03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait

təmin edilməsi məsələsi hər bir üzv dövlətin ixtiyarına verilib. Vahid icazə Direktivi kimi bu Direktiv də elmi

işçilərin üçüncü ölkədə yaşayan ailə üzvlərini ailənin yenidən birləşməsi hüququ ilə təmin etmir.

Tələbələr Direktivi (2004/114/EC) təhsil almaq, tələbə mübadiləsi, ödənişsiz təlimlərdə iştirak və ya könüllü iş

üçün Avropa İttifaqına buraxılmış üçüncü ölkə vətəndaşlarının vəziyyətini tənzimləyir. Üzv dövlətlər tələbələrə

gündəlik təhsil vaxtından kənar, hər həftə maksimum saat ərzində müvafiq üzv dövlət tərəfindən müəyyən

edildiyi kimi işləmək icazəsi verə bilərlər, lakin eyni zamanda, müvafiq üzv dövlət bununla bağlı müəyyən

şərtlərin təmin edilməsini də tələb edə bilər (17-ci maddə).

2013-cü ilin mart ayında Avropa Komissiyası elmi işçilərin və tələbələrin Avropa İttifaqına buraxılma şərtlərini

təkmilləşdirmək və onların hüquqlarını genişləndirmək məqsədi ilə Elmi tədqiqat Direktivinə və Tələbələr

Direktivinə düzəlişlər təklif etmişdir. 369 Bu təklif həmin Direktivlərə ödənişli praktikantlara və ev qulluqçularına

dair müddəaların da daxil edilməsini nəzərdə tutur.

8.2.4. Türkiyə vətəndaşları

Türkiyə vətəndaşları 1963-cü il tarixli Ankara Sazişinə və bu Sazişə dair 1970-ci il tarixli Əlavə Protokola,

həmçinin bu sənədlərə uyğun yaradılmış Avropa İqtisadi Birliyi-Türkiyə Əməkdaşlıq Şurasının qəbul etdiyi

qərarlara əsasən xüsusi üstün vəziyyətə malikdirlər. Türkiyə vətəndaşları işə düzəlmək məqsədi ilə Avropa

İttifaqının istənilən üzv dövlətinə gəlmək üçün birbaşa hüquqa malik deyillər. Lakin əgər üzv dövlətin milli

qanunvericiliyi onlara bu dövlətdə işə düzəlmək icazəsi verirsə onlar bir ildən də sonra həmin işdə çalışmağı

davam etdirmək hüququna malikdirlər. 370 Avropa İqtisadi Birliyi-Türkiyə Əməkdaşlıq Şurasının 1/80 saylı

Qərarının 6(1)-ci maddəsinə əsasən Türkiyə vətəndaşları üzv dövlətdə üç il bir işdə işlədikdən sonra müəyyən

şərtlərlə başqa bir işə düzəlmək imkanı əldə edə bilərlər. Avropa İqtisadi Zonası işçiləri kimi Türkiyə işçiləri də

Avropa İttifaqında daha geniş imkanlara malikdirlər.

Misal: Tetikin işində 371 Almaniyanın dövlət orqanları üçillik əmək fəaliyyəti müddətini tamamlamış və başqa

bir iş axtaran cənab Tetikə yaşayış icazəsi vermək niyyətində deyildi. Avropa Ədalət Məhkəməsi müəyyən

etmişdir ki, iddiaçıya verilmiş hüquqa əsasən üzv dövlətdə işə düzəlmək məqsədi ilə, əgər o müvafiq işi

taparsa, məqbul müddət ərzində qanuni əsaslarla yaşamaq icazəsi də verilməlidir.

Misal: Avropa İttifaqı Ədalət Məhkəməsi Gencin işinə 372 baxdığı zaman belə bir qənaətə gəlmişdir ki, öz

minimum zəruri tələblərini qismən ödəmək məqsədi ilə müəyyən ödəniş müqabilində işə götürən üçün

məhdud vaxt ərzində, daha konkret olaraq həftədə 5,5 saat çalışan Türkiyə vətəndaşı Əməkdaşlıq Şurasının

1/80 saylı Qərarının 6(1)-ci maddəsinin mənasına uyğun olaraq işçi hesab olunur (əgər onun işi real və

qanunidirsə).

1/80 saylı Qərarın 7-ci maddəsinə əsasən Türkiyə vətəndaşı olan işçinin hətta Türkiyə vətəndaşı olmayan ailə

üzvləri üç il ərzində Avropa İttifaqında qanuni əsaslarla yaşadıqdan sonra əmək bazarına çıxmaq imkanı ilə

təmin edilə bilərlər. Bu baxımdan Türkiyə vətəndaşı olan əməkçi miqrantın əlaqədar ailə üzvünün ondan ayrı

yaşamasını obyektiv səbəblər əsasında əsaslandırmaq mümkündür. 373

Türkiyə vətəndaşının yaşadığı üzv dövlətdə peşə təlimini başa vurmuş uşağı iş barədə təkliflərə cavab verə

bilər, o şərtlə ki onun valideynlərindən biri həmin üzv dövlətdə ən azı üç il ərzində qanuni əsaslarla işləmiş

olsun.

369 Avropa Komissiyası COM (2013-cü il) (COM(2013) 151 final) 151 yekun, Brüssel, 25 mart 2013-cü il.

370 Süleyman Ekerin Baden-Vüttemberq Torpağına qarşı (Süleyman Eker v. Land Baden-Wüttemberg) Avropa Ədalət Məhkəməsindəki

C-386/95 [1997] I-02697 saylı, 29 may 1997-ci il tarixli işinin 20-22-ci paraqrafları.

371 Rəcəp Tetikin Berlin Torpağına qarşı (Recep Tetik v. Land Berlin) Avropa Ədalət Məhkəməsindəki C-171/95 saylı, 4 fevral 2010-cu il

tarixli işinin 30-cu paraqrafı.

372 Hava Gencin Berlin Torpağına qarşı (Hava Genc v. Land Berlin) Avropa İttifaqı Ədalət Məhkəməsindəki C-14/09 [2010] I-00931 saylı,

4 fevral 2010-cu il tarixli işinin 27, 28-ci paraqrafları.

373 Kadimanın Freistaat Bayern-ə qarşı (Kadiman v. Freistaat Bayern) Avropa Ədalət Məhkəməsindəki C-351/95 [1997] ECR I-02133 saylı,

17 aprel 1997-ci il tarixli işinin 44-cü paraqrafı.

134

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!