərəfindən Almaniyaya yük maşınları sürmək üçün işə

götürülmüş türk sürücülərinə tətbiq edilən tələblər müxtəlif işlər əsasında nəzərdən keçirilmişdir. Beləliklə,

bu işlər türk şirkətlərinin Avropa İttifaqının üzv dövlətlərində sərbəst şəkildə xidmət göstərmək hüququ ilə

əlaqədar idi. Abatayın işi 77 ilə əlaqədar Avropa Ədalət Məhkəməsi müəyyən etmişdir ki, Almaniya onun

ərazisində xidmətlər göstərmək niyyətində olan Türkiyə vətəndaşlarına qarşı iş icazəsi əldə etmək tələbini

tətbiq etməməlidir (əgər belə bir icazə "status-kvo" müddəası qüvvəyə mindiyi zaman artıq tələb

olunmurdusa).

73 Kuriçin və başqalarının Sloveniyaya qarşı (Kurić and Others v. Slovenia) [GC] Avropa İnsan Hüquqları Məhkəməsindəki 26828/06

saylı, 26 iyun 2012-ci il tarixli işi.

74

Sloveniya Avropa Şurasının "Dövlətin varisliyi ilə əlaqədar vətəndaşsızlıq hallarının yaranmaması haqqında" 2006-cı il tarixli

Konvensiyasına qoşulmayıb.

75 Kraliçanın Əbdülnəsir Savasın xeyrinə və Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı (The Queen v. Secretary of State for the

Home Department, ex parteAbdulnasir Savas), həmçinin Kraliçanın, Vəli Tumun və Mehmet Darinin Daxili İşlər Departamentinin Dövlət

katibinə qarşı (The Queen, Veli Tum and Mehmet Dari v. Secretary of State for the Home Department) Avropa Ədalət Məhkəməsindəki

müvafiq olaraq C-37/98 [2000] ECR I-02927, C-16/05 [2007] ECR I-07415 saylı, 11 may 2000-ci il və 20 sentyabr 2007-ci il tarixli işləri,

eyni zamanda, Oğuzun Daxili İşlər Departamentinin Dövlət katibinə qarşı (Oguz v.Secretary of State for the Home Department) Avropa

ittifaqı Ədalət Məhkəməsindəki C-186/10 saylı, 21 iyul 2011-ci il tarixli işi.

76 Leyla Ecem Demirkanın Almaniyaya qarşı Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-221/11 saylı (Leyla Ecem Demirkan v.

Bundesrepublik Deutschland), 24 sentyabr 2013-cü il tarixli işi.

77 Eran Abatayın və başqalarının və Nadi Şahinin Bundesanstalt für Arbeit-ə qarşı (Eran Abatay and Others and Nadi Sahinv.Bundesanstalt

für Arbeit) Avropa Ədalət Məhkəməsindəki C-317/01 və C-369/01 [2003] ECR I-12301 saylı, 21 oktyabr 2003-cü il tarixli birgə işləri.

40

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!