03.02.2016 Views

1Tz4Pwy

1Tz4Pwy

1Tz4Pwy

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Misal: Almaniya Hökuməti sığınacaq prosedurlarının həyata keçirildiyi müddət ərzində sığınacaq

axtaranların qanuni yaşayış icazəsi olan şəxs hesab edildiklərini BMT-nin İnsan Hüquqları Komitəsi 52

qarşısında qəbul etmişdir. Lakin Omvenikenin Almaniyaya qarşı işində 53 Məhkəmə hökumətin müvəqqəti

yaşayışla əlaqədar irəli sürülən şərtlərin, daha dəqiq desək müəyyən bir şəhərin ərazisinin hüdudlarından

kənara çıxmamaq tələbinin pozulması nəticəsində iddiaçının öz hüquqi statusunu itirməsini və bu

məsələnin Avropa İnsan Hüquqları Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsinin təsir dairəsindən

kənara çıxması arqumentini qəbul etmişdir.

2.2. Qaçqın statusu verilmiş şəxslər və əlavə himayə ehtiyacı

olan şəxslər

Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası sığınacaq üçün

müraciət etmək hüququndan kənara çıxaraq birbaşa sığınacaq hüququnu təmin edir (18-ci maddə). Başqa

sözlə, sığınacaq üçün müraciət edən şəxslərin hamısı sığınacaq axtaran şəxs statusunu əldə etmək hüququna

malikdir. Təsnif etmə Direktivinin (2011/95/EU) 13 (qaçqın statusu) və 18-ci maddələri (beynəlxalq himayə

ehtiyacı olan, lakin qaçqın statusunun şamil olunmadığı şəxslər üçün əlavə himayə) qaçqın statusunun

verilməsi və ya əlavə himayənin təmin olunması hüququnu birmənalı şəkildə təsbit edirlər. Beynəlxalq himayə

ilə təmin olunmuş şəxslər onların mənşə ölkələrindəki vəziyyət həqiqətən yaxşılaşdığı təqdirdə öz statuslarını

itirə bilərlər (Bölmə 3.1.8-ə baxın).Sözügedən Direktivin 24-cü maddəsi sənəd əldə etmək hüququnu

tənzimləyir. Beynəlxalq himayə ehtiyacı olan kimi tanınan şəxslər yaşayış icazəsi əldə etmək hüququna

malikdirlər: qaçqınlar üçün üçillik, əlavə himayə ilə təmin olunanlar üçün isə birillik icazə nəzərdə tutulur. 25-

ci maddə isə qaçqınları və müəyyən hallarda köməkçi himayədən yararlanan şəxsləri yol sənədi əldə etmək

hüququ ilə təmin edir.

Sığınacaq hüququ Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 18-ci maddəsində əks olunduğu kimi

Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmayıb. Eyni zamanda, Avropa İnsan Hüquqları

Məhkəməsi 1951-ci il Cenevrə Konvensiyasında 54 nəzərdə tutulmuş qaçqın statusu üçün müraciətə rədd

cavabının verilməsi və ya bu statusun ləğv edilməsi və yaxud Təsnif etmə Direktivi 55 ilə təmin olunan sığınacaq

hüququnun tanınmaması kimi məsələlərin Avropa İnsan Hüquqları Konvensiyasına zidd olub-olmamasına aid

işlərə baxa bilməz. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi əcnəbinin ölkədən çıxarılması nəticəsində Avropa

İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə və ya hər hansı digər müddəalarına zidd olaraq ləyaqəti

alçaldan rəftara məruz qalması riski ilə üzləşə bilib-bilməməsi məsələlərinə baxa bilər (Fəsil 3-ə baxın). 56

2.3. İnsan alveri və xüsusilə istismaredici əmək şəraitinin qurbanları

Avropa İttifaqı qanunvericiliyinə əsasən işə götürənlərə qarşı sanksiyalar Direktivi (2009/52/EC) qanunsuz

yaşayan miqrantların qanunsuz məşğulluğunun bəzi formalarını cinayət tərkibli əməl hesab edir. Bu cür

vəziyyətdə olan işçilər azyaşlı olduqları və ya xüsusilə istismaredici əmək şəraitinə məruz qaldıqları təqdirdə

əlaqədar işə götürənlərə qarşı şikayət etmək proseduruna şərait yaratmaq məqsədi ilə müvəqqəti yaşayış

icazəsi ilə təmin oluna bilərlər (13-cü maddə).

Avropa İttifaqı Şurasının insan alverinin qurbanı və ya qanunsuz miqrasiyaya şərait yaradan əmələ məruz

qalmış şəxs hesab olunan üçüncü ölkə vətəndaşları üçün verilən yaşayış icazəsi haqqında 2004/81/EC saylı

Direktivi bu cür zərərçəkmiş şəxslərin ölkədən çıxarılmaması üçün möhlət müddəti nəzərdə tutur. Eyni

zamanda, bu Direktiv dövlət orqanları ilə əməkdaşlıq edən insan alveri qurbanlarının yaşayış icazəsi ilə təmin

olunmasını Avropa İttifaqının üzv dövlətlərindən tələb edir (müvafiq olaraq 6 və 8-ci maddələr). Belə bir yaşayış

52

CCPR/C/DEU/2002/5, 4 dekabr 2002-ci il.

53 Omvenikenin Almaniyaya qarşı (Omwenyeke v. Germany) (dec.) Avropa İnsan Hüquqları Məhkəməsindəki 44294/04 saylı, 20 noyabr

2007-ci il tarixli işi.

54 Əhmədin Avstriyaya qarşı (Ahmed v. Austria) Avropa İnsan Hüquqları Məhkəməsindəki 25964/94 saylı, 17 dekabr 1996-cı il tarixli işinin

38-ci paraqrafı.

55 Sufinin və Elminin Birləşmiş Krallığa qarşı (Sufi and Elmi v. the United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 8319/07 və

11449/07 saylı, 28 iyun 2011-ci il tarixli işlərinin 226-cı paraqrafı (Təsnif etmə Direktivinin 15-ci maddəsi barədə) (Qualification Directive).

56 NA-nın Birləşmiş Krallığa qarşı (NA. v. The United Kingdom) Avropa İnsan Hüquqları Məhkəməsindəki 25904/07 saylı, 17 iyul 2008-ci il

tarixli işinin 106-107-ci paraqraflarına baxın.

35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!