03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

Hüquqları Konvensiyasının 3-cü və Avropa İttifaqı Sosial Xartiyasının 4-cü maddələrinə zidd qeyri-insani və

ləyaqəti alçaldan rəftarla nəticələnmişdir. 193

4.4. Geri qaytarılma prosedurları

Avropa İttifaqı qanunvericiliyinə əsasən Geri qaytarılma Direktivi (2008/115/EC) geri qaytarılma barədə

qərarların verilməsi ilə bağlı müəyyən təminatları nəzərdə tutaraq (6, 12 və 13-cü maddələr) məcburi çıxarılma

ilə müqayisədə daha çox könüllü geri qaytarılmaların tətbiq edilməsinə şərait yaradır (7-ci maddə).

Direktivin 12-ci maddəsinə uyğun olaraq geri qaytarılma və ölkəyə təkrar gəlmək qadağası barədə qərarlar, o

cümlədən, mövcud hüquqi müdafiə vasitələri haqqında informasiya əlaqədar şəxsin başa düşdüyü və ya başa

düşməsi əsaslı olaraq ehtimal olunan dildə və yazılı şəkildə təqdim olunmalıdır. Bununla əlaqədar olaraq

Avropa İttifaqının üzv dövlətləri müvafiq üzv dövlətə daha çox gələn miqrantların danışdıqları ən azi beş dildə

informasiya vərəqələri nəşr etməyə borcludurlar. Geri qaytarılma Direktivinin 13-cü maddəsi üçüncü ölkə

vətəndaşlarının çıxarılma barədə qərarla bağlı səlahiyyətli məhkəməyə və ya inzibati orqana və yaxud müvafiq

müraciətə baxıldığı zaman çıxarılmanı müvəqqəti təxirə salmaq səlahiyyətlərinə malik olan aidiyyəti orqana

şikayət etmək və ya bu qərara yenidən baxmaq hüququ ilə təmin olunmalarını nəzərdə tutur. Üçüncü ölkə

vətəndaşları milli qanunvericiliklə təsbit edilmiş qaydalara uyğun olaraq pulsuz hüquqi məsləhət əldə etmək,

təmsil olunmaq və əgər zəruridirsə, tərcüməçi xidmətlərindən istifadə etmək imkanları ilə təmin olumalıdırlar.

Direktivin 9-cu maddəsi çıxarılma qərarları məcburigeri qaytarmamaq prinsipinə zidd olduqda və əlaqədar

şəxslər təxirəsalma gücünə malik hüquqi müdafiə vasitəsindən istifadə etməyə nail olduqda bu qərarların

icrasının mütləq təxirə salınmasını nəzərdə tutur. Bundan başqa, çıxarılma əlaqədar şəxsə aid spesifik

səbəblərdən, məsələn, onun səhhəti ilə əlaqədar və texniki maneələr səbəbindən təxirə salına bilər. Çıxarılma

təxirə salındığı təqdirdə Avropa İttifaqının müvafiq üzv dövləti əlaqədar hüquq-mühafizə tədbirinin təxirə

salınması barədə yazılı təsdiq verməlidir (14-cü maddə).

Geri qaytarılma Direktivi Avropa İttifaqının başqa üzv dövlətinə köçmüş Avropa İttifaqı vətəndaşlarının və

hüquqi vəziyyətləri Hərəkət etmək azadlığı Direktivi (2004/38/EC) ilə tənzimlənən Avropa İqtisadi

Zonası/İsveçrə vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşlarına şamil edilmir. Hərəkət etmək

azadlığı Direktivi ictimai asayiş, dövlət təhlükəsizliyi və səhiyyə səbəblərindən ölkəyə gəlmək və burada

yaşamaq məhdudiyyətləri kontekstində prosedur təminatlarını müəyyən edir. Bu cür qərarlar qəbul edildikdə

məhkəmədən və, əgər münasibdirsə, inzibati prosedurlardan istifadə imkanları təmin olunmalıdır (27, 28 və

31-ci maddələr). Əlaqədar şəxslərə həmin qərarlar barədə yazılı bildirişlər təqdim olunmalıdır, həmçinin bu

bildirişlərin məzmununu və fəsadlarını başa düşmək imkanı yaradılmalıdır. Həmin bildiriş şikayətin təqdim

olunması ilə və müvafiq müddətlərlə bağlı prosedur aspektlərini özündə əks etdirməlidir (30-cü maddə).

Türkiyə vətəndaşları nisbətən fərqli müdafiə ilə təmin olunurlar.

Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiyanın 13-cü maddəsi ilə əlaqədar verilmiş

mülahizələrə əlavə olaraq qanuni əsaslarla yaşayan əcnəbilərin çıxarılması hallarında əməl edilməsi nəzərdə

tutulan konkret təminatlar sözügedən Konvensiyaya dair 7 saylı Protokolun 1-ci maddəsində bəyan edilir.

Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 8-ci maddəsində şəxsi həyata və ailə

həyatına əsassız müdaxilələrin qarşısını alan prosedur təminatlarının əks olunması qənaətinə gəlmişdir. Bu

müəyyən müddət ərzində müvafiq dövlətdə yaşayaraq öz şəxsi və ailə həyatını qurmuş və ya həmin dövlətdə

məhkəmə prosesinə cəlb edilmiş şəxslərə daha çox aiddir. 8-ci maddəyə əsasən qərar qəbuletmə prosesinin

prosedur aspektlərində mövcud olan çatışmazlıqlar müvafiq qərarın qanuna uyğun olmaması səbəbindən 8(2)-

ci maddənin pozulması ilə nəticələnə bilər.

Misal: C.G.-nin Bolqarıstana qarşı işi 194 gizli müşahidəyə dair məxfi raport əsasında milli təhlükəsizlik

səbəblərindən çıxarılmış uzunmüddətli yaşayış icazəsi olanla əlaqədar idi. Avropa İnsan Hüquqları

193

Yuxarıda qeyd olunan işlər və NS-in Daxili işlər Departamentinin Dövlət katibinə qarşı (NS v. Secretary of State for the Home

Department) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-411/10 [2011] saylı, 21 dekabr 2011-ci il tarixli işinin 86-cı paraqrafı.

194 C.G.-nin və başqalarının Bolqarıstana qarşı (C.G. and Others v. Bulgaria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 1365/07 saylı, 24

aprel 2008-ci il tarixli işi.

78

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!